Kurs: II (əyani)



Yüklə 0,78 Mb.
səhifə4/9
tarix16.12.2023
ölçüsü0,78 Mb.
#181452
1   2   3   4   5   6   7   8   9
Pedaqogika-rus-d-2k

Formal təhsil – dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır.

  • Qeyri-formal təhsil – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayət olunmayan təhsil formasıdır.

    - İnformal təhsil – özünütəhsil yolu ilə bilik, bacarıq və vərdişlərə yiyələnmə formasıdır.
    T əhsil alma formaları

    əyani qiyabi distant sərbəst evdə və fərdi digər formalar





    • Əyani təhsil – tədris planında nəzərdə tutulmuş fənlərin tədris müəssisəsində təlim məşğələlərinə gündəlik davam etməklə aparılan təhsilalma formasıdır.

    • Qiyabi təhsil - əyani təhsil formasında nəzərdə tutulmuş məşğələ saatlarının 30-40 %-i həcmində tərtib edilmiş tədris planına əsasən istehsalatdan ayrılmadan təşkil edilən təhsilalma formasıdır.

    • Distant - məsafədən təhsil – tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsil alma forması.

    • Sərbəst (eksternat) təhsil – tədris fənlərini təlim məşğələlərində iştirak etmədən müstəqil öyrənməyə, uyğun tədris planı üzrə imtahanların verilməsinə əsaslanan təhsil alma formasıdır.



    Təhsil sisteminin quruluşu
    Təhsil sistemi

    • bütün təhsil müəssisələri;

    • təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri göstərən digər qurumlar;

    • təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi-tədqiqat institutları və informasiya mərkəzləri;

    • layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi - profilaktik və əczaçılıq strukturları;

    • idman, istirahət və sağlamlıq kompleksləri;

    • kampuslar;

    • mədəni-maarif müəssisə və təşkilatları;

    • təhsili idarəetmə orqanları;

    • təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökümət təşkilatları, assosiasiyalar, cəmiyyətlər.

    T əhsil proqramı
    ( kurrikulum)

    Tədris planı fənlər üzrə metodik qiymətləndirmə


    tədris proqramı tövsiyyələr texnologiyaları

    Təhsil müəssisəsi
    dövlət bələdiyyə özəl


    • Təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasında tədris prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur.

    Təhsil müəssisələrinin növləri və tipləri
    Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir:
  • 1   2   3   4   5   6   7   8   9




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin