Kurikulum



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə115/123
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#44664
1   ...   111   112   113   114   115   116   117   118   ...   123
Mətanət Nəbiyeva

MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN 

050 721 39 94 

72 


 

•  Muəllim şagirddən bir-bin ilə hörmətlə danışmağını istəyir, ona görə özü də onlarla belə 

bir ünsivvət qurmalıdır  

•  Müəllim onların bir-binnin xətrinə dəyməmələrini, bir-biri ilə kobud danışmamalarını 

istəyir. Deməlh, özu də onlarla ünsiyyətdə bu deyilənləri nəzərə almalıdır.  

•  Müəllim şagirdlənn bir-biri ilə ünsiyyətində əmr deyil, xahiş cümlələrindən istifadə 

etmələrini istəyir ozü də onlarla ünsiyyətində “Təşəkkür edirəm”, ” Xahiş edirəm”, 

”zəhmət olmasa ” kimi sözlərdən istifadə etməlidir ki, şagirdlər də müəyyən vaxtdan 

sonra bu sözləri yoldaşları ilə ünsiyyətlərinə daxıl etsinlər  

Umumilikdə, müəllim şagirdlərlə ünsiyyətini böyüklərlə danışdığı kimi danışmalıdır: hörmətlə 

və mədəni şəkildə  

Dərs otağında işlətdiyimiz dildən başqa istifadə etdiyimiz səs tonu da əhəmiyyətli rol oynayır. 

Yaxşı muəllim şagirdin üstünə qışqırmır və ya ona yüksək səslə əmrlər vermir. Gün boyu baş 

verənlərə reaksiya olaraq sas müxtəlif tonlar ala bilər, lakin daim sakit və idarə olunan səs 

vacibdir. Sinfə yeni mövzu və ya kitab təqdim edərkən isə müəllimin səsində xoş həyəcan və 

entuziazm bilinməlidir.  

Müəllimin şagirdlə söhbətində istifadə etdiyi sözlərin şagirdin inkişafında çox böyük rolu var. 

Bəzən şagirdin inkişafına təkan vermək, ondan bu və ya digər davranışı tələb etmək əvəzinə

sadəcə, niyə bu davranışın yaxşı olduğunu ona bir neçə dəqiqəliyinə izah etmək qədər sadədir. 

Bu özünü, xüsusilə, şagırdın sosial inkişafında göstərir. Böyüklər tərəfindən səsləndirilən 

stimuliativ və dəstəkverici cümlələr şagırd inkişafını daha da gücləndirə bilər, Müəllim şagirdlə 

empatiya qura bilirsə, onun hislərini, fikirlərini nəzərə alan cümlələr qurursa, bu zaman şagird 

hiss edir ki, müəllim ona inanır. Yəni müəllimin istifadə etdıyı sözlər, qurduğu cümlələr şagirdin 

İnkişafına müsbət və ya mənfi təsir göstərə bilər.  

Beləliklə, səriştəli ünsiyyəti təşkil edən cəhətlər: həssaslıq (nəzakətlilik), empatiya, 

kommunikativlik və pedaqoji etikaya sahiblikdir. 

 

 

 



 

 

 



                          Effektiv müəllim-valideyn münasibətləri 

Valideynin tədris prosesinə cəlb olunmasının şagirdin akademik nalliyyətində və şəxsiyyət kimi 

formalaşmasında böyük rol oynadığı uzun müddətdir ki, qəbul olunmuş bir faktdır. Ona görə də 

muəllimlərin peşəkar məsuliyyətlərindən biri də valideynlərin övladlarının öyrənmə prosesinə 

cəlb olunmasına nail olmaqdır. Valideynin cəlb olunması o deməkdir ki, valideynlər övladlarının 




Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin