Kurikulum haqqında ümumi məlumat


Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır



Yüklə 71,57 Kb.
səhifə7/24
tarix25.12.2023
ölçüsü71,57 Kb.
#197241
1   2   3   4   5   6   7   8   9   10   ...   24
utke 1-43

Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır.
Ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı Pedaqoji Şura hesab olunur. Pedaqoji Şuranın Əsasnaməsi Azərbaycan Respublikasının Təh­sil Nazirliyi tərəfindən təsdiq edilir.
Ümumi təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən edil­miş qaydada təyin olunan direktor həyata keçirir.
Ümumi təhsil üzrə təhsil proqramında (kurikulumda) isə aşağıdakılar əhatə olunur:
1. Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları;
2.Üümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər;
3.Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı;
4.Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri;
5.Təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi;
Baza tədris planları və proqramları Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.
Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri
Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdlərin isə tədqi­qatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsa­sında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:
Pedaqoji prosesin tamlığı
Təlimdə bərabər imkanların yaradılması
Şagirdyönümlülük
İnkişafyönümlülük
Fəaliyyətin stimullaşdırılması-
Dəstəkləyici mühitin yaradılması


11. Maddə 32. Təhsilalanların hüquq və vəzifələri
32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir.
32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.
32.3. Təhsilalanların hüquqları aşağıdakılardır:
32.3.1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul оlunmaq;
32.3.2. təhsil müəssisəsini, təhsilin istiqamətini, iхtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;
32.3.3. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
32.3.4. müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti seçmək;
32.3.5. ali təhsil müəssisəsinin tədris planlarına uyğun оlaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutоrları sərbəst seçmək;
32.3.6. təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi ədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, kitabxanalardan və s.) istifadə etmək;
32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;
32.3.8. elmi tədqiqat fəaliyyəti ilə məşğul оlmaq;
32.3.9. fasiləsiz təhsil almaq;
32.3.10. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
32.3.11. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;
32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
32.4. Təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar
istisna оlmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə
cəlb edilməsinə yol verilmir.
32.5. Təhsilalanların vəzifələri aşağıdakılardır:
32.5.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
32.5.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
32.5.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
32.5.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
32.5.5. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-
tərbiyə prоsesi ilə bağlı qaydalara əməl etmək;
32.5.6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Yüklə 71,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin