“İnsanlar öz qardaşları ilə bərabər qüvvətlidirlər”. Atalar əbəs yerə «Güc birlikdədir”, “Tək əldən səs çıxmaz”, “Güc bir olsa, zərbi kərən sındırar, el bir olsa, dağ oynadar yerindən”, “Birlik harada, dirilik orada”, “E1 giıcü, sel gücü” deməmişlər. Düzgün ailə tərbiyəsi görmüş uşaqların hər biri azca böyüyən kimi valideynin köməkçisi, ailənin qoruyucusu, müdafıəçisi, gəlir gətirəni, əməkçisinə çevrilir ki, bu da ailənin və həm də gələcəkdə bütöv bir xalqın mövcudluğu deməkdir.
Azuşaqlı ailələr üçün xarakterik cəhət odur ki, bu şəraitdə böyüyən, tərbiyə olunan uşaqlar öz qardaş və bacılarına qulluq etmək vərdişlərindən məhrumdurlar. Öz balaca bacı və qardaşlarına qulluq edən, onların qayğısını çəkən uşaqlar gələcək valideynlik imkanları üçün də praktik vərdişlərə yiyələnirlər. Qardaş və bacılarını digər uşaqlardan müdafıə edən uşaqlarda, Vətəninin, xalqının, millətinin, özününkü olanın, sahib olduğu hər şeyin qoruyucusu, müdafiəçisi olmağın ilkin əsasları qoyulmuş olur. Özündən böyüklərə hörmət, kiçiklərə qayğı vərdişləri xalqın milli siması üçün xarakterik olan əxlaqi keyfıyyətlərin formalaşmasının əsasını qoymuş olardı və s.
Ailə qurmağın, toy məclisləri təşkil etməyin yeni – kosmopolit ənənlərinin yaranması. Bu amilin səbəbləri adət-ənənələrin idarə olunmamasından, onlara ciddi xalq nəzarətinin zəifləməsindən yaranır. Özünə həyat yoldaşı seçməkdə güya tam sərbəstliyin üstünlüyü, ailə qurmağın əsasında qarşılıqlı sevginin, psixoloji uyğunluğun deyil, maddi durumun, iqtisadi təmənnanın durması, israfçılıqla, ifratla, əxlaqi yaraşmazlıqlarla dolu olan toy məclisləri bu səbəblərin heç də tam olmayan siyahısına daxildir.
Yeni qurulmuş ailənin valideynlərdən çox tez ayrılaraq müstəqil həyat sürmələri. İlk baxışda belə görünə bilər ki, bu amili sosial mənfilik kimi göstərmək düzgün deyildir. Gənclər müstəqil həyata nə qədər tez başlasalar, erkən alışsalar, yaxşıdır. Həyatın bütün digər sahələri üçün erkən müstəqillik tezisi doğru ola bilər, ailə həyatı üçün isə yox. Fikrimizi əsaslandıra biləcək çoxsaylı dəlillərdən yalnız biri üzərində dayanmaq istəyirik. Ailə - cəmiyyətin, aid olduğu xalqın, millətin bütün etnik xüsusıyyətlərini özündə daşımalı olan (və genetik xüsusiyyətləri baxımından onsuz da daşıyan) kiçik bir hissəsi, özəyidir. Azərbaycanlı ailəsinin xarakterik xüsusiyyətlərindən biri, həm də uşaqların baba-nənə təcrübəsi ilə əhatə olunmasıdır. Yeni qurulmuş cavan ailədə böyüyən uşaqlar (əgər ailə erkən müstəqilliyə atılırsa) əsrlər boyu qazanılmış xəlqi bilikləri, adət-ənənələri, dini görüşləri, mənsub olduğu soyun xüsusiyyətlərini, keyfiyyətlərini özündə yaşadan təbii tərbiyəçilərdən - nəvələrinə sonsuz məhəbbət, sevgi göstərə biləcək baba-nənələrdən məhrum edilir. Onların yerini, ən yaxşı halda, başqa xüsusiyyətli soydan olan tərbiyəçilər, sevgiylə deyil, maddi təminatla uşaqlara bağlanan dayələr, xalqımızın milli siması ilə qətiyyən uyğun gəlməyən verilişlərin dolu olduğu tele şoular və s. tutur.
Qaçqınlıq, məcburi köçkünlük. urbanizasiya. Bu amil nə qədər ürəkağrı- dıcı olsa da həqiqətdir və çox böyük bəladır. Qaçqın və məcburi köçkün ailələrinin sosial durumu, psixoloji mühiti xüsusi öyrənilməli, hər cür fövqəladə hadisə kimi, cəmiyyət, xüsusilə də pedaqoji ictimaiyyət buna hazır olmalıdır.
Keçid dövrünün diktə etdiyi labüd sosial hadisələrdən biri də ölkə əhalisinin əksər hissəsinin şəhərlərdə, xüsusilə də paytaxtda cəmlənməsidir. Rayon yerində, kəndlərdə davranış normalarını pozanın kimin uşağı olduğu, hansı ailədən çıxdığı tez bəlli olur. Ona görə də bir tərəfdən valideynlər tanındıqlarından uşaqlar üzərində mütəmadi nəzarət edir, digər tərəfdən isə uşaqlar valideynlərinə elin tənəsini gətirmək istəmədiklərindən hərəkətlərini mümkün qədər əxlaqi çərçivədə saxlamağa çalışırlar. Bundan başqa, kəndin, rayonun əhalisi bir-birini, qismən də olsa, tanıyır. Yəni uşaqlara ictimaiyyətin nəzarəti də mövcuddur. Şəhərdə isə vəziyyət tamam başqa cürdür. Yaşlı əhali ilə böyüyən nəsli bu baxımdan heç nə bağlamır. Uşaqlar da, böyüklər də münasibətlərində bir-birinə biganədirlər. Digər tərəfdən də, şəhərə gəlmiş kəndli ailəsi düşdüyü mühitə hələ tam uyğunlaşmayıb və o, artıq kəndli ailəsi də deyil. Nəticədə ailə tərbiyəsində nizamsızlıq, çatışmazlıq labüddür.
