MƏ
TANƏ
T NƏ
BİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN
050 721 39 94
76
2. Sosiolofi konsepsiya
3. Biososial konsepsiya
Bioloji konsepsiyanın əsas nümayəndəsi olan Ziqmund Freydə görə, şəxsiyyət təbii varlıq
olmaqla bütün davranışını anadan olanda özü ilə gətirir. Şəxsiyyətin davranışı bioloji təsir və
instinktlərdən asılı olur və bunlar da hərəsi öz növbəsində qorxu və razılıq əlamətləridir.
Sosioloji konsepsiyanın nümayəndələri insanın biolofi varlıq olduğunu qəbul etməklə yanaş
ünsiyyətdə olduğu sosial qrupların təsiri ilə tədricən sosiallaşması fikrini də müdafiə edirlər.
Biososioloji konsepsiyanın nümayəndələri şəxsiyyəti iki yerə bölür və hesab edirlər ki, insand
gedən psixolofi proseslərin biolofi əhəmiyyəti var, həm də belə əlamətlər şəxsiyyətin sosial amıl
kın istiqamətlənməsini müəyyənləşdirir. Onlar belə hesab edirlər ki, insan xüsusi biolofi fərd
kimi doğulur sosial həyat şəraitinin təsiri altında şəxsiyyətə çevrilir.
İnsanın inkişafı və onun şəxsiyyət kimi formalaşması 3 başlıca amilin - irsiyyət, mühit və
tərbiyənin qarşılıqlı təsiri ilə həyata keçirilir.
İrsiyyət dedikdə valideynlərdən uşaqlara müəyyən keyfiyyət və xüsusiyyətlərin irsən keçməsi
baş: düşülür. Valideynlərdən həm fiziki əlamətlər (saç, göz və dərinin rəngi, boy və s.), həm də
fizioloji əlamətlər (bəzi xüsusiyyətlər, xəstəliklər, patolofi qüsurlar və s.) keçir. İrsiyyət
şəxsiyyətin formalaşmasın təsir etsə də, aparıcı amil deyil.
Mühit dedikdə sosial və təbii mühit nəzərdə tutulur. Araşdırmalar göstərir ki, sosial mühit
şəxsiyy” tin inkişafına bilavasitə təsir göstərir. Belə ki, insan gördüklərini eşitdiklərindən daha
tez qavradığı üçü” ətrafında baş verənlərə daha tez reaksiya verir və bununla da onda müəyyən
bacarıqlar və vərdişlə formalaşır. Formalaşan bu bacarıq və vərdişlər insanın düşüncəsində,
məsələlərə yanaşmasında və təfəkkür tərzində əks olunur.
Təbii mühit dedikdə ailə mühiti nəzərdə tutulur ki, bu da kiçik və məktəbyaşlı uşaqların
inkişafına güclü təsir edir.
Tərbiyə dedikdə uşaqlarda dəyərlərin formalaşdırılması, mənəvi keyfiyyətlərin aşılanması və
inkişafı nəzərdə tutulur. Antik dövrün böyük filosofu Platon deyirdi ki, insan düzgün tərbiyə
edilsə, ən sakit və ilahi məxluq, yanlış tərbiyə edilsə, heyvanların ən vəhşisi olar.
Dostları ilə paylaş: