Kurs I Ş İ Mövzu: Bazar infrastrukturu: mahiyyəti, ünsürləri və fəaliyyət mexanizmi


Şəkil 1. Azərbaycan Respublikasının ÜDM-in strukturu



Yüklə 94,41 Kb.
səhifə18/20
tarix02.05.2023
ölçüsü94,41 Kb.
#105873
1   ...   12   13   14   15   16   17   18   19   20
referat 201

Şəkil 1. Azərbaycan Respublikasının ÜDM-in strukturu


Azərbaycan Respublikasının ÜDM-i ilə pul kütləsi M2 arasındakı asılılıq
Cədvəl 4.

İllər

Cəmi ÜDM mlrd.manat

ÜDM-in əvvəlki ilin ÜDM-nə %-lə nisbəti

Pul kütləsi M 2 mlrd.manat

Pul kütləsinin əvvəlki ilin Pul kütləsinə %-lə nisbəti

2000

23590.5

111.1

1661.1

118.5

2001

26578.0

109.9

1755.6

105.7

2002

30312.3

110.6

2025.8

115.4

2003

35732.5

111.2

2592.2

128

2004

41872.5

110.2

3418.0

75.9

Qeyd etmək lazımdır ki, ÜDM-in artımı ilə pul kütləsinin artımı arasında müəyyən asılılıq mövcuddur. Beləliklə, 2000-ci ildə pul kütləsinin artımı ÜDM-in artımından 7.4 %, 2002-ci ildə 4.8 %, 2003-cü ildə isə 16.8 % artıq olmuşdur. 2001 və 2004-cü illərdə isə müvafiq olaraq 14.2 və 34.3% geri qalmışdır.


İnformasiya bazarı – xüsusi bazardır. Burada əmtəə kimi spesifik bir məhsul olan informasiya çıxış edir.
Azərbaycanda informasiya bazarının hüquqi əsasını 7 dekabr 1999-cu il tarixdə qəbul olunmuş “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Bu Qanunda Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarışı, alınması, hazırlanması, ötürülməsi, istehsalı və yayılması qaydaları, eləcə də vətəndaşların tam, dəqiq və operativ məlumat almaq hüququnun həyata keçirilməsinə istiqamətlənən mətbuatın, informasiya agentliklərinin, televiziya və radionun fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsasları müəyyən edilmişdir.
İnformasiya bazarının obyekti – cəmiyyətdə formalaşan və şəxslər, qruplar, təşkilatlar, müxtəlif sosial institutlar tərəfindən ictimai münasibətləri, eləcə də insanla cəmiyyət arasındakı münasibətləri tənzim etmək üçün istifadə olunan xəbərlərin və məlumatların məcmusudur.
Azərbaycan belə bir bazarın yaranması prosesi gedir. Başlanğıc kimi informasiya xidmətinin (o cümlədən İnternet vasitəsilə) göstərilməsi üzrə ixtisaslaşan kompaniyaların meydana çıxmasını hesab etmək olar.
Reklam bazarı – bazar iqtisadiyyatı şəraitində mühüm rol oynayır. Belə ki, reklam-əmtəə və xidmətlərin reallaşdırmaq və onlara tələb yaratmaq məqsədilə istehlak xassələri haqqında informasiyadır.
Azərbaycanın reklam bazarı təşəkkül mərhələsindədir. İqtisadiyyatın bir çox sahələrini bürüyən böhran, reklam biznesinə də öz təsirini göstərir. Buna görə də reklamçılar öz işinə daha ehtiyatla yanaşırlar. Belə bir şəraitdə yalnız reklam işi üzrə peşəkarlar yaşaya bilərlər.
Qeyd etmək lazımdır ki, son zamanlar reklam bazarı üzrə bir sıra hüquqi-normativ aktlar, o cümlədən 3 oktyabr 1997-ci il tarixli “Reklam haqqında” Azərbaycan Respublikası qanunu qəbul edilmişdir. Bu qanunla istehsal istehsal prosesində meydana çıxan münasibətlər, respublikada hüquqi və fiziki şəxslərin əmtəələri, işləri, xidmətləri üzrə reklamın yerləşdirilməsi və yayılması tənzimlənir.
Hazırda respublikada reklam fəaliyyəti ilə 70-dən artıq reklam kompaniyaları məşğul olur. Əsas reklamçılar avtomobil kompaniyaları, rabitə xidmətçiləri, avtoşirkətlər, ticarət firmaları, otellər və restoranlar, bank və digər xidmətlər göstərən müəssisələr və başqalarıdır. Azərbaycanın reklam bazarının strukturu reklamdaşıyıcılar üzrə aşağıdakı qaydadadır:
-televiziya – 41%
-qəzetlər – 32%
-küşə reklamı – 14%
-radio – 4%
-digərləri – 0.9%
Son illər reklambazrı üzrə həcmin 2-3 dəfə aşağı düşməsi, bizdə reklam olunan malların 95%-nin xaricdə istehsal olunması ilə əlaqədardır. Əlbəttə. Azərbaycanda da əmtəə istehsalçıları vardır, ancaq onlar bu gün reklam bazarında ümumi vəziyyətə təsir göstərmək üçün çox azdır.
Buna görə də Azərbaycanda reklam bazarının tam işə düşməsi üçün müəssisə və təşkilatlar işləməlidirlər və onların istehsal etdiyi məhsullar dünya standartlarına uyğun gəlməli və rəqabət qabiliyyətli olmalıdırlar.

Yüklə 94,41 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin