Formal təhsil – dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır.
Qeyri-formal təhsil – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayət olunmayan təhsil formasıdır.
- İnformal təhsil – özünütəhsil yolu ilə bilik, bacarıq və vərdişlərə yiyələnmə formasıdır.
T əhsil alma formaları
əyani qiyabi distant sərbəst evdə və fərdi digər formalar
Əyani təhsil – tədris planında nəzərdə tutulmuş fənlərin tədris müəssisəsində təlim məşğələlərinə gündəlik davam etməklə aparılan təhsilalma formasıdır.
Qiyabi təhsil - əyani təhsil formasında nəzərdə tutulmuş məşğələ saatlarının 30-40 %-i həcmində tərtib edilmiş tədris planına əsasən istehsalatdan ayrılmadan təşkil edilən təhsilalma formasıdır.
Distant - məsafədən təhsil – tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsil alma forması.
Sərbəst (eksternat) təhsil – tədris fənlərini təlim məşğələlərində iştirak etmədən müstəqil öyrənməyə, uyğun tədris planı üzrə imtahanların verilməsinə əsaslanan təhsil alma formasıdır.
Təhsil sisteminin quruluşu Təhsil sistemi
bütün təhsil müəssisələri;
təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri göstərən digər qurumlar;
təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi-tədqiqat institutları və informasiya mərkəzləri;
layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi - profilaktik və əczaçılıq strukturları;
idman, istirahət və sağlamlıq kompleksləri;
kampuslar;
mədəni-maarif müəssisə və təşkilatları;
təhsili idarəetmə orqanları;
təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökümət təşkilatları, assosiasiyalar, cəmiyyətlər.
T əhsil proqramı
( kurrikulum)
Tədris planı fənlər üzrə metodik qiymətləndirmə
tədris proqramı tövsiyyələr texnologiyaları
Təhsil müəssisəsi
dövlət bələdiyyə özəl
Təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasında tədris prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur.
Təhsil müəssisələrinin növləri və tipləri
Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: