Kurs: 2 Qrup: 1712 Fənn


İkonik ayrılış metodu ilə istənilən say sistemindən onluq say sisteminə keçid



Yüklə 103,2 Kb.
səhifə7/8
tarix25.12.2023
ölçüsü103,2 Kb.
#194911
1   2   3   4   5   6   7   8
say (1)

İkonik ayrılış metodu ilə istənilən say sistemindən onluq say sisteminə keçid:
Üsulu sözlə təsvir etsək,istənilən say sistemində yazılmış ədədin rəqəmlərini 0-dan başlayaraq indeksləyirik.İndeksləmək nömrələmək deməkdir.Məsələn 0-dan başlayaraq nömrələ dedikdə 0 1 2 3 4 5 olaraq nömrələmək nəzərdə tutulur.Yazılmış ədədi sağdan-sola 0-dan başlayaraq indeksləyirik.Sonra ədədin rəqəmini indeksi say sisteminin qüvvətinə yazıb vururuq.Sona qədər bu ardıcıllıqla davam edirik.Təbiki sözlə izah etmək bir o qədər uğurlu alınmır bu riyazi məsələlərdə.Ona görə gəlin nümunələrlə baxaq:
Gəlin, 100 000 011 (ikilik say sistemində) olan ədədi onluq say sisteminə çevirək.

Görüldüyü kimi öncə ədədin üzərini indekslədik(nömrələdik) sonra ədədin rəqəmlərini 2-nin(yəni əsasın) üstünə indeksi yazıb vurduq.Və bu prosesi hər rəqəm üçün edib onları topladıq. Alınan nəticə bizim onluq say sistemindəki və yaxud keçmək istədiyimiz say sistemindəki ədədimiz oldu.Qəliz görsənsə də çox sadə üsuldur.Ədədin rəqəmini götürüb, üstündəki rəqəmi əsasın qüvvətinə yazıb vururuq.
Tam aydın olması üçün bir nümunədədə bu üsulu tətbiq edək.

Görüldüyü kimi 8-lik say sistemində olan 762 ədədini onluq say sisteminə çevirərək 10-luq say sistemində 498 cavabını aldıq.
Qısa bir nümunə ilə bu üsulu bir daha tətbiq edək:

Onaltılıq say sistemində olan 5AC ədədini onluq say sisteminə çevirərək 1452 ədədini aldıq.Buda bu üsulun son nümunəsi idi.
Qeyd:Kəsr ədədlərin çevrilməsini nümunələrlə qısaca izah edib,çox yer verməməyi uyğun görürəm.

Digər istənilən say sistemindən onluq say sisteminə sürətli keçid üsullarını 10-luq say sistemindən istənilənə keçmək bölməsində göstərdik.

Yüklə 103,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin