Kurs I Ş İ Mövzu: Bazar infrastrukturu: mahiyyəti, ünsürləri və fəaliyyət mexanizmi



Yüklə 94,41 Kb.
səhifə9/20
tarix02.05.2023
ölçüsü94,41 Kb.
#105873
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
referat 201

Əməli lizinq – Yaponiyada və ABŞ-da geniş yayılmışdır. Bura avadanlığa texniki xidmət, avtomobillərin, yaxtaların icarəyə verilməsi, anbar işləri, ev işləri görülməsi üzrə qısa müddətli xidmətlər daxildir.
Procekt-liz dedikdə, həm avadanlığın uzun müddətli icarəyə verilməsi, həm də icarəçi tərəfindən işlədilən bütün maddi dəyərlərə kompleks xidmət göstərilməsi başa düşülür.
Vendor-liz zamanı lizinq kompaniyasının xaricdə yerləşən satış filialı öz firmasından avadanlığı alıb, onu xarici istehlakçıya icarəyə verir və ya möhlətlə satır.
Liz-bek. Bu halda lizinq kompaniyası digər bir ölkədə istehsalçı firmadan nağd pulla maşın və dəzgah alıb sonradan onun özünə pulunu möhlətlə ödəmək şərti ilə satır.
Beynəlxalq lizinq dedikdə, lizinq kompaniyası tərəfindən digər bir ölkədə xarici firmadan hər hansı bir əmlakı pulla alıb digər xarici bir firmaya uzun müddətə icarəyə verilməsi başa düşülür.
Bazar infrastrukturlarının müasir sistemlərindən biri informasiya biznesi adlanır. O aşağıdakı (4, səh.106) tərkiblə səciyyələnir:
-informasiya resursları
-texnoloji informasiya
-idarəetmə kompyuter sistemi
-kommunikasiya vasitələri
Ayrı-ayrı iqtisadi ədəbiyyatlarda axırıncı insan fəaliyyətinin xüsusi bir növü kimi də qiymətləndirilir. Məsələn, istehsal informasiyası, iqtisadiyyatın informasiya sektoru, ümumi informasiya sahəsi, informasiyanın işlənməsi industriyası və s.
Qərbin bir sıra inkişaf etmiş ölkələrində və Yaponiyada informasiya biznesi ən müasir formalardandır və XX əsrin axırında və XXI əsrin əvvəlinə doğru hərəkətdə bu növ infrastrukturun rolu, çəkisi və əhəmiyyəti yüksəlir.
İnformasiya resurslarını 3 əsas qrupa bölmək olar:

  1. İşgüzar xarakterli informasiya resursları. Bunlar idarəetmə, sosial,statistik, maliyyə,kommersiya informasiyalarıformasında fəaliyyət göstərirl

  2. Mütəxxəsislər üçün informasiya resursları. Bu iqtisadi, elmi-texniki, istehsal-texnoloji,marketinq və s. səciyyəli informasiyalar kimi ifadə olunur.

  3. Kütləvi xarakterli informasiya resursları. Buraya hüquqi, ictimai, siyasi,tədris, sorğu, ensiklopedik lüğətlər, kitabxana-biblioqrofiya, arxiv məlumatları, mədəniyyət, səhiyyə, idman və s. bu kimiləri haqqında məlumatlarıntəmini daxildir.

Bazar iqtisadiyyatı şəraitində mühüm bazar infrastruklarından biri auditlər,audit kompaniyaları,şirkətləridir.Bunlar müqavilə əsasında, qeyri-dövlət təşkilatı kimi mühasibat sahəsində yoxlamalar həyata keçirən bir qurumdur. O, eyni zamanda mühasibat uçotunun aparılması sahəsində maliyyə, vergi, bank işi və digər qanunvericilik məsələləri üzrə məsləhətlər verir. Bunlardan əlavə auditorlar arbitraj məhkəmələrində, vergi orqanlarının mənafelərinin qorunması sahəsində köməklik göstərə bilirlər.

Yüklə 94,41 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin