Kurs I Ş İ Mövzu: Bazar infrastrukturu: mahiyyəti, ünsürləri və fəaliyyət mexanizmi



Yüklə 94,41 Kb.
səhifə17/20
tarix02.05.2023
ölçüsü94,41 Kb.
#105873
1   ...   12   13   14   15   16   17   18   19   20
referat 201

Kredit bazarının əsasını kreditorlar tərəfindən faiz ödənilmək, müddətlilik və qaytarılmaq şərti ilə borc verilən pul vəsaitlərinin yenidən bölgüsünü təmin edən iqtisadi mexanizm təşkil edir. Kredit həm də bazar islahatlarının aparılmasında, iqtisadiyyatın dövlət tənzimlənməsində mühüm bir vasitədir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə kreditlərin səmərəli istifadəsi üçün sənaye sahələrinə qoyuluşlar üzrə prioritet istiqamətlər müəyyən edilmişdir.
2000-2005-ci illərdə Azərbaycan Respublikası iqtisadiyyatının inkişafına qoyulan kreditlər. ( mln. manatla)
Cədvəl 3




2000

2001

2002

2003

2004

2005

İqtisadiyyata kredit qoyuluşları mln manat

464.4

486.3

518.6

667.8

989.5

1441.0

Qısa müddətli

334.4

354.0

372.4

485.0

700.8

913.3

Yekuna görə, faizlə

72.0

72.8

71.8

72.6

70.8

63.4

Uzun müddətli

130.0

132.3

146.2

182.8

288.7

527.7

Yekuna görə, faizlə

28.0

27.2

28.2

27.4

29.2

36.6

Cədvəl 3-də 2000-2005-ci illərdə Azərbaycan Respublikası iqtisadiyyatının inkişafına qoyulan kreditlərin miqdarı verilmişdir (10, səh.420). Cədvəldən göründüyü kimi 2000-2005-ci illər ərzində kredit qoyuluşları 3.1 dəfə artmış və 2005-ci ildə iqtisadiyyata kredit şəklində 1441 mln manat vəsait qoyulmuşdur.


Qiymətli kağızlar bazarı son vaxtlara qədər ancaq lotareya biletlərinin, dövlət istiqrazlarının alqısı və satqısı ilə təmsil olunurdu. Hal-hazırda qiymətli kağızlar bazarına aşağıdakılar daxildir:
- dövlət əmanət istiqrazları
- dövlət qısamüddətli istiqrazlar
- daxili valyuta istiqrazları
- özəlləşdirilmiş müəssisələrin səhmləri
- veksellər
- korporativ qiymətli kağızlar
- bələdiyyə qiymətli kağızları
- fyuçerslər
- mavi fişkalar
- forvardlar
- opsionlar.
Son zamanlar Azərbaycanda bazar infrastrukturunu və xüsusilə qiymətli kağızlar bazarını tənzimləyən bir çox qanun və hüquqi aktlar qəbul edilmişdir. Onların arasında Azərbaycan Respublikasının 14 iyul 1998-ci ildə qəbul edilmiş 523 № li “Qiymətli kağızlar haqqında” qanunu xüsusi əhəmiyyətə malikdir. Həmin qanunda Azərbaycan Respublikasında qiymətli kağızların buraxılışı və dövriyyəsi qaydaları, istifadə olunan anlayışların mənası daha dəqiq öz əksini tapmışdır. Yeni qanunda deyildiy kimi, qiymətli kağızlar bazarının tənzimlənməsi həm dövlət və həm də bazar subyektlərinin təşkilatları tərəfindən həyata keçirilir.
Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi aşağıdakıları nəzərdə tutur:

  • qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının və emitentlərinin fəaliyyətinə məcburi tələblərin müəyyən edilməsi, belə fəaliyyətə standartların qoyulması;

  • qiymətli kağızların buraxılışının və emissiya prospektlərinin qeydiyyatı, emitentlər tərəfindən onlarda nəzərdə tutulan şərtlərə və öhdəliklərə riayət olunmasına nəzarət etmək;

  • qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyətinin xüsusi razılaşdırma sisteminin tətbiqi və bu fəaliyyətə nəzarət;

  • qiymətli kağızlarla aparılan əməliyyatlara, onların açıq yerləşdirilməsinə, dövriyyəsinə kotirovkasına (qiymətləndirilməsinə), listinqinə və delistinqinə, hesablaşma-depozitar fəaliyyət normalarına məcburi tələblərin müəyyən edilməsi;

  • Azərbaycan Respublikasının qiymətli kağızlar haqqında qanunvericiliyin tələblərinə qiymətli kağızlar bazarının peşəkar iştirakçıları və emitentləri tərəfindən riayət olunmasına nəzarət;

  • Azərbaycan Respublikasında qeydiyyatdan keçən qiymətli kağızların dövlət reyestri üzrə məcburi tələblərin müəyyən edilməsi;

  • Azərbaycan Respublikası ərazisində qiymətli kağızların emissiyasını həyata keçirən emitentlərin, qiymətli kağızların emissiyasının prospektləri üzrə standartların, qiymətli kağızların emissiya qaydalarının və qiymətli kağızların emissiyasının və emissiya prospektlərinin qeydiyyat qaydalarının təsdiqi;

  • qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatlarının fəaliyyət qaydalarının təsdiqi;

  • qiymətli kağızlar bazarı üzrə hamı üçün açıq informasiya sisteminin yaradılmasının təmin edilməsi;

  • qiymətli kağızlar bazarında qanunvericiliyə uyğun reklam qaydalarının müəyyən edilməsi;

  • səhmdarların qanuni maraqlarının və hüquqlarının müdafiə olunmasına nəzarətin həyata keçirilməsi;

  • Azərbaycan Respublikasının qiymətli kağızlar bazarında xarici hüquqi və fiziki şəxslərin iştirakının norma və qaydalarının müəyyən edilməsi.

Öz fəaliyyətlərini kommersiya prinsipləri əsasında quran və mövcud Qanuna uyğun fəaliyyət göstərən qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının ittifaqları, assosasiyaları və digər könüllü birlikləri qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimələyən təşkilatlarıdır.
Maliyyə bazarının formalaşmasında pul bazarının rolu əvəz edilməzdir. Pul kütləsinin müəyyən qədər bərabər bölünməsi üçün tələb və təklifin təkcə bütövlükdə deyil, həm də iqtisadiyyatın aparıcı sektorları üzrə də balanslaşdırılmalıdır.
Bütün ödəmələrin məcmusu kimi pul dövriyyəsinin nağd və nağdsız formalarda axınının köməyi ilə məcmu məhsulun reallaşması, milli gəlirin istifadəsi və iqtisadiyyatda bütün sonrakı yenidən bölgü prosesləri təmin edilir.
Son zamanlar ÜDM-in strukturunda köklü dəyişiklər baş vermişdir. Aşağıdakı şəkildə Azərbaycan Respublikasının ÜDM-in strukturu verilmişdir. Şəkil 1-dən göründüyü kimi bazar iqtisadiyyatı inkişaf etdikcə ÜDM-in strukturunda sənayenin, həmçinin özəlləşdirilmiş sektorların payı artmaqdadır.


Yüklə 94,41 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin