Kurs: II (əyani)


Bilik fondunun zənginləşdirilməsi



Yüklə 0,78 Mb.
səhifə8/9
tarix16.12.2023
ölçüsü0,78 Mb.
#181452
1   2   3   4   5   6   7   8   9
Pedaqogika-rus-d-2k

Bilik fondunun zənginləşdirilməsi dedikdə - konkret təlim materialını mənimsəmə; yeni faktları, hadisələri, simvolları, terminləri, adları, tarixləri, qanunları və s. öyrənmə başa düşülür. Burada şəxsi inadkarlıqla öyrənmə, məqsədə canatma, bilik qazanmaq bacarığı, intellektual əmək mədəniyyətinin olması mühümdür.
Düşünmək və fikir yürütmək qabiliyyəti əsas fikri əməliyyatlar aparmaq bacarıqları - təhlil, tərkib, müqayisə, təsnif etmə ilə bağlıdır. İnsanın müəyyən müstəqil qərar qəbul etməsi üçün bu fikri əməliyyatlar çox zəruridir.
Şagirdin intellektual bacarıqlarına, əsasən, onun təlim fəaliyyəti bacarıqları aiddir. Bu bacarıqlar bir sıra fənlərin tədrisi zamanı formalaşır və ümumi, yəni bütün fənlərin öyrənilməsində istifadə olunan ümumı pedaqoji və xüsusi, yəni hər hansı bir sahəni mənimsəmək üçün istifadə olunan bacarıqlar - deyə iki yerə bölünür. Bunlardan başqa, müstəqil işləmə bacarıqları da olur.


4.Ağıl tərbiyəsinin yolları

  • öz sənəntinin kamil ustası olan klassiklərin nümunəsindən istifadə;

  • görkəmli adamlarla görüşlər;

  • xalq pedaqogikası nümunələrindən istifadə;

  • ağılın keyfiyyətlərini inkişaf etdirəcək didaktik oyunlar;

  • müvafiq bədii ədəbiyyat nümunələrinin oxunması və təhlili.



XIV MÖVZU
ƏXLAQ TƏRBİYƏSİ
Plan

  1. Əxlaq haqda ümumi məlumat

  2. Əxlaq tərbiyəsinin mahiyyəti və vəzifələri

  3. Əxlaq tərbiyəsinin məzmunu və yolları



  1. Əxlaq haqqında ümumi məlumat

  • Əxlaq – hər hansı cəmiyyət tərəfindən qəbul edilmiş davranış qaydalarının məcmususdur.

  • Əxlaq – ictimai şüurun formalarından biri kimi həm də fəlsəfi kateqoriyadır. Fəlsəfi baxımdan əxlaq məsələlərinin, əxlaqi ketfiyyətlərin və qaydaların mənşəyini, formalaşması mexanizmini, cəmiyyətdə rolunu və s. tədqiq edən elm – “etika” adlanır.

  • Cəmiyyət həyatında mühüm rol oynayan ictimai münasibətləri tənzimləyən qaydada və normaları iki qrupa ayırmaq olar: əxlaqi normalar və hüquqi normalar.

  • Cəmiyətdə könüllülük əsasında formalaşan, insanların əksəriyyəti tərəfindən qəbul edilən və əməl olunan davranış normaları və qaydaları - əxlaqi normalar və qaydalardır;

  • Dövlət tərəfindən qanun halına salınan, icrası hamı üçün məcburi olan, əməl edilmədikdə müəyyən cəza tədbirləri ilə müşayət olunan normalar hüquqi normalardır.


Əxlaqi və hüquqi normaların münasibəti

  • əxlaqi normalar, hüquqi normalara nisbətən daha qədim tarixə malikdir;

  • əxlaqi normalar uzun müddətli inkişaf dövrü keçərək formalaşır, hüquqi normalar isə qısa zamanda təsbit oluna bilir;

  • əxlaqi normalar könüllülük prinsipi üzərində qurulur, hüquqi normalar isə məcburidir;

  • əxlaqi normalara nəzarət təmənnasızdır və xalq tərəindən aparılır, hüquqi normalara nəzarət isə xüsusi fəaliyyət növü olub, bu iş üçün məsuliyyət daşıyan müəyyən qurumlar və ayrı-ayrı şəxslər tərəfindən aparılır.

  • əxlaqi və hüquqi norma və qaydalar bir-biri ilə qarşılıqlı əlaqədə olurlar: əslində hüquqi normalar əxlaqi normalar əsasında yaranır və onlara əməl edilməsini rəsmiləşdirir; hüquqi normalara əməl edilməsi - əxlaqi qayda olduğu kimi, əxlaqi qaydaların yerinə yetirilməsinin təmin edilməsi də hüquqi normadır; milli və ümumbəşəri əxlaqi keyfiyyətlər olduğu kimi, milli və beynəlxalq hüquq normaları da mövcuddur və s.

  • “Əxlaq” və “mənəviyyat” anlayışlarını bir-birindən fərqləndirmək lazımdır.

  • əxlaq həm insanın təbiətində olan fitri xasiyyətlərin, həm də insanın həyatı boyu qazandığı keyfiyyətlərin məcmusundan ibarətdir.

  • Mənəviyyat – insanın əxlaqını formalaşdıran ruhi keyfiyyətlərdir (ağıl, şüur, vicdan və iradə).

  • İnsan mənəviyyatı fitri imkan halına mövcuddur. Insanın həyatı boyu qazandığı keyfiyyətlər onun mənəviyyatını (yəni ağlını, şüurunu, vicdanını və iradəsini) müsbət istiqamətdə təkmilləşdirə, zənginləşdirə bilər və ya mənfi istiqamətdə daha da korlaya bilər.

Beləliklə, əxlaqın formalaşması, keyfiyyətləri mənəviyyatın inkişaf səviyyəsindən, zənginliyindən asılıdır.


  1. Əxlaq tərbiyəsinin mahiyyəti və vəzifələri

  • Əxlaq tərbiyəsi – cəmiyyətin tələblərinə müvafiq əxlaqi keyfiyyətlər formalaşdırılması üçün tərbiyə olunanların mənəviyyatına və davranışına məqsədyönlü və sistematik təsir göstərməkdir.

Əxlaq tərbiyəsinin vəzifələri

  • əxlaqi şüurun formalaşdırılması;

  • əxlaqi hisslərin tərbiyəsi və inkişafı;

  • iradənin möhkəmləndirilməsi;

  • əxlaqi davranış bacarıq və vərdişləri yaradılması və inkişafı.

  • Əxlaqi şüur – insanın əxlaqi normalar və əxlaq qaydaları barədə təsəvvürlər anlayışlara malik olması və bu zəmin üzərində əxlaqi əqidə formalaşmasıdır.

  • Əxlaqi hisslər - əxlaqi hərəkət və normalara münasibətdə ifadə olunan daxili yaşantıdır.

  • Iradə - inanın öz davranışını və psixi xüsusiyyətlərini ağılın hökmü ilə tənzimləyərək xarici və daxili maneələri aradan qaldırmaqdır.

Bəzi iradi keyfiyyətlər sırf mənəviyyatla bağlı təzahür edirlər.

  • məsuliyyət – fəaliyyətin icrası zamanı cəmiyyətin mənəvi dəyərlərinin tələblərinə əməl etmək;

  • intizamlılıq – öz davranışını sosial normaların tələblərinə şüurlu şəkildə uzlaşdırmaq;

  • prinsipiallıq – müəyyən ideyanı inam və əqidə şəklində qəbul edərək davranışda ona əməl etmək;

  • məcburilik – üzərində götürdüyü öhdəliyi həyata keçirmək;

  • çalışqanlıq: təşəbüsskarlıq, mütəşəkkillik, icraçılıq, işgüzarlıq.

  • Əxlaqi davranış bacarıq və vərdişləri insanın bu və ya digər şəraitdə digər adamlarla münasibətdə özünü necə aparması ilə əlaqədar anlayışlardır. Onların formalaşmasında əxlaqi şüur, iradə, inam, əqidə, əxlaqi hissələrlə yanaşı müxtəlif adət və ənənələr də mühüm rol oynayır.


  1. Əxlaq tərbiyəsinin məzmunu və yolları

  • Müasir dövrdə əxlaq tərbiyəsinin məzmunu bir sıra bəşəri dəyərlərin təsiri altında əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Belə dəyərlərdən bir neçəsinə nəzər salaq:

  • Insan həyatı – Həyat insanın ən müqəddəs, pozulmaz hüququdur. Uca Allah insana özünün və başqalarının həyatına qəsd etməyi ən böyük günahlardan biri kimi qadağan etmişdir. Təəssüf ki, bu gün bütün dünyada uşaqlar və gənclər arasında intihar və terrorçuluq halları getdikcə artmaqdadır.

  • Azadlıq və demokratiya – Tarix boyu gündəmdən düşməyən, insanların daim can atdığı ən zəruri insani hüquqlarıdır. Bir çox xalqların müstəqilliyə qovuşması və demokratik quruculuğa başladığı müasir dövrdə bu haqda mədəni görüşləri aşağı səviyyədə olan gənclər bəzən azadlıq və demokratiyanı qanunsuzluq, hərc-mərclik kimi başa düşürlər. Amma, əslində, azadlıq və məsuliyyət, demokratiya və intizam bir-birindən ayrılmaz anlaışlardır.

  • Mədəniyyətlərin inteqrasiyası, qlobalizm – “İnteqrasiya” - münasibətdə olan tərəflərin malik olduğu mənəvi – mədəni dəyərlərin qarşılıqlı olaraq qəbul edilməsi qovuşması deməkdir. Təəssüf ki, müstəqillik qazanmış ölkələrin bir çoxunda, o, cümlədən də Azərbaycanda sivil ölkələrin qabaqcıl mədəniyyətlərinə inteqrasiya dedikdə, həmin ölkələrin mədəni təsirlərini birtərəfli qaydada qəbul etmək başa düşülür. Xüsusilə də gənclər arasında Qərbin “psevdomədəniyyətinə” aludəçilik artır. Bu vəziyyət hətta etnik və mədəni terrorizmin surətlə yayılmasına səbəb olur. Narkomaniya, narkotik vasitələrin satışı, insan alveri, aqresssivlik, gənclər arasında qəddarlıq halları yaranır. Bütün bunlar əxlaqi mühitə və əxlaq normalarına da təsir göstərməyə bilməz.

  • Əxlaq tərbiyəsinin məzmunu əxlaqi keyfiyyətlərin formlaşdırılması ilə bağlıdır. Ən mühüm əxlaqi keyfiyyətlərdən bəzilərinə nəzər salaq:

  • vətənpərvərlik, yurdsevərlik;

  • insanpərvərlik, humanizm;

  • əməksevərlik, çalışqanlıq;

  • dostluq və yoldaşlıq;

  • düzlük və doğruçuluq və s.

Əxlaq tərbiyəsinin yolları

  • ailədə;

  • məktəbdə

  1. fənlərin tədrisi zamanı;

  2. dərsdənkənar təlim-tərbiyə işləri zamanı;


  • məktəbdənkənar tərbiyə müəssisələrində;

  • pedaqoji mətbuat vasitəsilə;

  • bədii ədəbiyyat və incəsənət əsərləri vasitəsilə;

  • kütləvi informasiya vasitələri ilə və s.

XV MÖVZU
ƏMƏK TƏRBİYƏSİ
PLAN

  1. Əmək tərbiyəsinin mahiyyəti

  2. Əmək tərbiyəsinin vəzifələri

  3. Əmək tərbiyəsinin sistemi

  4. Peşəyönümü

  1. Əmək tərbiyəsinin mahiyyəti

  • Əmək – insanın həyati məqsədlərə çatmaq üçün malik olduğu qabiliyyətləri gerçəkləşdirərək çalışdığı fəaliyyət növüdür.

  • Əmək tərbiyəsi – gənc nəslin psixoloji və əməli cəhətdən zəhmətə hazırlanması, əmək mədəniyyəti vərdişlərin formalaşdırılması üçün məqsədyönlü təsir prosesidir. Əmək mədəniyyəti formalaşdırılması mənəviytyatla sıx bağlıdır. Məsələn, işgüzarlıq, təşəbbüskarlıq, mütəşəkkillik, icraçılıq, çalışqanlıq əməyə münasibət formalaşmasında rol oynayan əsas iradi keyfiyyətlərdir.

  • Əmək tərbiyəsinin əsas məqsədi böyüyən nəsildə əməyə müsbət münasibət, özünün və cəmiyyətin xeyrinə əməyə əxlaqi, fiziki və texniki baxımdan hazır olmaq keyfiyyəti aşılamaqdır.

  • Əmək tərbiyəsinin əsas qanunauyğunluğu uşaqların məhsuldar əməkdə iştirakı, təlimin məhsuldar əməklə birləşdirilməsi ilə bağlıdır.


  1. Əmək tərbiyəsinin vəzifələri

  • əməyin hər bir insanın, həmçinin bütövlükdə cəmiyyətin firavanlığının əsası olduğu haqda uşaqlarda əqidə formalaşdırılması;

  • əməyə düzgün münasibət formalaşdırmaqdan ötrü məktəblilərdə sabit əxlaqi və iradi keyfiyyətlər tərbiyə edilməsi;

  • müasir istehsalatda uğur qazanmaq üçün zəruri olan ümumi və politexnik təhsilə dair biliklər və xüsusi bacarıqlar formalaşdırılması;

  • uşaqların düzgün peşə seçiminə köməklik göstərilməsi.


  1. Əmək tərbiyəsinin sistemi

  • əmək təlimi;

  • politexnik təhsil;

  • ictimai-faydalı əmək;

  • məhsuldar əmək;

  • Məktəblilərin iştirak etdikləri əmək növləri bunlardır:

  • məişət əməyi;

  • təlim əməyi;

  • ictimai-faydalı əmək;

  • məhsuldar əmək.

Məişət (özünəxidmət) əməyi



  • Məişət əməyi ailədən başlayır. Uşaq ən kiçik yaşlarından özünəxidmətə, öz işini özü görməyə alışdırılmalıdır. Özünəxidmət əməyi kiçik yaşlarından bir sıra əxlaqi və iradi keyfiyyətlər formalaşdırılmasına kömək edir:

  • məsuliyyət;

  • öz işinə cavabdehlik;

  • sahibkarlıq hissi;

  • dözümlülük;

  • çalışqanlıq;

  • əməksevərlik

Məişət (özünəxidmət) əməyinin məzmununa bunlar daxildir:

  • paltarını soyunma, geyinmə, təmizləmə;

  • yatağını döşəmə, yığma, qaydaya salma;

  • otağını təmiz saxlama;

  • qabları yumaq, mətbəxdə yerinə qoymaq, stola düzmək;

  • dəftər-kitabına üzqabığı çəkmək, təmiz-səliqəli saxlamaq;

  • həyətdə, bağçada, evdə bitkilərə və heyvanlara gücəmüvafiq qulluq etmək;

  • sinif otağını təmiz saxlamaq və s.

Təlim əməyi

  • Əməyin bu növünə bəzən “əqli əmək” də deyilir. Çünki təlim prosesində şagirdlərdən gərgin əqli fəaliyyət, ağır zəhmət və vaxt tələb olunur. Təlim əməyinin mürəkkəbliyi həm də ondadır ki, onun nəticələrindən bəhrələnmə dərhal baş vermir. Uşaq təlim əməyinin əsl qiymətinin sonralar həyatı boyu məlum olacağına çətin alışır.

Təlim əməyi zamanı şagirdlər müasir istehsalatın və iqtisadiyyatın əsaslarına dair biliklərə yiyələnirlər. Onlar dərk edirlər ki, müasir istehsalatda müvəffəqiyyətlə çalışmaq ümumi təhsilin əsaslarına yiyələnmə səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır.
Təlim əməyinin gedişi zamanı şagirdlər müxtəlif çətinliyə və müstəqillik dərəcəsinə malik əqli və praktik əməliyyatlara yiyələnirlər. Beləliklə də, onlarda idraki maraqlar, əqli fəaliyyətin səmərəli üsulları formalaşmış olur.
Təlim əməyinin əsas vəzifəsi şagirdə öyrənməyi öyrətmək, onu təlim əməyinin metodika və texnikasına yiyələndirmək, bilikləri müstəqil şəkildə qavraya bilmək imkanı verməkdir.

Məhsuldar əmək



  • Məhsuldar əmək maddi sərvətlər yaradılmasına yönəldilən və haqqı ödənilən əməkdir. Şagirdlər həyətyanı sahədə məhsul yetişdirməklə bu növ əməkdə iştirak edirlər.

Ictimai-faydalı əmək



  • İctimai-faydalı əmək – şagirdlərin əmək tərbiyəsi sisteminin əsasını təşkil edir. Ictimai-faydalı əmək – dəqiq, təmmənnasız, ictimai əhəmiyyət daşıyan, məqsədyönlü, planlı, şüurlu, könüllü fəaliyyətdir.

Ictimai-faydalı əmək prosesində şagirdlərdə aşağıdakı şəxsi keyfiyyətlər formalaşır:

  • xeyirxahlıq;

  • təmənnasız yardım;

  • həmrəylik;

  • ictimai məsuliyyət;

  • yaradıcı fəallıq və müstəqillik;

  • başqalarının əməyinə hörmət;

  • mütəşəkkillik;

  • vətəndaşlıq hissi və s.

Əmək tərbiyəsi zamanı gözlənilməli olan pedaqoji şərtlər

  • əmək tərbiyəsinə lap kiçik yaşlarından başlanılmalıdır;

  • uşaqların əmək fəaliyyəti ictimai və əxlaqi mahiyyət daşımalıdır;

  • əmək mümkün çətinlik dərəcəsinə malik olmalı, uşaqlar var-gücü ilə işləməyə sövq edilməlidirlər;

  • əməyə nəzarət pedaqoji ustalıqla aparılmalı, şagirdlərdə öz qüvvələrinə inam yaratmaqla müşayət olunmalıdır;

  • əmək şagirdlərin yaşına və psixoloji xüsusiyyətlərinə uyğun olmalıdır;

  • əmək növləri tez-tez dəyişilməli, əmək, mütləq, istirahətlə növbələşməlidir;

  • əmək həm də şagirdlərin təlim məqsədlərinə xidmət etməlidir;

  • əməyin təşkili zamanı dəqiq təlimatdan istifadə edilməli, nəticələr hesabaalınıb, əmək növündən asılı olaraq qiymətləndirilməlidir.


4. Peşəyönümü

  • Peşə xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri bilklərə və praktik vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyəti sahəsidir.

  • Peşəyönümü – şagirdlərin peşə seçməyə hazırlanması, uyğun peşəyə yiyələnməsi məqsədilə həyata keçirilən pedaqoji tədbirlər sistemidir.

P eşəyönümü



p eşəyə tönəltmə peşə təmayülü peşə məsləhəti peşə dəyişmə
peşə maarifi
peşəyə uyğunluq

XVI MÖVZU


FİZİKİ VƏ ESTETİK TƏRBİYƏNİN ÜMUMİ MƏSƏLƏLƏRİ
Plan

  1. Estetik tərbiyənin mahiyyəti

  2. Estetik təriyənin vəzifələri

  3. Estetik tərbiyənin yolları

  4. Fiziki tərbiyə və onun vəzifələri

  5. Fiziki tərbiyənin vasitələri



  1. Estetik tərbiyənin mahiyyəti

“Estetik tərbiyə” anlayışı yunan dilində “hissiyyat” mənasının verən “estezis” məfhumundan yaranmış “estetika” termini ilə üzvi surətdə bağlıdır. “Estetika” elm anlayşı kimi ilk dəfə 1750-ci ildə alman nəzəriyyəçisi Baumhartenin eyni adlı əsərində işlədilmişdir. Amma ümümiyyətlə estetika haqqında təsəvvürlər insanlığın ən qədim dövrlərindən mövcuddur.

  • Estetika tərbiyə insanda estetik hisslərin, zövqün və bədii mühakimənin təşəkkül tapıb möhkəmlənməsinə səbəb olan, incəsənət əsərlərini, təbiət və cəmiyyətdəki gözəllikləri duymaq və başa düşməkdə köməklik göstərən, bədii yaradıcılıq qüvvələrini inkişaf etdirən təsirlərin məcmuyu deməkdir.

  • “Estetik tərbiyə” ən ümumi anlayış olub, özündə bir sıra digər anlayışları da birləşdirir.

E stetik tərbiyə
estetik inkişaf estetik zövq estetik ideal estetik hiss

  • Estetik inkişaf – uşaqlarda estetik qavrayışın, yaradıcı təxəyyülün, emosional həyacanın fəallığını təmin edən, həmçinin mənəvi tələbatlar formalaşdıran qüvvələrin məqsədyönlü formalaşması prosesidir.

  • Estetik zövq – insanın əşya, hadisə və şəraiti onların estetik keyfiyyəti baxımından qiymətləndirmək qabiliyyətidir.

  • Estetik ideal – təbiət, cəmiyyət və təfəkkürdə olan kamil gözəlliyin insan təsəvvürlərindəki konkret obrazıdır.

  • Estetik hiss - ətraf mühitin fakt və hadisələrinə estetik münasibətin subyektiv emosional təzahürü, ifadəsidir. Estetik hisslər insanın mənəvi həzz və ya ikrahında ifadə olunur. Estetik hisslərin tərbiyəsi və inkişafı uşaqlarda estetik ideal formalaşmasına, estetik normaların mənimsənilməsinə şərait yaradır.

  1. Estetik tərbiyənin vəzifələri

Estetik tərbiyənin vəzifələrinə bunları aid etmək olar:

  • estetik şüurun formalaşdırılması. Estetik şüur dedikdə - milli və bəşəri mədəniyyətin, estetikanın əsaslarına dair biliklərin məcmusu, incəsənətdə, xalqın bədii yaradıcılığında, təbiətdə olan həqiqi gözəllikləri duymaq və dərk etmək qabiliyyəti başa düşülür;

  • estetik hiss və zövqün formalaşdırılması, bədii yaradıcılıq fəaliyyətinə olan maraq və qabiliyyətlərin inkişafı;

  • bədii-yaradıcılıq fəaliyyəti qaydalarının formalaşdırılması; istedadlı uşaqların üzə çıxarılıb, himayə edilməsi;

  • uşaqlarda incəsənətə, cəmiyyətin bədii dəyərlərinə estetik tələbatlar formalaşdırılması.

3 . Estetik tərbiyənin yolları


tədris prosesində sinifdənkənar və ailədə estetik tərbiyə
estetik tərbiyə məktəbdənkənar tərbiyə işlərində
Məktəblilərin fiziki tərbiyəsi

  • Fiziki tərbiyə - insanın sağlamlığının təmin edilməsi, fiziki gücünün, bədən elatikliyinin artırılmaına, sağlam həyat tərzi formalaşdırılmasına yönəldilmiş təsirlərin məcmuyu deməkdir.

F iziki tərbiyə ilə bağlı anlayışlar
fiziki inkişaf fiziki mədəniyyət fiziki kamillik

  • Fiziki inkişaf dedikdə - müxtəlif təsirlər nəticəsində insanın bədəninin, orqanizminin, əzələ və daxili orqanlarının fiziki baxımdan yaşa uyğun dəyişmələri başa düşülür.

  • Fiziki mədəniyyət – insanın düzgün fiziki inkişafı üçün malik olduğu bilik, bacarıq və vərdişlərin məcmuyudur.

  • Fiziki kamillik – müxtəlif yaş dövrləri üçün fiziki inkişafın və fiziki mədəniyyətin ən yüksək səviyyəsi.

4. Fiziki tərbiyənin vəzifələri

  • uşaqların düzgün fiziki inkişafı və sağlamlığının təmin olunması;

  • bədən tərbiyəsi və idman sahəsində zəruri biliklərə yiyələndirmə;

  • hərəki bacarıq və vərdişlərin yaradılması;

  • fiziki keyfiyyətlərin (güc, cəldlik və s.) inkişaf etdirilməsi;

  • cəsarət, intizamlılıq, inadkarlıq (işdə) və s. kimi əxlaqi keyfiyyətlərin formalaşdırılması;

  • fiziki mədəniyyətin və estetik keyfiyyətlərin (düzgün yeriş, qamət, hərəkətlərin zəruriliyi və s.) yaradılması;

  • gigiyenik bacarıq və vərdişlərin formalaşdırılması.

Ibtidai siniflərdə şagirdlərin fiziki tərbiyəsini həyata keçirmək yolları və vasitələri bunlardır:

  • səhər idmanı və təlim məşğələlərindən əvvəl keçirilən gimnastik terminlər.

Səhərlər açıq havada keçirilən fiziki təmrinlər orqanizmin möhkəmlənməsinə və iş qabiliyyətinin artmasına səbəb olur. Bu məşğələlərin səmərəliliyi onların təşkilindən və sistematikliyindən asılıdır. Ibtidai sinif müəllimi uşaqların yaş dövrlərinə müvafiq olaraq fiziki hərəkətlər kompleksi hazırlayır. Bu zaman məktəbin xüsusiyyətləri və yerli iqlim şəraiti nəzərə alınmalıdır.

  • bədən tərbiyəsi dəqiqələri və ya pauzaları - əsasən yorğunluğun qarşısının alınması məqsədilə bir neçə sadə fiziki tapşırıqların yerinə yetirilməsidir.

  • təlim məşğələləri arasında təşkil edilən “hərəki fasilələr”. İbtidai siniflərdə bu məqsədlə müxtəlif hərəki oyunlar (qaçmaq, tullanmaq, kiçik yarışlar) təşkil olunur və bu oyunlar dərsin vaxtına 5 dəqiqə qalmış başa çatır.

5. Fiziki tərbiyənin əsas vasitələri
təbii amillər oyunlar məktəb turizmi bədən tərbiyəsi dərsləri
su milli uşaq oyunları
hava idman oyunları
torpaq
günəş

XVII MÖVZU


AİLƏ TƏRBİYƏSİ
PLAN

  1. Ailə tərbiyəsinin əsasları.

  2. Ailə tərbiyəsinin vəzifələri

  3. Ailə tərbiyəsinin səmərəlilik şərtləri

  4. Ailə tərbiyəsinin müasir problemləri



  1. Ailə tərbiyəsinin əsasları

  • Ailə - cəmiyyətin tarixən yaranmış ən kiçik, ən intim hissəsidir. Ailə - insan şəxsiyyəti formalaşmasının ilkin özəyidir.

  • Ailə - iki mənada başa düşülür:

  1. ər, arvad və uşaqlar – dar mənada ailə;

  2. ata, ana, uşaqlar, baba, nənə, bəzən hətta əmi, bininin daxil olduğu geniş mənada ailə.

  • Uşaqların düzgün tərbiyəsi üçün ailənin çox böyük imkanları vardır. Əxlaq normalarının mənimsənilməsi, birgə əmək vərdişləri formalaşdırılması, ətraf aləmə münasibət ilk dəfə ailədən başlayır. Valideynlərin mədəni səviyyəsi, əxlaqi görüşləri, sosial ünsiyyət təcrübələri böyüyüən nəslin inkişafında həlledici rol oynaya bilir.

  • Ailə tərbiyəsində ailə üzvlərinin qarşılıqlı münasibəti mühüm rol oynayır. Uşaqların tərbiyəsi üçün məsuliyyət daşıyan ailə üzvləri baba, nənə, ata, anadır.

  • Baba . Azərbaycan türklərində atamın atasına “baba”, babanın atasına “böyük baba” (və ya “dədə”), böyük babanın atasına “ulu baba”, ulu babadan sonrakılara isə “dördüncü”, “beşinci” və b.k deyirlər . baba uşaqlardan ötrü, hər şeydən əvvəl öz şəxsi nümunəsi ilə gündəlik həyatda davranışı, nəslə-tayfaya başçılığı ilə tərbiyəçidir. Uşaq gözünü açandan babanı el ağsaqqalı kimi görür. Hamının ona hörmət etdiyinin, onun bir sözünün, hətta atanın yanında belə, iki olmadığının şahidi olur. Babalar ağsaqqal kimi ən çətin problemlərin həllində iştirak edir, onların bir sözü ilə adamlar arasında hətta qan davası belə kəsilir. Bizim eldə “Ağsaqqal olan yerdə xeyir-bərəkət olar”, “Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma” demişlər.

Uşaqların babadan əxz etdiyi əsas əxlaqi keyfiyyətlərdən biri təmkinlikdir. Baba ailənin işinə hər dəqiqə qarışmır, atanın həlledici roluna toxunmur. Kiçik uşaqlar öz sonsuz sualları ilə atadan daha çox babaya müraciət edirlər. Bu suallar babanın səbrini, təmkinini pozmur. Uşaq babanın özünəməxsus uca mövqeyini saxlaya bilməyinin sirrinin təmkinlikdə olduğunu görür. Uşaqların babada qiymətləndirdikləri əsas keyfiyyət isə nəvələrə olan diqqət və mehribanlıqdır. Babanın nəvsinə olan məhəbbəti çox vaxt öz oğluna olan məhəbbətindən artıq olur.
Babanın tərbiyə işində ən böyük rolu isə onun ata ilə münasibətinin uşaqlara tərbiyəvi təsiridir. Məhz bu münasibət uşaqlarda böyük-kiçik anlayışı yaranmasının əsasını qoyur. azərbaycan türklərinin ən mühüm əxlaqi keyfiyyətlərindən biri böyüyə hörmətdir. Tarixin məhək daşında yoxlanmış atalar sözləri dediklərimizi bir daha sübut edir:

  • Böyük danışanı kiçik götürər.

  • Böyük olan yerdə kiçik danışmaz.

  • Böyüyün üzünə ağ olanı torpaq götürməz.

  • Yol böyüyündür, su kiçiyin və s.

  • Nənə . İstər atanın, istərsə də ananın anasına uşaqlar “nənə” deyərlər. Nənə-ailənin “ağbirçək” böyüyüdür. Tayfanın qorunmasında, başqa tayfalarla əlaqəsində, qürur, şərəf və ləyaqətinin saxlanmasında babanın – “ağsaqqalın” rolu nə qədərdirsə, tayfadaxili münasibətlərin açıq və örtülü nizamlanmasında, tayfa üzvləri arasında birliyin qorunub saxlanmasında, çox zaman tayfa iqtisadiyyatının səmərəli təşkilində, abır, həya, ismət kimi məsələlərdə nənənin – “ağbirçəyin” rolu bir o qədərdir. Bəzən qeyzli – qəzəbli, ötkəm tayfa başçısının qızğın, qorxulu qərarını, fərmanını ağbirçək nənənin yumşaq, həlim xasiyyəti ustalıqla, düşünülmüş yanaşma tərzi ilə dəyişmək, yumşaltmaq mümkün olur. Bəzən tayfa başçılarının, böyük siyasətçilərin aradan qaldıra bilmədiyi münaqişəni ağbirçək örpəyi həll edir.

Uşaqların gözündə isə nənə son dərəcə mehriban, bütün istəkləri həyata keçirən, nəvələrinin hər cür nazı ilə oynayan, çoxlu nağıllar, nəğmələr, tapmacalar, oyunlar söyləyən bir adamdır. Nənələr folklor nümunələrinin canlı daşıyıcıları, xalq tərbiyəsini bilavasitə təşkil edib həyat keçirən praktik el müəllimləridir

  • Ata . Ailə tərbiyəsinin bilavasitə təşkilatçıları və bu iş üçün cəmiyyət qarşısında məsuliyyət daşıyan əsas şəxslər ata və anadır. Ailənin adı-sanı, şərəfi, el-oba içərisində mövqeyi ata-anadan, onların bir-birinə, uşaqlarına və başqalarına olan münasibətindən asılıdır.

Ailədə atanın yeri çox yüksəkdir. Azərbaycanda hər bir türk müqəddəs kəlamlardakı bu ifadələrə əməl etməyə məcburdur.

  • Ataya itaət, Allaha itaətdir.

  • Atanın üzünə ağ olmaq, Allahın üzünə ağ olmaqdır.

  • Behişt anaların ayağı altındadır.

  • Ən rahat qapıdan behiştə getmək istəyən şəxs öz valideyninin rəğbətini qazanmalıdır və s.

Ailə tərbiyəsinin müvəffəqiyyəti xeyli dərəcədə atanın nüfuzundan asılıdır. Ata ilə övladlar arasında çox möhkəm bir mənəvi pərdə olur. Övlad üçün pərdənin arxası bir sirr olaraq qaldığından, o, atanı qüdrətli, hər şeyə qadir, hamıdan güclü bir adam sayır. Məhz belə abır – həya pərdəsinin olması sayəsində övlad atanın imkanlarının, qabiliyyətinin bitib – tükənməyəcəyi qənaətinə gəlir.
Ata nüfuzunun qazanılmasının, qorunub saxlanmasının isə müxtəlif yolları vardır. Əvvələn, ata övladları ilə tez-tez təmasda olub, onlara “əxlaq dərsi”, uzun-uzadı, yorucu, usandırıcı nəsihətlər etmir; bunu daha çox öz davranışı ilə təlqin edir, hikmətli məsələlər, atalar sözləri, rəvayətlərlə çatdırır.
Ikincisi, ata hər cür kiçik xətaya görə övladını uzun-uzadı danlamır, ona səhvini eyhamla anladır və ya anası vasitəsilə çatdırır. Şərqin çox böyük mütəfəkkiri, XIII əsrdə yaşayıb-yaratmış Xacə Nəsirəddin Tusi “Əxlaqi - Nasiri” adlı əsərində övlad saxlayıb tərbiyə edən ataya müraciətlə yazırdı: “Çox danışmağı adət edib, hər şeyi qadağan etməkdən çəkinmək lazımdır, bu, sırtıqlaşmağa, acığa düşüb həmən işi bir də görməyə sövq edər:...nəsihətə qulaq asmaqdan bezər, zəhləsi gedər, “qorxaq” olmadığını nəzərə çatdırmaq xatirinə bəd əməmllərə başlayar, bəlkə daha incə hiylələrə əl atar!”.
Üçüncüsü, uşaqların yaşına və gücünə müvafiq tələblər verib, onların icrasını nəzarətdə saxlayıb və hökmən nəticələri yoxlayırlar. Yoxlanmış nəticə mütləq qiymətləndirilir. Yaxşı hərəkət məhəbbət və şəfqətlə təriflənir, pis hərəkət isə əgər ikinci dəfə təkrar edilibsə, şiddətli tənbeh edilir.
Dördüncüsü, atanın şəxsi nümunəsidir. Uşaqlar daim hiss edirlər ki, ata özündən böyüklərə necə hörmət edir? Düzgün danışıb, hər şeyi olduğu kimi söyləyirmi? Öz sözünün üstündə durur, dediyinə əməl edirmi? Bağışlamağı bacarırmı?

  • Ana - dünyada ən doğma insandır. Azərbaycan türklərində belə bir deyim var: “Dünyada atadan qüdrətli, anadan doğma, bacıdan mehriban, qardaşdan möhkəm arxa heç kəs ola bilməz”. “Uşaqların böyüməsində ola bilər ki, kimsə ata kimi hərəkət edə bilsin, amma ananı əvəz etmək mümkün deyil”. “Uşaq atadan yox, anadan yetim qalır” demişlər.

Hər şeydən əvvəl, ana hər bir hərəkəti, gündəlik davranışı ilə atanın nüfuzunu qoruyub saxlamağa çalışır. Bundan ötrü onun uşaqlara verdiyi tələblərlə atanın verdiyi tələblər üst-üstə düşməlidir. uşağın hər bir ciddi hərəkəti barədə ataya hesabat versə də, övladının kiçik şıltaqlıqlarını bəzən guya gizlədir, bəzən özünü bilməzlilyə vurur. Uşaqlar ailədə hər kəsin mövqeyini, münasibətlərin qorunub saxlanmasını da bilavasitə məhz anadan öyrənir.
Ailədə ata-ananın yeri, rolu haqqında etnopedaqoji nümunələrin sayı hesabı yoxdur. Biz burada müdriklik xəzinəsi olan atalar sözlərindən bəzisinə müraciət edək:

  • Ata –ananın sözünə baxan “neyləyim?” deməz.

  • Ata-ana sözünə baxmayan külxanada yatar.

  • Atanın duası, ananın ahı.

  • Ana qızına taxt verər, ata qızına baxt.



  1. Ailə tərbiyəsinin vəzifələri

  • Ailə tərbiyəsinin pedaqoji baxımdan düzgün qurulması üçün məktəbin üzərinə bir sıra vəzifələr düşür:

  • ailə tərbiyəsini uşaqların hərtərəfli inkişafına istiqamətləndirmək lazımdır;

  • tərbiyə üsul və tərzlərinin seçilməsində valideynlərə köməklik göstərmək;

  • ailədə-valideyn nüfuzunun yaradılması və möhkəmləndirilməsində ailəyə köməklik etmək;

  • ailədə uşaqların təlim işinə rəhbərliyin düzgün təşkilinə köməklik etmək;

  • valideynlərin pedaqoji özünütəhsili işini istiqamətləndirmək.

  • Ailə tərbiyəsinin əsas vəzifələri bunlardır:

  • uşaqların fiziki tərbiyəsi və sağlamlığının təmin edilməsi;

  • ailədə uşaqların əmək tərbiyəsinə xüsusi fikir verilməlidir;

  • ailədə uşaqların əxlaq tərbiyəsi həyata keçirilməlidir;

  • ailədə uşaqların estetik tərbiyəsinə fikir verilməlidir.



  1. Ailə tərbiyəsinin səmərəlilik şərtləri

  • Ailə tərbiyəsinin səmərəlilik şərtlərinə bunları aid etmək olar:

  • valideynlər öz uşaqlarını yaxşı öyrənməli, onların müsbət xüsusiyyətlərini, maraq və meyillərini, çatışmazlıqlarını bilməlidirlər;

  • ailədə valideyn nüfuzunun, “böyük-kiçik” münasibətlərinin təmin edilməsi;

  • ailədə dəqiq, optimal gün rejiminə əməl olunmasının təmin edilməsi;

  • uşaqların yaş və cinsi xüsusiyyətlərinin nəzərə alınması;

  • ailə üzvləri arasında münasibətin düzgün qurulması;

  • tərbiyə üsullarının, xüsusilə rəğbətləndirmə və cəzalandırmanın düzgün tətbiqi;

  • ailə tərbiyəsində meydana çıxa biləcək çətinliklərin qarşısının alınması. Belə çətinliklərin səbəbləri müxtəlif ola bilir:

  1. valideynlərin ailə tərbiyəsi haqda biliklərinin səthi olması;

  2. uşaqlara çox sərt və ya hədsiz dərəcədə yumşaq yanaşılması;

  3. tərbiyə işində valideynin məsuliyyətini dərk etməməsi, başqasının üzərinə yıxması və s.


  1. Ailə tərbiyəsinin müasir problemləri

Ailə tərbiyəsinin müvəffəqiyyəti həmişə valideynlərin şəxsi keyfıyyətlərindən, ailəyə, uşaqlara, bir- birinə və ətrafdakılara münasibətindən asılıdır. Xalqın tarixi keçmişi haqqında bildiklərimiz göstərir ki, ailədə münasibətlər sistemi sosial həyatın ən konservativ sahələrindən olub çox cüzi dəyişikliklərə uğrayır.
Lakin nə qədər acınacaqlı olsa da günü-gündən artan faktlar göstərir ki, bizim təsəvvürümüzdə olan ailə anlayışı, eyni zamanda ailə tərbiyəsi sistemi sürətlə dəyişməyə, dağılmağa, mənfıyə doğru gedir. Bu dəyişmə çox ciddi elmi tədqiqatlarla araşdırılmalı, necə olur-olsun istiqamətlənməli, pedaqoji ictimaiyyət dövlət orqanları tərəfindən ciddi nəzarətdə saxlanmalıdır.
Bu sosial mənfiliyin səbəbləri aşağıdakılardır:
1. Sosial-iqtisadi cətinliklər. Bu amilə aşağıdakıları daxil etmək olar:

  1. işsizlik. İnkaredilməz faktdır ki, keçid dövrünün gətirdiyi bu qorxunc bəla xalqın müəyyən hissəsini əhatə etmişdır. İşsizlik dövlətin qarşısında duran mühüm problemdir və onun həlli yolları bütün dövlət və qeyri-dövlət strukturları tərəfindən araşdırılır, müxtəlif konstruktiv tədbirlər həyata keçirilir;

  2. bəzi ailələrdə əməkhaqqının aşağı səviyyəsi. Bəzi ailələrdə əməkhaqqının yaşayış minimumundan aşağı olması da müvəqqəti sosial çətinlik kimi mövcuddur. Təsadüfi deyil ki, minimum əməkhaqqının artırılması məsələsi daim dövlətin diqqət mərkəzində olur.

c) məktəbəqədər tərbiyə müəssisələrinin sayının azalması. Əgər valideynlər işləyirlərsə, uşaqların üzərində nəzarət, onların məqsədyönlü tərbiyəsi işi düzgün təşkil olunmur. Mövcud məktəbəqədər tərbiyə müəssisələrinin də demək olar ki, əksəriyyəti (xüsusən respublikanın rayonlarında) keçid dövrünün iqtisadi çətinlikləri ilə bağlı olaraq öz işlərini günün tələbləri səviyyəsində qura bilmir.
Bütün bunlar ailədaxili münasibətlərin gərginləşməsinə, emosional ailə mühitində qarşılıqlı anlaşmanın zəifləməsinə, ailə başçısı probleminin gəlirə görə müəyyənləşməsi ucbatından yaranan çəkişmələrə səbəb olur və nəticədə ailə tərbiyəsinin səmərəliliyinin aşağı düşməsinə, bəzən isə ailənin dağılmasına səbəb olur.
2. Azuşaqlı və ya təkuşaqlı ailələrin sayının artması. Bu amilin meydana çıxması və intişar tapmasının əsas səbəbləri, bizcə, bunlardır:

    1. yuxarıda göstərilən birinci amil - yəni cəmiyyətdə mövcud olan iqtisadi və sosial çətinliklər. Həmin çətinliklərdən çıxış yolunu gənc ailələr hər şeydən əvvəl, uşağın sayını azaltmaqda, əksər hallarda isə bir uşaqla kifayətlənməkdə görürlər. Belə valideynlər «uşağın ruzisinin özündən qabaq gəlməsi»nə inanmaq istəmirlər.

    2. gənc valideynlərdə çoxuşaqlı ailənin üstünlükləri barədə kifayət qədər biliyin olmaması. Çoxuşaqlı ailələrin azuşaqlı ailələrə nisbətən müxtəlif üstün- lüklərindən yalnız birini göstərməklə kifayətlənirik. Məhəmməd Peygəmbər s.ə.s.) buyurub:
      Yüklə 0,78 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin