İzahetmə-başasalma davranış və hərəkətin mahiyyəti və zəruriliyini anlatmaqla yanaşı, onu yerinə yetirmək qaydalarını da təlqin etmək üsuludur. El arasında «başa düşmək» ifadəsi - anlamaq, dərk etmək, tamamilə qavramaq mənasını verir.
Məsləhət geniş yayılmış üsullardan biridir. Müəyyən bir iş görülməzdən qabaq bu sahəyə yaxından bələd olan təcrübəli, səmimi, xeyirxah, ən əsası isə ağıllı bir adamla, bir növ müzakirə edilir. Bəzən bu barədə bir neçə adamla məsləhətləşilir, məsələnin düzgün həlli yolları araşdırılır, onun mahiyyəti dərk olunduqdan sonra yerinə yetirilir. Tərbiyə işində, gənc nəsildə düzgün əxlaqi keyfiyyətlər və davranış təcrübəsi formalaşdırılmasında da bu cürdür. “Məsləhətli don gen olar” demişlər.
Məsləhət verən müdrik adamlar məsləhəti hökm deyil, təklif kimi verərdilər. Məsləhət verməyin məsuliyyətni dərk edərək, “yenə özün də bir ölç-biç” deyə son qərarı insanın özünün verməli olduğunu bildirirdilər.
Vəsiyyət - insanın həyatdakı son iradəsi, son arzu eyni zamanda son öyüdüdür. Müasir dövrdə “vəsiyyət” adlı hüquqi akt mövcuddur ki, o, “vəsiyyətnamə” adlı hüquqi sənədlə təsbit olunur. Bu cür vəsiyyətnamə adamın son iradəsinin ifadəsidir və onun ölümündən sonra qüvvəyə minir. Vəsiyyətnamələr, əksər hallarda, mal, var-dövlət, əmlak bölgüsü haqda olur.
Xalq arasında tərbiyə üsulu kimi işlədilən vəsiyyət isə insan ,hələ sağ ikən övladlarına, yaxın adamlara bilavasitə ünvanlanır. Vəsiyyət övladların gələcək həyatlarnın necə qurmalı olduqları, kimlərə necə münasibət bəsləmələri, hansı keyfiyyətlərdən imtina edib, özündə hansı keyfiyyətləri formalaşdırmaq
qayğısına qalmaları barədə, bir sözlə, sırf tərbiyə məqsədləri haqda olur.
Şüurun və əqidənin formalaşması
üsullarının formaları
əxlaqi mövzularda fərdi söhbətlər əxlaqi mövzularda öyüd-nəsihət
söhbətlər müsahibələr
Əxlaqi mövzuda söhbətlər - əxlaqi məzmunlu konkret fakt və hadisələrin emosional çərhinə əsaslanır. Uşaqların hisslərinə təsir etdiyindən bu üsul nəinki əxlaqi anlayışların mahiyyətini aşkar edir, həmçinin onların davranışına təsir göstərir.
Əxlaqi mövzuda söhbətlərin səmərəlilik şərtlərinə aşağıdakıları daxil etmək olar:
belə söhbətlər uşağın sosial təcrübəsinə uyğun olmalıdır. Ibtidai siniflərdə bu cür söhbətlər qısa, emosional olmalı, şagirdləri vədə gətirməlidir;
söhbət illüstrativ materiallarla müşayət olunmalıdır. Ibtidai siniflərdə rəsm əsərləri, foto sənədlərdən, uyğun musiqi müşayətindən də istifadə oluna bilər;
əxlaqi söhbətin aparıldığı yer, şərait də onun səmərəliliyinə təsir göstərə bilir. Hökm deyil ki, söhbət məktəbdə, sinif şəratində aparılsın; bu iş üçün təbiət, kiçik bağça və ya tonqal ətrafı da seçilə bilər;
söhbət yüksək pedaqoji və nitq mədəniyyətinə malik şəxsin icrasında daha səmərəli olur;
müəllim-tərbiyəçi çalışmalıdır ki, söhbət şagirdlərin daxili aləminə təsri etsin, onları həyacanlandırsın, uzun müddət onların yadında qalsın.
Fərdi söhbətlər
Fərdi söhbətlər daha çox ayrı-ayrı uşaqlar tərəfindən müəyyən davranış norması pozulduqda və ya çatışmayan müsbət əxlaqi keyfiyyəti formalaşdırmaq məqsədilə aparılan inandırma üsuludur.
Fərdi söhbətlərin səmərəlilik şərtlərinə bunları daxil etmək olar:
belə söhbətlərin məqsədi pis hərəkəti uşaqla bərabər təhlil edib aydınlaşdırmaq, onu bu hərəkəti üzərində düşündürmək, peşimançılıq hissi oyatmaq olmalıdır;
fərdi söhbəti danlağa çevirmək olmaz, belə söhbətlər uzun-uzadı nəsihətçiliyə də çevrilməməlidir.
fərdi söhbət zamanı uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.
fərdi söhbət, həm də yeni əxlaqi keyfiyyət yaradılması məqsədə aparılır. Bu halda kiçik yaşlı məktəbliyə “bu cür etmək lazımdır. Ona görə ki,...” deyə əxlaqi keyfiyyətin mahiyyəti və əhəmiyyəti başa salınmalıdır.
Əxlaqi mövzuda müsahibələr
Əxlaqi mövzuda müsahibələr əxlaqi baxışların, mühakimələrin və əqidənin yaradılması, ümumiləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə tərbiyəçi ilə tərbiyə olunanlar arasında qarşılıqlı müzakirə aparılmasıdır.
Əxlaqi mövzuda mühasibələrin səmərəlilik şərtləri bunlardır:
mühasibə problem xarakterli olmalı, uşaqlar müəllimin təhrikedici qeyri-standart sualları ətrafında öz fikirlərini, mülahizələrini müdafiə etməyə cəlb edilməlidirlər;
əxlaqi müsahibələri əvvəlcədən hazırlaşmaq prinsipi ilə aparmaqdansa, davranış normaları pozulduqdan dərhal və ya azacıq vaxt keçəndən sonra başlamaq daha səmərəli olar;
elə şərait yaradılmalıdır ki, uşaqların hamısı öz fikrini tam sərbəst deyə bilsin, həm də müəllimdən çox, şagirdlər danışsınlar;
müsahibə real fakt və hadisələrə həsr olunmalı, şagirdlərin yaşına və qabiliyyətlərinə müvafiq mövzulara həsr olunmalıdır.
3. Fəaliyyətin təşkilinə və davranış təcrübəsinin
formalaşmasına yönələn üsullar
Bu üsulların əsas mahiyyəti dərk edilmiş əxlaqi anlayışların, əqidənin, konkret işdə, davranış zamanı tərbiyə olunanların hərəkətlərində özünü göstərməsi, onlarda əxlaqi vərdiş və adətlər yaradılmasıdır. Bu üsulları “alışdırma üsulları” da adlandırmaq olar.
A lışdırmanın vasitələri
çalışma vərdiş və adətlər tapşırıqlar tərbiyəvi
yaratmaq situasiyalar
Çalışmalar
Çalışmanın mahiyyətini əxlaqi hərəkətin dəfələrlə təkrarı nəticəsində avtomatik şəkildə davranış keyfiyyəti yaradılması təşkil edir.
Çalışmaların səmərəlilik şərtləri
çalışmalar sistemili olmalıdır;
onların məzmunu;
gücəmüvafiqlik;
çalışmaların həcmi;
təkrarların tezliyi;
nəzarət və təshih;
şagirdlərin şəxsi keyfiyyətləri;
çalışmaların müddəti və yeri;
fərdi qruplarla və kollektiv çalışmalardan istifadə;
çalışmaların stimullaşdırılması;
Vərdiş və adətlər – intensiv aparılan çalışmaların nəticəsi kimi formalaşan sabit şəxsi keyfiyyətlərdir.
Əxlaqi vərdişlər və adətlər yaradılmasının səmərəlilik şərtlərinə aşağıdakıları daxil etmək olar:
tərbiyənin məqsədi haqda tərbiyəçi və tərbiyəolunanlarda aydın təsəvvürün olması;
hər hansı əxlaqi keyfiyyətə alışdırma qaqydasını aydın və başa düşülən şəkildə təqdim etmək lazımdır;
əxlaqi hərəkətlərin düzgün və dəqiq yerinə yetirilməsinə çalışmaq lazımdır; tələskənlik səmərə verməz;
vərdişlər formalaşdırılması prosesi daimi nəzarətdə saxlanmalı, özünənəzarət xüsusiyyətlərinin tətbiqinə çalışılmalıdır;
vərdiş və adətlər yaradılması prosesi uşaqların yaşına və gücünə müvafiq olmalıdır. Ibtidai siniflərdə bu prosesin oyun formasında təşkili daha yüksək səmərə verir.
Tapşırıqlar vasitəsilə uşaqları müsbət hərəkətlərə alışdırırlar. Məsələn, xəstə yoldaşını yoluxmaq, ona geridə qaldığı dərslərdən kömək etmək, sinif otağını təmizləmək, hər hansı tədbir üçün nəyisə hazırlamaq və s. tapşırıla bilər.
Tərbiyəvi stiuasiyalar dedikdə - prosesinin xüsusi olaraq təşkil edilmiş şəraitdə aparılması başa düşülür.
Fəaliyyət və davranışın stimullaşdırılması üsulları
Tərbiyə prosesində stimul dedikdə - müəyyən hərəkətə rəvac verilməsi, sürətləndirilməsi və ya hərəkətin qarşısının alınması, ləngidilməsinə yönəldilən təsir başa düşülür.
S timullaşdırma üsulunun növləri
rəğbətləndirmə cəzalandırma yarış
Rəğbətləndirmə
Əxlaqi hərəkətin, davranışın müsbət qiymətləndirilməsi rəğbətləndirmə adlanır.
R əğbətləndirmə tədbirləri
tərifləmə təşəkkür mükafat təltif
Tərifləmə - ən sadə rəğbətləndirmə tədbiridir, xüsusilə kiçik yaşlı uşaqlara daha çox tətbiq edilir.
Təşəkkür etmə - şifahi və yazılı olmaqla əxlaqi hərəkətin daha ciddi və rəsmi rəğbətləndirilməsidir.
Mükafatlandırma – təşəkkürün maddi bir şeylə ifadəsi olub, tətbiqinə xüsusi olaraq müəyyən edilmiş qaydalarla yanaşılmalı olan rəğbətləndirmə tədbiridir.
Təltif – hərəkət və davranışlarında müsbət mənada sabitlik göstərən şagirdlərə verilən, təhsil haqqında sənədlərdə təsbit olunmuş qaydalara əsasən tətbiq olunan rəğbətləndirmə tədbiridir.
Cəzalandırma
Əxlaqi hərəkətin, davranışın mənfi qiymətləndirilməsi cəzalandırma adlanır.
Cəzalandırma tədbirləri
danlamaq; ayaq üstə saxlamaq;
xəbərdarlıq etmək; irad tutmaq;
t öhmət vermək; dərsdən sonra saxlayıb tapşırığı icra etdirmək;
paralel sinfə köçürmək; başqa məktəbə köçürmək;
məktəbdən xaric etmək.
Rəğbətləndirmə və cəzalandırma üsullarının
səmərəliliyini artırmağın şərtləri
rəğbətləndirmə və cəzalandırma obyektiv olmalıdır;
rəğbətləndirmə və cəzalandırma zamanı müəyyən hədd gözlənilməlidir;
rəğbətləndirmə və cəzalandırma mütləq xarakter daşımamalıdır;
rəğbətləndirmə və cəzalandırma tətbiq edərkən uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır;
rəğbətləndirmə və cəzalandırma tədbirlərinin mahiyyəti və səbəbi uşağa aydın olmalıdır;
rəğbətləndirmə və cəza nüfuzlu şəxs tərəfindən tətbiq olunduqda daha səmərəli olur;
ibtidai siniflərdə hədd gözlənilməklə mümkün qədər çox rəğbətləndirib, daha az cəzalandırma tətbiq etmək lazımdır.
Tərbiyədə yarış üsulu – uşaqlarda özünütəsdiq, rəqabət, üstün olmaq təlabatının cəmiyyətə yararlı istiqamətə yönəldilməsini təmin etmək üsuludur.
Nümunə və tərbiyədə onun rolu
Pedaqoq alimlərdən bəziləri (Q.İ.Şukina, V.A.Slastenin və b.) nümunəni şüur və əqidənin formalaşmasına yönələn müstəqil üsul kimi təqdim edirlər. Bəziləri (Y.R.Talıbov, R.Ş.Mustafayeva və b.) onu - tərbiyənin vasitəsi, bəziləri də (M.Ə.Muradxanov və b.) üsul və vasitələrin təsirini şərtləndirən tərz kimi qələmə verirlər.
Yuxarıda dedik ki, tərbiyə işində üsul, vasitə və tərz arasında dəqiq sərhəd yoxdur. Tətbiq edilmə yerinə və xüsusiyyətinə görə eyni üsuldan tərbiyənin vasitəsi kimi də istifadə oluna bilər. Bununla belə nümunə öz - özlüyündə üsul deyildir. Amma tərbiyə işində ondan təqlid üçün örnək, əyani forma, canlı şahid kimi bilavasitə istifadə etdikdə nümunə üsul xarakteri kəsb edir, üsul səviyyəsinə qalxır.
Nümunə tərz və vasitə kimi tərbiyənin bütün üsullarına daxil olur.
Tərbiyə işində nümunənin rolu əzedilməzdir. Nümunə əsasında aparılan tərbiyə bu və ya digər keyfiyyət, hərəkət və davranış qaydası haqqındakı anlayışları konkretləşdirir və nəticədə uşaqda daha canlı təsəvvür yaradır. Uşaq həmin nümunədən ibarət dərsi götürür, ideal hisslərlə yaşayır, müsbət hərəkətlərə, xeyirxah əməllərə meyl edir.
Tərbiyəni nümunələr əsasında aparmağın faydalı olması faktı xalq pedaqogikası materiallarından elmi pedaqogikadan da əvvəl təkrar-təkrar qeyd edilmişdir. Nümunə növləri arasında isə valideyn, dost-tanış və usta - tərbiyəçi nümunəsinə daha geniş yer verilmişdir. Məsələn, Azərbaycan atalar sözlərində deyilir: "Ot kök üstə bitər", "Qız anadan görməyincə öyüd almaz", "Ana çıxan ağacı qızı budaq-budaq gəzər", "Qız anadan görməyincə süfrə açmaz", "Oğul atadan görməyincə səfərə çıxmaz", "Mərd oğul ataya çəkər, xas qız - anasına" və s. Bu kəlamlardan görünür ki, xalq müdrikliyi övlad tərbiyəsində hər iki valideynin rolunu (xüsusən qızın tərbiyəsində ananın, oğlanın tərbiyəsində isə atanın rolunu) yüksək qiymətləndirir. Tərbiyədə konkret nümunədən istifadənin gözəl nəticə verdiyinin canlı şahidi olan nənə və babalarımız adamı - adamın müsbət və mənfı cəhətlərini əks etdirən aynaya bənzətmişdir: "Adam adamın aynasıdır" .
XIII MÖVZU
AĞIL TƏRBİYƏSİ
Plan
“Ağıl” anlayışı haqda
Ağıl tərbiyəsinin mahiyyəti
Ağıl tərbiyəsinin vasitələri və yolları
1. “Ağıl” anlayışı haqqında
Ən böyük zənginliyi ağılda görən müəllimlər müəllimi Məhəmməd Peyğəmbər (s.ə.s.) buyurub ki, insanın dini onun ağlıdır, ağlı olmayanın dini də yoxdur; adamın ağlı dolğunlaşmadıqca imanı kamil olmur; yetkin insan olmaq üçün dolğun ağıl gərəkdir və s. Buna görə də Peyğəmbər deyib: “Ağılla hərəkət etmək, hər iki dünyada işlərin ən üstünüdür”. “Biliyinizi yazı ilə möhkəmləndirin”, “Bir məclisə girəndə bilsən ki, dediyin sözlər orada olanların bəzilərinin zehnini korlayacaq və ağıllarına batmayacaq, o sözü dilinə gətirmə”, “Doğru- düzgün yolu ağıllıdan öyrənin, onun sözünü qulaq ardına verməyin, dediklərinə qarşı çıxmayın, əks təqdirdə peşman olarsınız siz”, “Ümmətimin ən xeyirli, ən yaxşı adamları biliklilərdir... bilin ki, bilikli insan qiyamət günün parlayan, nuru aləmə saçan ulduza bənzər”, “Bir an elmlə məşğul olmaq, bir an kitab-yazıya baxmaq, altmış il ibadət etməkdən xeyirlidir” və i.a.
Ağıl, onun mahiyyəti, insan həyatının mənalı qurulmasında onun rolu və s. barədə kifayət qədər atalar sözləri mövcuddur. Atalar sözlərində ağılın və ağıllı adamın əlamətlərini xalq bu cür verir.
Dövlətin ən yaxşısı ağıldır.
Ən böyük sərvət ağıldır.
Ağıl insana sərmayədir.
Atalar sözlərində “bilikli adam”la “ağıllı adam” ifadələri nə qədər yaxın olsa da eyni deyildir. Biliklər və onların müəyyən qanunlar əsasında sistemli nəticələrini əks etdirən elm - ağıllı olmağın həm əlaməti, həm zəruri şərti, həm də vasitəsi kimi çıxış edə bilir.
Elm ağılın çırağıdır.
Bilik ağılın aynasıdır.
Biliksiz ağıl - paltarsız bədən kimidir.
Elmli adam cürətli olar.
Bacarıq əqlin nişanəsidir.
Cismin qidası yemək, ruhun qidası - öyrənmək.
Bununla belə, xalq bilirdi ki, təkcə bilik qazanmaq, ağıllı olmaq üçün kifayət deyildir, ağıllı olmaq yaşla da deyildir. «Nə sal ilədir, nə mal ilədir, gülüm, ululuq kamal ilədir».
“Ağıl və ağıl tərbiyəsi” məsələləri elmi pedaqogikada da müxtəlif pedaqoq-alimlər tərəfindən araşdırılmalıdır. Bu araşdırmalar içərisində prof Nürəddin Kazımovun tədqiqləri daha mükəmməldir. bizim fikrimizcə ağıla verilən aşağıdakı tərif daha düzdür:
Ağıl - təfəkkürün keyfiyyət göstəricisi olub, müxtəlif məqsəd və vəzifələrin həlli imkanlarını təmin edən zehni qabiliyyətlərin məcmusudur.
Elmi ədəbiyyatda “ağıl” bəzən “intellekt” kimi də işlədilə bilir.
I ntellektin keyfiyyətləri
həyati problemlərin rasional düşüncə ağıllı fəaliyyət
daha yaxşı həlli qabiliyyəti
Ağıl üç ölçüyə görə qimətləndirilir
müəyyən məlumatların məcmusuna (məzmununa) görə;
məlumatlar üzərində sistemli əməliyyatlar apara bilməyə görə;
zehni fəaliyyətin nəticələrinə görə.
Bu cür ölçü əsasında ağılın 120-yədək spesifik xüsusiyyəti müəyyən olunmuşdur ki, onlardan daha ümumilərini bu cür qruplaşdırmaq olar:
gündəlik həyatda istifadə olunan praktik ağıl;
sözlər, terminlər və işarələrin köməyilə müəyyənləşdirilən mücərrəd ağıl;
təfəkkürün anadangəlmə qabiliyyətlərinin məcmusu olan potensial ağıl;
həyat boyu qazanılmış bilik, bacarıq və vərdişlərin məcmusu kimi ağıl.
Ağılın keyfiyyətləri
hər şeylə maraqlanmaq – bu və ya digər fakt və hadisəni hərtərəfli dərk etmək səyi;
ağılın dərinliyi - əsas olanı ikinci dərəcəlidən, zərurini-təsadüfidən seçmək qabiliyyəti;
ağılın möhkəmliyi və hərəkiliyi – insanın malik olduğu təcrübədən geniş istifadə edə bilməsi, fakt və hadisələri yeni əlaqə və münasibətlərdə operativ tədqiq edə bilmək;
məntiqi təfəkkür – öyrənilən obyektin bütün əhəmiyyətli tərəflərini nəzərə almaqla mülahizələrin ardıcıllığına ciddi əməl etmək;
sübutedici təfəkkür – lazım gəldikdə mülahizələrin düzgünlüyünü sübut edə bilmək qabiliyyəti;
tənqidi təfəkkür – fikri əməliyyatların nəticələrini saf, çürük etmə qabiliyyəti;
ağılın genişliyi – fikri fəaliyyət obyektini hərtərəfli əhatə etmək qabiliyyəti.
Ağılın əlamətləri
hər hansı işi görməzdən əvvəl onun nə ilə nəticələnəcəyini aydın təsəvvür etmək bacarığı;
öz nöqsanlarını müəyyənləşdirə bilmək, öz söz və hərəkətlərinə düzgün qiymət verə bilmək;
səbirli olmağı bacarmaq;
geniş və dərin biliklərə malik olmaq.
3. Ağıl tərbiyəsinin mahiyyəti
Əslində ağıl tərbiyəsi məsələləri didaktika bölməsində öyrənilməlidir. Müasir həyatın təhsil qarşısında qoyduğu tələblər təlim prosesinin prioritet məqsədlərində də dəyişikliklər etmişdir. İndi bilik, bacarıq və vərdişlər qazanılması ikinci plana keçmişdir. Məktəb şagird şəxsiyyətinin inkişafını təmin edəcək bütün şəraitin yaradılması üçün məsuldur.
Müasir dövrdə şagird şəxsiyyətinin inkişafı dedikdə - idraki tələbat və maraqlar, emosional inkişaf, milli dəyərlərə sahibçıxmada inkişaf, əqli qabiliyyətlərin inkişafı və s. başa düşülür.
Bu sahədə işin aydın dərk edilməsindən ötrü “əqli inkişaf”, “əqli tərbiyə” anlayışları, inkişafetdirici təlimin məzmunu və vəzifələri izah olunmalıdır.
Uzun müddət elmdə belə bir ideya hakim olmuşdur ki, uşağın inkişafı spontan xarakterlidir və daxili ziddiyyətlərə əsaslanır. Amma sonrakı tədqiqatlar sübut etdi ki, düzgün qurulmuş pedaqoji təsir nəticəsində uşaqların daha intensiv əqli inkişafına nail olmaq mümkündür.
“Ağıl tərbiyəsi” - xüsusi tərbiyəvi təsirlər nəticəsində uşaqların əqli qabiliyyətləri və təfəkkürünün inkişafı prosesidir.
“Ağıl tərbiyəsinin” şagirdlərin əqli qabiliyyətləri və təfəkkürünün inkişafı, əqli əmək mədəniyyətinə yiyələndirmə sahəsində məqsədəyönəldilmiş təsir prosesidir.
Əqli tərbiyənin əsas istiqamətləri bunlardır:
Təfəkkürün müxtəlif növlərinin inkişafı.
Şagirdlərin əqli qabiliyyətlərinin inkişafı.
Uşaqlann intellektual bacarıqlara yiyələnməsi.
Təfəkkürün növlərinə aiddir:
dialektik təfəkkür (fakt və hadisəni ziddiyyətlərin vəhdəti kimi dərk etmək, onların inkişaf tendensiyalarını müəyyən etmək, yenicə yarananı duymaq, fakt və hadisələr arasında qarşılıqlı əlaqəni və onların başvermə səbəblərini tapmaq bacarığı);
məntiqi təfəkkür (biliklərin işlənilib hazırlanması və mənimsənilməsini məntiqi priyomları ilə bağlıdır. Məntiqi priyomlar bilikləri əlaqələndirmək, yeni biliklər əldə etmək, proqnoz vermək nəticə çıxarmaq priyomları);
mücərrəd təfəkkür insana ikinci dərəcəli, əhəmiyyətsiz məsələlərdən yan keçib,
əhəmiyyətli, mühüm əlamətlərinə görə mücərrəd anlayışlar formalaşdırmağa kömək edir;
kateqorial (təsnifedici) təfəkkür - fakt və hadisələrin oxşar və fərqli əlamətlərinə əsasən onları növlərə, qruplara, siniflərə ayıra bilmək bacarığıdır;
yaradıcı təfəkkür - bu və ya digər bilik sahəsinə dair inkişaf prinsiplərini, elmi əsasları dərk etmək , ümumiləşmiş məlumatları mənimsəmək, fakt və hadisələr arasında əlaqə və asılılıqları, qanunauyğunluqları duya bilmək qabiliyyətidir;
induktiv təfəkkür - fikri fəaliyyətin xüsusidən ümumiyə, faktlardan nəticəyə, yeni biliklər əldə etməyə yönəldilməsidir;
deduktiv təfəkkür - fıkri fəaliyyətin ümumidən xüsusiyə, qanundan nəticəyə, ideyadan onun konkret tətbiqinə yönəlməsidir;
alqoritmik təfəkkür - təlimata, qaydalara tam dəqiq əməl etmə bacarığıdır, məsələni hissələrə bölüb, mərhələlərlə yerinə yetirmək, fəaliyyət strategiyasını müəyyən edə bilməkdir.
Təfəkkür növlərinin pedaqoji aspekti müəllimin istifadə etdiyi yollar, vasitələr və şərtlərin müəyyən olunması ilə bağlıdır.
Ağıl tərbiyəsinin məzmunu
ağılın inkişaf biliklərə yiyələnmə əsas fikri əməliyyatlardan
səviyyəsi qabiliyyəti istifadə bacarığı
Ağıl tərbiyəsinin vasitələri bunlardır:
bilik fondunun zənginləşdirilməsi;
əsas fikri əməliyyatlara və fəaliyyət üsullarına yiyələnmə;
intellektual (ümumi pedaqoji) bacarıqların və müxtəlif təfəkkür növlərinin inkişafı;
elmi dünyagörüşün inkişafı.
Dostları ilə paylaş: |