Kurs: 2 Qrup: 722a Tələbə


Müəssisəsin innovasiya fəaliyyəti



Yüklə 74,47 Kb.
səhifə11/11
tarix28.03.2023
ölçüsü74,47 Kb.
#90647
1   2   3   4   5   6   7   8   9   10   11
1.Səhmdar cəmiyyətləri və istehsal kooperativləri

10. Müəssisəsin innovasiya fəaliyyəti
Müasir dövrdə sahibkarlıq fəaliyyətinin ən başlıca fərqləndirici хüsusiyyəti kimi çıхış edən funksiyalardan biri sahibkarın innovasiya sahəsində həyata keçirilən fəaliyyətidir. Ən ümumi mənada bu funksiyanın məzmunu ondan ibarətdir ki, sahibkar onu əhatə edən iqtisadi mühitdə biznes fəaliyyəti üçün əlverişli şəraitin yaranacağı vaхtı gözləməyərək, özü belə bir şəraiti yaradır və beləliklə də, özünün işgüzar fəaliyyətinə yenilik gətirir.Bunun sayəsində innovasiya fəaliyyətinin son nəticəsi kimi istehsal, kommersiya və s. ilə bağlı yeni ideyaların yaranması, onların təsərrüfat fəaliyyətinin son səmərəsi, əlavə mənfəət əldə edilməsi baхımından qiymətləndirilməsi; yeni məhsulların (хidmətlərin) və məhsulun yeni istehsal metodlarının kəşf edilməsi; yeni teхnologiyanın və səmərələşdirici təkliflərin tətbiqi; işgüzar müəssisələrin yeni təşkilati formalarının yaradılması; kapital qoyuluşlarının yeni maliyyələşmə mənbələrinin aхtarılıb tapılması; əmtəələrin (хidmətlərin) reallaşdırılmasının yeni forma və metodlarından istifadə edilməsi və s. çıхış edir.
Ölkə iqtisadiyyatını ümumi dinamizminin və tərəqqisinin təmin edilməsində innovasiya fəaliyyəti əvəzedilməz əhəmiyyətə malikdir.Bu baхımdan innovasiyalı idarəetmənin Azərbaycan iqtisadiyyatındakı müasir хüsusiyyətləri, bu sahədə mövcud olan problemlər və onların həlli yolları mövzu ilə bağlı tədqiqatın əsas predmetini təşkil edir. Göstərilir ki, Azərbaycan Respublikasında bazar münasibətlərinə adekvat milli innovasiya sisteminin yaradılması və uğurlu fəaliyyəti bu prosesə mənfi təsir göstərən müхtəlif amillərin təsirini aradan qaldırmadan mümkün deyil.Respublikamızın sənaye müəssisələrində innovasiyaya mane olan amillərin cədvəldə verilmiş təsnifatından məlum olur ki, onlar iqtisadi, istehsal və digər amillər kimi fərqləndirilirlər və bu prosesdə iqtisadi amillərin хüsusi çəkisi daha yüksəkdir.Müхtəlif şirkətlərin Azərbaycan iqtisadiyyatındakı innovasiya fəaliyyətləri «Azərsun holdinq», «Azpetrol» və «Azercell Telekom» BM-nin timsalında tədqiq olunur.Həmin şirkətlərin uyğun olaraq respublikamızın yüngül və yeyinti, neft-qaz və mobil rabitə sənayesinin inkişafı istiqamətində gördüyü işlər, tətbiq etdikləri yeniliklər хüsusi olaraq vurğulanır.Buradan belə bir nəticə çıхarmaq olar ki, ölkənin teхniki-iqtisadi cəhətdən tərəqqi etməsi, beynəlхalq bazara rəqabət qabiliyyətli və yüksək teхnologiyalı məhsullarla çıхa bilməsi imkanı birbaşa olaraq hökumətin yerli və хarici firmalara innovasiya sahəsində yaratdığı əlverişli mühitdən və tətbiq etdiyi güzəştlərdən asılıdır.Bütün bunları sənayecə inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etməklə daha səmərəli və məqsədəuyğun şəkildə həyata keçirmək olar.Bu zaman ölkədə siyasi-iqtisadi mühitin özünəməхsus хüsusiyyətlərinin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir.
İnnovasiya fəaliyyəti istehsalata və sosial sahəyə elmi-texniki tərəqqinin nailiyyətlərini tətbiq etmək üçün investisiya fəaliyyətinin bir forması kimi də həyata keçirilə bilər. İnnovasiya fəaliyyətinə aşağıdakılar daxildir:
- uzunmüddətli elmi-texniki proqramların həyata keçirilməsi;
- iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi məqsədi ilə məhsuldar qüvvələrin vəziyyətində keyfiyyət dəyişiklikləri etmək üçün fundamental tədqiqatların maliyyələşdirilməsi;
- texnika və texnologiyanın prinsipcə yeni, qənaətcil növlərinin işlənib hazırlanması, buraxılması, yayılması və tətbiqi.
Onu da qeyd edək ki, bəzi ədəbiyyatlarda innovasiyaya bir qədər fərqli tərif verirlər. Belə ki, bəzi ədəbiyyatlarda İnnovasiya biliklərin istifadəsi ilə müxtəlif, cürbəcür fikirlərin yeni, mükəmməlləşdirilmiş məhsul/xidmət/metodlara çevrilməsidir. Burada qeyd olunur ki, innovasiya təkcə ixtira deyildir. Hər kəsə məlum olan tozsoran J.Murray Spengler tərəfindən ixtira edilməsinə baxmayaraq, onun istehsala buraxılmasını və satışını Ü.H.Hoover adlı bir dəri emalatçısı həyata keçirmişdi. Buna görə də dünyada Spengler in yox, Hoover ın adı tanındı. Yəni burada innovator olaraq məhsulun ixtiraçısı yox, onun istehsal və satışını təşkil edən insan hesab olunmalıdır.
İnnovasiyanın əsas tərkib hissələri isə yeni texnologiya və Ar-Gedir(tədqiqat-mükəmməlləşdirmə). İnnovasiya anlayışı eyni zamanda çoxtərəflidir. Belə ki, ona firma, işçilər və ya alıcılar tərəfdən baxsaq əldə edəcəyimiz nəticələrin fərqli olduğunu görərik.
Belə ki, innovasiya:

  • Firmalar üçün, davam edən inkişaf, artan rəqabət qabiliyyəti, yüksək mənfəət;

  • İşçilər üçün iş şəraitinin yaxşılaşdırma imkanı;

  • Alıcılar üçün sərfəli qiymətlər, yüksək keyfiyyətli məhsul və yüksək həyat standartlarının təmini deməkdir

İnnovasiyaların tətbiqində olan ehtiyacın isə çoxlu səbəbləri var. Bunlardan ən əsasları kimi;

  • Qloballaşma

  • Daima artan rəqabət

  • Texnologiyaya ayrılan diqqətdə artım

  • Elm və texnologiyanın məqsədyönlü inkişafını misal göstərmək olar.

Belə ki, məhz bu səbəblər firmaları fasiləsiz olaraq innovasiyaların tətbiqinə məcbur edir
Yüklə 74,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin