və nəticələri) qabarıq verilməli, onların aydın və inandırıcı şərhi təmin edilməlidir. Son illər bir çox xarici ölkələrdə məktəblərdə təhsilin məzmunu iri bloklarda təqdim edilir və sonra bütün kurs onun əsasında qurulur.
2. Dərslik təlimin tərbiyəedici və inkişafetdirici vəzifələrini yerinə yetirməlidir. Mövzunu xarakterindən asılı olaraq dərslik şagirdlərdə dialektik təfəkkürün, elmi dünyagörüşünün, mənəvi keyfiyyətlərin, habelə zehni qabiliyyətlərin formalaşmasına kömək etməlidir. Mövzuların şərhində fəndaxili və fənlərarası əlaqələrdən yeri gəldikcə istifadə edilməlidir.
3. Dərslik şagirdlərin müstəqil fəaliyyəti üçün əlverişli şərait yaratmalı, onları özünütəhsilə istiqamətləndirməlidir. Bu məqsədlə dərslikdə təhsil əməyi bacarıqlarına (zehni məsələlərin həllinə, problemlərin izahına, suallara cavab tapmağa və s.), çalışmalara, sual və tapşırıqlara yer verilməlidir.
4. Dərslik gigiyenik cəhətdən düzgün qurulmalıdır. Kitabda şriftlərin ölçüsü, kağızın rəngi, sətirarası məsafələr, mövzuların, paraqrafların, anlayışların aydın verilməsi, təriflərin qabarıq göstərilməsi materialın qavranılmasını asanlaşdırır.
VII MÖVZU
TƏLİMİN ÜSULLARI
PLAN
Təlim üsulları haqda məlumat.
Təlimin söz üsulları.
Təlimin əyani üsulları.
Təlimin praktik üsulları.
Şagirdlərin müstəqil işləri.
Təlimin üsulları
Təlim prosesinin hər bir mərhələsində qarşıya qoyulmuş məqsədə çatmağı təmin edən yollara təlim üsulu deyilir.
T əlim mərhələlərinə görə (N.M.Kazımov)
Yeni tədris mövzusunun əsasən biliklərin, bacarıq və vərdişlərin əsasən
qavranılmasına xidmət edən üsullar başa düşülməsinə xidmət edən üsullar
biliklərin, bacarıq və vərdişlərin əsasən
möhkəmləndirilməsi və tətbiqinə xidmət edən üsullar
2. Təlimin söz üsulları
Təlimin söz üsulları
müəllimin şərhi müsahibə təlimat
Müəllimin şərhi-təlim materialının ardıcıl, sistemləşdirilmiş, emosional şəkildə təhkiyyə yolu ilə şagirdlərə təqdim edilməsidir.
M üəllimin şərhi üsulunun növləri
müəllimin nəqli müəllimin izahı
müəllimin nəqli – fakt və hadisələrin mahiyyətini və başvermə ardıcıllığını şifahi şəkildə şagirdlərə çatdırmaq, təsəvvürlər formalaşdırmaqdır.
Müəllimin izahı – öyrəniləcək materialın mahiyyətini, əlaqə və asıllıqlarını aydınlaşdırmaqdır.
Müsahibə üsulu
Müsahibə - təlimdə sual-cavab üsuludur
M üsahibənin tətbiqi
şagirdlərin dərs prosesinə hazırlanması yeni materialla tanışlıq;
biliklərin sistemləşdirilməsi; biliklərin mənimsənilməsinə
və möhkəmləndirilməsi nəzarət və diaqnostika.
M üsahibənin növləri
evristik müsahibə təkrarlanma mühasibəsi
Müsahibə suallarına verilən tələblər
suallar məntiqi ardıcıllığa malik olmalı, öyrənilən materialın mahiyyəti aşkarlanmalı, biliklərin sistem halında mənimsənilməsini təmin etməlidir;
suallar şagirdlərin inkişaf səviyyəsinə uygun olmalıdır;
suallar aydın olmalı, uşaqlar nə soruşulduğunu başa düşməlidirlər;
sual düşündürücü olmalıdır;
mürəkkəb suallara yol verilməməlidir;
səhv cavab verməyə təhrik edən suallara yol verilməməlidir.
3. Təlimin əyani üsulları
Təlimin əyani üsulları
illüstrasiya demonstrasiya videometod
İllüstrasiya – öyrədiləcək təlim materialını statik halda (dəyişmədən) təqdim etməkdir.
İ llüstartiv materialların növləri
təbii şəkildə əşyanın əşya və hadisənin sxematik simvolik əyani
əşya modeli şəkli materiallar material
Demonstrasiya – öyrədiləcək materialın dinamikada (dəyişərək, hərəkətdə) təqdim edilməsidir. Demonstrasiya üsulu təlimin texniki vasitələrinin köməkliyi ilə həyata keçirilir.
T əlimin texniki vasitələri
akustik texniki vasitələr vizual texniki vasitələr audiovizual texniki vasitələr
Videometod
Öyrədiləcək təlim materialının – informasiyanın ekran vasitəsilə təqdimatının müxtəlif formalarının tətbiqi videometod deyilən yeni təlim üsulu meydana çıxarmışdır. İKT-nin təlim prosesinə getdikcə daha fəal tətbiqi nəticəsində videometoddan həm biliklərin təqdim olunması, həm də onların möhkəmləndirilməsi, ümumiləşdirilməsi, nəzarət mərhələlərində istifadənin səmərəsini artırmışdır.
İnformasiya – kommunikasiya texnologiyaları – İKT dedikdə - informasiyanın toplanması, işlənilib hazırlanması, qorunması, yayılması və əks olunmasını təmin edən, texnoloji zəncir halında birləşən üsul istehsal prosesləri və proqram-texniki vasitələrin məcmusu başa düşülür.
İKT-dən istifadə prosesinin xüsusiyyətlərinə bunları aid etmək olar.
- prosesin əsas məqsədi informasiya alınması, işlənilib hazırlanması və yayılmasıdır;
- prosesin həyat keçirilməsi vasitələrini proqram hesablama kompleksi, aparat hesablama və proqram-aparat hesablama kompleksləri təşkil edir;
- faktların işlənilib hazırlanması prosesləri fənnə uyğun olaraq müxtəlif əməliyyatlara bölünür;
prosesin optimallığı informasiyanın istifadəçiyə vaxtında çatdırılması, onun etibarlılığı, həqiqiliyi və tamlığı ilə müəyyən edilir.
4. Təlimin praktik üsulları
Təlimin praktik üsullarının əsas didaktik vəzifəsi qazanılmış bilikləri bacarıq və vərdişlərə çevirməkdir.
Praktik üsullar
çalışmalar laborator məşğələlər praktik işlər didaktik oyunlar
Çalışmalar
Çalışmalar bacarıq və vərdişlərin yaradılması və keyfiyyətinin artırılması üçün eyni hərəkətin planlı və mütəşəkkil surətdə dəfələrlə təkrarına əsaslanır.
Çalışmaların növləri
şifahi çalışmalar yazı işləri qrafik işlər bədən tərbiyəsi çalışmaları
Ş ifahi çalışmalar
ana dili, həyat bilgisi dərslərində riyaziyyat və informatika dərslərində
mətni düzgün və sürətlə oxumaq şifahi hesablama vərdişləri
düzgün və səlis danışmaq qaydaların əzbərlənməsi və izahı
fikrini ifadə və izah edə bilmək
Yazı işləri
üzdənköçürmə yazıları tətbiqetmə yazıları yaradıcılıq yazıları
Qrafik işlər
dioqram qurmaq sxem çəkmək cədvəl çəkmək xəritə çəkmək cizgi çəkmək
Bədən tərbiyəsi çalışmaları
idman hərəkətləri hərəki vərdişlər oyun bacarıqları
Çalışmaların səmərəlilik şərtləri
çalışmalar sistemi uşaqda bütün zəruri keyfiyyətlərin inkişafına və möhkəmlənməsinə xidmət etməlidir:
müəyyən vərdişlər yaratmaqdan ötrü çalışmaların kifayət qədər təkrar tətbiqi təmin edilməlidir;
çalışmalar münasib formada və müddətdə verilməlidir.
Laborator məşğələlər müəllimin rəhbərliyi altında şagirdlərin müstəqil surətdə müşahidələr, təcrübələr, bəzən eksperimentlər aparmağına əsaslanır.
Laborator məşğələlərin əhəmiyyəti
biliklər şüurlu mənimsənilir şagirdlərdə praktik müstəqillik və fəallıq
daha möhkəm olur bacarıq və vərdişlər formalaşır
yaranır
Praktik işlər
Praktik işlər – bilik və bacarıqların möhkəmləndirilməsi, əməli vərdişlərin formalaşdırılmasına əsaslanır.
Əmək vərdişləri
əmək tərzləri əmək əməliyyatları
P raktik işlərin məthələləri
müəllimin giriş izahı təlimat nümunə işin gedişi nəzarət
Didaktik oyunlar
Bu üsulun tətbiqi zamanı müxtəlif problem-şəraitlər, əyləncəli situasiyalar yaratmaqla şagirdlərə çıxış yolunu tapmaq təklif olunur. Bu üsula bəzən “qaydalı oyunlar” da deyilir.
Didaktik oyunların funksiyaları
- idraki prosesləri fəallaşdırır;
- uşaqlarda diqqət və maraqlar tərbiyə edir;
- qabiliyyətləri inkişaf etdirir;
- uşaqları qaydalara əməl etməyə alışdırır;
- bilik və bacarıqları möhkəmləndirir.
Didaktik oyunların növləri: sujetli oyunlar , oyun-tapşırıqlar, dramatikləşdirilmiş oyunlar, quraşdırma oyunları
5. Kitab üzərində iş üsulu
Bu üsulun əsas üstünlüyü – şagirdin təlim materialını dəfələrlə, həm də özü üçün münasib vaxtda və tempdə oxumasıdır.
İbtidai siniflərdə şagirdlərin kitab üzərində işləmə bacarıq və vərdişlərin yaradılmamasının sonrakı fəsadları, təxminən, bunlardır:
yuxarı siniflərdə sürətlə oxu vərdişləri yaratmağın çətinliyi;
oxunmuş materialın tam başa düşülməməsi;
təhsilin yuxarı pillələrində ilk mənbələr üzərində işləmə bacarıqlarının olmaması;
kitab oxumaq hallarının azalması;
kitablarda qorunan milli-mədəni sərvətlərdən xəbərsizlik.
K itab üzərində işin növləri
dərsdə müəllimin rəhbərliyi ilə evdə müstəqil surətdə
K itab üzərində işləmə bacarıqları
sərbəst oxumaq materalda öyrənilməsi öyrənilmişlərin
və başa düşmək əsas olanı tapmaq qeydiyyatını aparmaq
bacarığı bacarığı bacarığı
6. Şagirdlərin müstəqil işləri
Müəllimin təlim tapşırığını şagirdin əqli və əməli fəaliyyət göstərərək, bunun üçün xüsusi olaraq ayrılmış vaxtda, bilavasitə kömək olmadan yerinə yetirməsinə şagirdlərin müstəqil işləri deyilir.
Müstəqil işlərin əlamətləri
Müəllimin bilavasitə iştirakı və kənar şəxlərin köməyi olmadan şagirdlərin müstəqil işləməsi.
Əsasən, müəllim tərəfindən müəyyən edilmiş tapşırığın olması.
Tapşırığın yerinə yetirilməsi üçün müəyyən vaxtın ayrılması.
Müstəqil iş zamanı şagirdin təlim çətinliklərini aradan qaldırmaq üçün əqli və fiziki gərginlik keçirməsi.
Müstəqil iş zamanı şagirdlərin ümumi inkişafının təmin edilməsi və tərbiyə məqsədlərinin həyata keçirilməsi.
VIII MÖVZU
TƏLİMİN TƏŞKİLAT FORMALARI
PLAN
Təlimin təşkilat formaları haqda ümümi məlumat.
Dərs – təlimin əsas təşkilat forması kimi.
Dərsin tipləri və quruluşu.
Dərsə verilən tələblər.
Müəllimin dərsə hazırlaşması.
Ev tapşırıqları.
Ekskursiyalar
Təlimin təşkilat formaları haqda ümumi məlumat
Təlimin harada, şagirdlərin nə kimi tərkibi ilə və necə təşkili təlimin təşkilat formalarını müəyyən edir.
Təlimin təşkilar formaları müəyyən tarixi inkişaf yolu keçmiş təlim növlərinə əsaslanır.
T əlim növləri
doğmatik izahlı-illüstrativ problemli proqramlaşdırılmış
təlim təlim təlim təlim
Doğmatik təlim zamanı real aləm, fakt və hadisələr, onlar arasındakı əlaqə və asılılıqlar dəyişməz qaydalar – doğmalar kimi təqdim olunur, şagirdlər bu materialı olduğu kimi yadda saxlayıb, təkrarlayırlar.
Izahlı – illüstrativ təlim-materialı əyaniliyin iştirakı ilə izah etməyə şagirdlərin öyrəndiklərini yadda saxlayaraq səhvsiz təkrar etməsinə əsaslanır.
Problemli təlim zamanı şagirdlər təlim problemlərinin həlli prosesində bilikləri müstəqil şəkildə özləri qazanırlar.
Proqramlaşdırılmış təlim - əvvəlcədən planlaşdırılmış nəticəni əldə etmək üçün ardıcıl əməliyyatlar sisteminin yerinə yetirilməsinə əsaslanır.
Tarixən təlimin təşkili müxtəlif formalarla həyata keçirilib:
fərditəlim (antikdövlətlərdə)
fərdi – qruplarlatəlim (ortaəsrlərdə);
qarşılıqlıtəlim (Bell – Lankostersistemi);
qabiliyyətəgörədiferensiallaşdırılmıştəlim (Manlıeymsistemi);
sinif – dərssistemivə s.
Sinif-dərs sistemi ən geniş yayılmış təlim formasıdır. Bu sistemin əsas xüsusiyyətləri bunlardır:
eyni yaş dövrünə və hazırlıq səviyyəsinə aid şagirdlərin sabit tərkibi ;
hər bir sinifdə təlimin illik plan əsasında aparılması (planlı təlim);
təlim prosesi bir-biri ilə qarşılıqlı əlaqədə olan hissələrin (dərslərin) ardıcıllıqla baş verməsi əsasında həyata keçirilir;
hər bir dərs müəyyən fənnə aiddir (monizm);
müəllimin aparıcı rolu;
şagirdlərin əmək və istirahətinin növbələşdirilməsi.
2. Dərs – təlimin əsas təşkilat forması kimi
Dərs-müəllimin rəhbərliyi ilə, möhkəm şagird heyətinə malik siniflə sabit cədvəl üzrə keçirilən kollektiv məşğələyə deyilir.
Dərsinəlamətləribunlardır:
dərs müəllimin rəhbərliyi altında keçirilir;
dərs sinif şəraitində keçirilir;
dərsdə, məcburi məşğələ kimi, bütün sinif şagirdləri iştirak edir;
dərs sabit məşğələ cədvəli üzrə keçirilir.
3. Dərslərin tipləri və quruluşu
Hər bir dərsin əsas və yardımçı məqsədləri olur. Dərsin tipi və buna müvafiq olaraq quruluşu dərsin əsas məqsədi ilə müəyyən edilir.
İbtidai təhsildə aşağıdakı dərs tiplərindən istifadə olunur:
Mürəkkəb, yaxud qarışıq dərs.
Yeni materialın öyrənilməsi dərsi.
Biliklərin möhkəmləndirilməsi və təkmilləşdirilməsi dərsləri.
Təkrar və ümumiləşdirmə dərsləri.
Yoxlama dərsləri.
Mürəkkəb, yaxud qarışıq dərs
Mürəkkəb,yaxud qarışıq dərs tipinin bir neçə didaktik məqsədi ola bilir. Bu dərs tipinin quruluşu, təxminən, bu cürdür.
Sinifin təşkili
Ev tapşırığının yoxlanması
Keçmiş mövzunun soruşulması
Yeni mövzunun öyrənilməsinə hazırlıq
Yeni mövzunun izahı
Yeni mövzunun möhkəmləndirilməsi
Ev tapşırığı və qiymətləndirmə.
Yeni bilik verən dərs
İbtidai siniflərdə bu tip dərslərdən geniş istifadə olunmur. Çünki kiçik məktəbyaşlı şagirdlər bu tipin tələblərinə psixoloji baxımdan tam hazır deyildirlər.
Bu tip dərslərinquruluşu, təxminən, belədir.
Sinfin təşkili
Yeni materialın şüurlu mənimsənilməsinə kömək edəcək bilikilərin təkrarı
Dərsin mövzu və məqsədinin izahı
Yeni materialın öyrənilməsi
Yeni bilklərin ilkin möhkəmləndirilməsi
Ev tapşırığı və qiymətləndirmə
Biliklərin möhkəmləndirilməsi və təkmilləşdirilməsi dərsinin quruluşu
Sinfin təşkili
Məqsəd və vəzifələrin izahı
Verilmiş tapşırığın yerinə yetirlməsi üçün gərəkli olacaq biliklərin təkrarı
Şagirdlərin müstəqil işi
Nəticə
Ev tapşırığı və qiymətləndirmə
Təkrar və ümumiləşdirmə dərslərinin quruluşu:
Sinfin təşkili
Müəllimin giriş sözü, dərsin məqsəd və vəzifələrinin izahı
Şagirdlərin müstəqil işi
Nəticələrin yoxlanması və təshihi
Ev tapşırığı və qiymətləndirmə
Yoxlama dərslərinin quruluşu
Sinifin təşkili
Məqsəd və vəzifələrin izahı
Şagirdlərin müstəqil işi
Ev tapşırığı
Yoxlama dərsləri şifahi aparıldıqda müstəqil işlərdən sonra yekunlaşdırma mərhələsi də ola bilər.
İnteqrativ dərslər
İntqrativ dərs dedikdə - bir mövzunun öyrədilməsi zamanı bir neçə fənnin materiallarından istifadə edilməsi başa düşülür.
Dərsi bu tipdə keçmək üçün, hər şeydən əvvəl, əsas məqsəd müəyyən olunur, ondan sonra müvafiq təlim fənlərindən həmin məqsədin reallaşdırılması üçün zəruri olan məlumatlar seçilib müəyyən ardıcıllıqla istifadə olunur.
İnteqrativ dərslərin təşkili və keçirilməsinə verilən tələblər:
hər bir sinif üzrə il ərzində bu tipdə tədris olunacaq dərslərin sistemini müəyyən etmək;
hər bir dərsin planlaşdırılması, əsas və yardımçı məqsədlərin müəyyən edilməsi;
dərsin məzmununa yalnız əsas məqsədin tam reallaşdırılmasına yönəldilmiş materialları daxiletmək;
təlimin üsul və vasitələrini düzgün seçmək;
bu tip dərslərin tədrisinə, mümkün olduqca, digər müəllimləri, mütəxəssisləri cəlbetmək.
4. Dərsə verilən tələblər
Hər bir dərs təlim prosesinin əsas funksiyalarını yerinə yetirməlidir.
Didaktik tələblərə aiddir:
konkret dərsin, digər dərslər sistemində yeri və vəzifəsini dəqiq müəyyən etmək;
tədris proqramı və şagirdlərin hazırlıq səviyyəsinə müvafiq olaraq dərsin optimal məzmununu müəyyən etmək;
pedaqoji prosesin prinsiplərini həyata keçirmək;
daha səmərəli təlim üsulunu, priyom və vasitələrini, stimullaşdırma və nəzarət üsullarını seçmək;
kollektiv, qruplarla, fərdi işin müxtəlif növlərini əlaqələndirmək;
fənlərarası əlaqəni təmin etmək.
Tərbiyəedici və inkişafetdirici tələblərə aiddir:
Təfəkkürün, hafizənin və diqqətin müxtəlif növlərinin formalaşdırılması;
əxlaqi keyfiyyətlərin, ətraf aləmin estetik qavranılmasının tərbiyəsi;
şagirdlərdə idraki maraqlar və təlimə müsbət münasibət motivləri tərbiyəsi;
şagirdlərin inkişaf səviyyəsinin və psixoloji xüsusiyyətlərinin hərtərəfli hesabaalınması;
biliklərə tələbat, onları təmin etmək bacarığı formalaşdırmaq; şagirdləri özünütəhsilə hazırlamaq;
ünsiyyət yaratmaq təcrübəsinin zənginləşdirilməsi;
yaradıcılıq qabiliyyətlərinin inkişafı.
Təşkilati tələblərə aiddir:
dərsin planının olması;
dərsin aparılmasının dəqiq təşkili: vaxtında başlanması, təlim tempinin
optimallığı, dərsin məntiqi tamlığı;
şüurlu dərs intizamının mövcudluğu;
təlimin texniki vasitələrindən, İKT-dən səmərəli istifadə;
dərsin quruluşunun sabitliyi və çevikliyi.
5. Müəllimin dərsə hazırlaşması
Dərsə hazırlıq – müəllimin peşə fəaliyyətinin daimi və zəruri elementidir.
Müəllimin ümumi hazırlığı – onun müntəzəm olaraq onun nəzəri, metodik bildiyini artırmaq, mədəni səviyyəsini və dünyagörüşünü inkişaf etdirməyə əsaslanır.
Mövzular üzrə hazırlıq – mövzuların qısa məzmunu tədris proqramında verilir. Müəllim müəyyən mövzuya dair materialı dərslərin sayına görə bölür, keçilmə ardıcıllığını müəyyən edir. Mövzuların planlaşdırılması zaman, adətən, aşağıdakı bəndlərə fikir verilməlidir:
hər bir dərsin mövzusunun adı;
təhsilverici məqsəd və vəzifələr;
dərsin tərbiyəedici təsiri;
materialın əsas məzmunu;
müstəqil işlər, müşahidələr, əyani vəsaitdən və texniki təlim vasitələrindən istifadə;
nəzarət və yoxlama formaları;
dərslərin təqvim vaxtları.
Növbəti dərsə hazırlıq – ayrıca bir dərsin aparılmasına dair konkret planlaşdırmadır.
Növbəti dərsə hazırlıq planı bu cür ola bilər:
mövzunun adı, məqsəd və vəzifələri;
dərsin təchizi;
dərsin gedişi;
dərsin nəticələrinin təhlili;
ev tapşırığı.
Keçirilmə yerindən, iştirakçıların tərkibi və keyfiyyət formalarından, vaxtından, materialın optimal şəkildə şagirdlərə çatdırılmasından və s. asılı olaraq konkret təlim məqsədinin daha səmərəli nəticələnməsinə imkan verən formaları “təlimin təşkilinin digər formaları” şərti adı altında qruplaşdırmaq olar. Bu formaları ayrı – ayrı müəlliflər müxtəlif cür təsnif edirlər.
Təlimin təşkili formalarını təsnif edərkən nəzərə alınmalıdır ki:
obyektlər hansı əlamətlərinə görə qruplaşdırılır;
eyni anlayış yalnız bir təsnifata daxil edilsin. Məsələn. “mühazirə”, “seminar”, “praktikum” anlayışalrı eyni müvəffəqiyyətlə həm təlim üsulu, həm dərs tipi, həm də təlimin təşkilat forması kimi verilir. Yaxud “imtahan”, “zaçot” anlayışları təlimdə nəzarət üsulu kimi də verilir, təlimin təşkili forması kimi də:
təlimin ən çox istifadə olunan təşkilat formaları bunlardır.
dərs;
ev tapşırıqları;
ekskursiyalar.
Ev tapşırıqları
Ev tapşırıqları müəllimin bilavasitə rəhbərliyi olmadan, lakin onun göstərişinə əsasən şagirdlərin dərsdənkənar müstəqil təlim fəaliyyətidir.
Ev tapşırıqlarının xüsusiyyətləri:
şagirdin dərs zamanı müstəqil işindən fərqli olaraq, ev tapşırığının icrası zamanı təkcə əqli müstəqillik yox, həm də təşkilati müstəqillik tələb olunur;
ev tapşırıqlarının icrası zamanı şagirdlərin fərdi xüsusiyyətləri daha yaxşı üzə çıxır;
ev tapşırıqları şagirdlərin dərsdənkənar vaxtlarının məqsədəmüvafiq təşkilinə imkan verir;
ev tapşırıqları şagirdlərin idraki və iradi qabiliyyətlərinin yaranması və inkişafına, onlarda fərdi iş üslubunun formalaşmasına, əməksevərlik, mütəşəkkillik, intizamlılıq, səliqəlilik, məsuliyyət kimi keyfiyyətlər tərbiyə olunmasına köməklik edir.
Ev tapşırıqlarını müəyyən cəhətlərə görə növlərə bölmək olar:
İdrakı fəaliyyətin xarakterinə görə
- reproduktiv ev tapşırıqları
- yaradıcı ev tapşırıqları
Təlim əməliyyatlarına görə
- tapşırıqların icrası
- kitab üzərində iş
- müşahidə və təcrübə
- əlavə oxu və s
İcra formasına görə
- şifahi
- yazılı
- əməli
M əzmununa və əsas vəzifələrinə görə
biliklərin möhkəmlən- biliklərin sistematikləş- gələcək mövzulara
dirilməsinə xidmət dirilməsi və ümumiləşdi- hazırlamağa xidmət
edən tapşırıqlar rilməsinə xidmət edən edən tapşırıqlar
tapşırıqlar
Ev tapşırıqlarının səmərəliliyinə təsir göstərən amillərə bunları daxil etmək olar:
ev tapşırığının verilmə metodikasının düzgün təşkili. Buraya daxildir.
tapşırığın məqsədinin şagird üçün aydın olması;
tapşırığın məzmununun şagird üçün aydın olması;
təlimatın aydın olması və getdikcə daha konkretləşdirilməsi.
ev tapşırıqlarının əqli inkişafa və gücə müvafiq seçilməsi. Bunun üçün materialın çətinlik dərəcəsi, icra vaxtının norması nəzərə alınmalı, tapşırıqlar getdikcə çətinləşən və hər bir uşağın müstəqil icra edə biləcəyi səviyyədə olmalıdır.
ev tapşırıqlarının yoxlanılması və qiymətləndirilməsi işi səmərəli təşkil edilməlidir. Bunun üçün
tapşırıqlar kəmiyyət və keyfiyyətcə yoxlanılmalıdır;
mümkün olduqda tapşırıqları şagirdlərin özünə yoxlatmaq olar;
yoxlama zamanı bütün şagirdlərin fəallığını təmin etmək lazımdır.
ev tapşırıqlarının səmərəliyinə müəllimlə şagirdin ailəsi arasındakı əlaqənin xarakteri və səviyyəsi də təsir göstərir;
şagirdlərin müstəqil işləmə bacarıqlarının səviyyəsi.
Ekskursiyalar
Əgər öyrənilməsi tədris proqramında nəzərdə tutulmuş material şagirdlər tərəfindən bilavasitə müşahidə edilməli, təbii şəkildə qavranılmalıdırsa və onları sinifə gətirmək mümkün deyilsə, bu zaman təlimin “ekskursiya” adlanan təşkilat formasından istifadə olunur;
İbtidai siniflərdə ekskursiyalar, adətən, həyat bilgisi, ana dili, bəzən də texnologiya və musiqi fənləri üzrə aparılır.
Ekskursiyaların növləri
- təbiət ekskursiyaları
- istehsalat ekskursiyaları
- tarixi ekskursiyalar
- ədəbiyyat və incəsənət ekskursiyaları
Daşıdığı vəzifələrə görə ekskursiyalar
giriş ekskursiyaları cari ekskursiyalar yekun ekskursiyaları
Giriş ekskursiyaları öyrəniləcək yeni mövzuya maraq, həvəs oyatmaq, mövzunun tədrisinə dair əhəmiyyətli faktiki material toplamaq məqsədi ilə aparılır. Məsələn, “Vəhşi heyvanlar” mövzusunu keçməzdən əvvəl şagirdləri zooparka ekskursiyaya aparmaq olar.
Cari ekskursiyalar mövzunun bilavasitə tədrisi zamanı lazımi materialın əyani mənimsənilməsi, mövcud biliklərin qismən yoxlanması məqsədilə həyata keçirilir.
Bir və ya bir neçə mövzuya dair bilikləri ümumiləşdirmək, yekun nəticələr əldə etmək məqsədilə aparılan ekskursiyalara yekun ekskursiyaları deyilir.
Təlim ekskursiyalarının əhəmiyyəti
- ekskursiyalar təlimdə əyanilik prinsipinin həyata keçirilməsi üçün imkan yaradan ən yaxşı formadır;
- ekskursiyalar, xüsusilə də təbiət ekskursiyaları uşaqları , onların fərdi xüsusiyyətlərini ətraflı öyrənməyə imkan verir;
- uşaqların hərtərəfli inkişafı və tərbiyəsində ekskursiyaların əhəmiyyəti böyükdür;
- ekskursiyalar şagirdlərin idraki qüvvə və qabiliyyətlərini, diqqətini, qavrayışını, müşahidəçilik qabiliyyətini, təfəkkürünü, yaradıcı təxəyyülünü inkişaf etdirir.
- ekskursiyalar şagirdlərin fiziki, əxlaqi, estetik tərbiyəsinə kömək edir.
Ekskursiyaya hazırlıq iki xətt üzrə aparılır:
müəllimin ekskursiyaya hazırlığı;
şagirdlərin ekskursiyaya hazırlanması.
Müəllimin ekskursiyaya hazırlaşması aşağıdakıları əhatə edir:
ekskursiyanın məqsədinin, öyrəniləcək materialın məzmununun və ekskursiyanın növünün müəyyən edilməsi;
ekskursiya obyekti ilə əvvəlcədən müəllimin özünün tanışlığı;
ekskursiyanın planının tərtibi.
Planda göstərilməlidir:
ekskursiyanın mərhələləri;
obyektin öyrənilməsi qaydası;
uşaqlara veriləcək sual və tapşırıqlar;
ekskursiyanın təchizatı;
ekskursiya materiallarının havada və necə ümumiləşdiriləcəyi;
Şagirdlərin ekskursiyaya hazırlanması zamanı onlar bilməlidirlər:
haraya ekskursiyaya gediləcək;
nəyi öyrənmək lazımdır;
hansı işlər mütləq görülməlidir;
müşahidə zamanı nəyə çox fikir verilməlidir;
ekskursiyanın nəticələri nə vaxt, hansı formada və harada yekunlaşacaq;
ekskursiya zamanı davranış qaydaları hansılardır;
ekskursiya üçün şagirdlər özləri ilə nə götürməlidirlər.
IX MÖVZU
AZƏRBAYCAN TƏHSİL SİSTEMİ
PLAN
Təhsil sistemi haqda ümumi məlumat.
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri.
Təhsilin əsas məqsədi və formaları.
Təhsil sisteminin quruluşu.
Təhsil müəssisələrinin növləri.
Azərbaycan təhsil sistemi
Təhsil sistemi - ölkə daxilində mövcud olan təlim-tərbiyə müəssisələrinin məcmuyuna deyilir.
Təhsil sisteminin səviyyəsinə təsir edən amillər:
- ölkənin siyasi durumu, dövlətin siyasi məqsədləri;
- ölkənin iqtisadi durumu;
- xalqın mədəni səviyyəsi.
Bəşəriyyətin tarixi inkişafı sübut edir ki, “təhsil” və “cəmiyyət” anlayışları sıx əlaqədədir.
Müasir təhsil sisteminin funksiyaları kimi bunları göstərmək olar:
fərdin daxili aləmini humanist ideallar əsasında zənginləşdirmək;
cəmiyyətin tələblərinə müvafiq əxlaqi keyfiyyətlərin formalaşırılması;
insanların mədəni səviyyəsinin peşə hazırlığının yüksəldilməsi;
Təhsilin sosial əhəmiyyəti kimi bunları göstərmək olar:
cəmiyyət həyatında baş verən bu və ya digər tendensiyanın inkişafına təsir göstərmək imkanı;
böyüyən nəsli qlobal, yaxud lokal problemlərin həllinə hazırlamaq.
Təhsil sahəsində aparılan islahatların istiqamətləri bunlardır:
təhsil sisteminin bütün mərhələlərinin yenidən qurulması;
təlim-tərbiyə işlərinin məzmununu, üsul və vasitələrini təkmilləşdirmək;
pedaqoji kadrların hazırlanması və ixtisasının artırılması işinin səviyyəsini yüksəltmək.
Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.
Təhsilin dünyəviliyi
təhsil dinin və dini müəssisələrin təsirindən azaddır (dini təhsil müəssisələri istisna olmaqla);
təhsil alanların dini mənsubiyyəti nəzərə alınmır;
təbiət, cəmiyyət və təfəkkür haqqında obyektiv, real, sübut olunmuş elmi nəticələrə əsaslanan biliklər verilir;
elmi dünyagörüşü formalaşdırılır.
Təhsilin fasiləsizliyi
mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bütün səviyyələrinin əldə edilməsi imkanı;
təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin olması;
təhsilin insanın bütün həyatı boyu ardıcıl davam etməsi.
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri
Humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qarşı hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması.
- Demokratiklik - təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması.
- Bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması;
- Millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;
- Keyfıyyətlilik - təhsilin mövcud standartlara, normalara, sosial iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
- Səmərəlilik - təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili;
- Fasiləsizlik, vəhdətlik, daimilik - mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi;
- Varislik - təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi;
- Liberallaşma - təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
- İnteqrasiya - milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı
Dostları ilə paylaş: |