Nəzarətsiz televiziya verilişləri. Əslində müasir həyatda tərbiyə işinə mənfi təsir göstərən ən qorxulu vasitə pedaqoji nəzarətdən, tamamilə təcrid olunmuş televiziya verilişləridir. Kütləvi informasiya vasitələri üzərində senzuranın ləğvindən sonra, bu sahədə də demokratiyanın anarxiya kimi başa düşülməsinə şərait yarandı, səviyyəsiz, milli əxlaqımıza yabançı mövzular, verilişlər, şoular, filmlər meydana gəldi. Müxtəlif telekanallar açıldı, müasir texniki vasitələrin köməyi ilə dünyanın istənilən ölkəsinin çox müxtəlif məqsədlərlə yayımlanan telekanallarına baxmaq imkanı yarandı. Bütün bunlar hər gün vaxtının çoxunu ekran qarşısında keçirməkdən başqa məşğuliyyəti olmayan insanların tərbiyəsinə mənfı təsir göstərməyə bilməz. Yad təsirlərdən mümkün qədər uzaq olmağı, uşaqlarını öz soyuna uyğun ruhda tərbiyə etməyi üstün tutan ailə belə, özü də bilmədən televiziya vasitəsilə zərərli təsirləri evinə, ocağına dəvət etmiş olur.
Yüksək ixtisas səviyyəsinə malik telejurnalistlərin azlığından, insanların populyarlığa, yüngül, tez, asan, düşünülmədən qavranılana daha tez meyl etmə psixologiyasından istifadə edən telekanallar ekranı necə gəldi verilişlərlə doldurarkən milli ruhu, milli şüuru formalaşdırmaq kriteriyasına təsadüfdən-təsadüfə müraciət etməyə məcburdurlar. İstənilən telekanalın (hələ biz əcnəbi kanalları demirik) bir günlük proqramını nəzərdən keçirsək, milli tərbiyə sisteminin, eləcə də bu sistemin ən zəruri həlqəsi olan ailə tərbiyəsinin kəskin sarsıntılar keçirməsində televiziyanın oynadığı rolu aydın dərk edə bilərik.
7. Xalq pedaqogikası ənənələrinin getdikcə daha çox unudulması. O, pedaqogika ki, uşağın tərbiyəsinə hələ ana bətnində ikən başlamağı, uşağın yaşından asılı olmayaraq valideynin ömrünün sonunadək onu (uşağı) nəzarətdə saxlamasını zəruri sayır.
Ailə tərbiyəsinin səmərəliliyinə mane olan bu sosial mənfılik amillərinin hər biri xüsusi tədqiqat obyekti kimi pedaqoji ictimaiyyətin nəzər diqqətindən kənarda qalmamalıdır. Burada onu deməklə kifayətlənirik ki, vəziyyətdən çıxmaq, müasir ailə tərbiyəsini milli ruhda, cəmiyyətin, xalqın mənafeyi istiqamətində qurmaq üçün ölkə miqyasında, həm də dövlət səviyyəsində ardıcıl işlər görülməlidir.
XVIII MÖVZU
MƏKTƏBDƏ METODİKİ İŞ. MƏKTƏB SƏNƏDLƏRİ
Pedaqoji Şuranın işinin məzmunu və metodu. Məktəbdə metodiki iş sahələrindən biri Pedaqoji Şuranın fəaliyyətini qaydaya salmaqdır.
Pedaqoji Şura üç nəfərdən artıq müəllimi olan bütün məktəblərdə təşkil olunur. O, təlim-tərbiyə prosesinin əsas məsələlərinə baxan, daimi fəaliyyət göstərən orqandır. Pedaqoji Şuranın tərkibinə məktəbin direktoru (sədr), onun müavinləri, müəllimlər, tərbiyəçilər, kitabxanaçı, həkim, valideynlər komitəsi şurasının sədrləri daxil edilir.
Pedaqoji Şuranın hazırlanması və keçirilməsini dörd mərhələyə ayırmaq olar:
İl ərzində Pedaqoji Şuranın çağırılmasının planlaşdırlması;
konkret olaraq çağırılacaq Pedaqoji Şuranın qabaqcadan hazırlanması;
Pedaqoji Şuranın bilavasitə keçirilməsi;
Pedaqoji Şuranın qərarlarının yerinə yetirilməsi üzrə iş.
Pedaqoji Şuranın işinin planlaşdırlması. Bir qayda olaraq Pedaqoji Şura ildə beş dəfə - rübdə bir dəfə və tədris ilinin sonunda toplanır. Beşinci Pedaqoji Şura üç iclasda aparılır. Birinci pedaqoji Şura yeni dərs ilinə qədər-avqustun axırında toplanır. O, bir qayda olaraq məktəbin illik iş planının təsdiqini, məktəb direktorunun keçmiş dərs ilində görülmüş işlərinin təhlili və yeni dərs ilində görülmüş işlərinin təhlili və yeni dərs ilində vəzifələr barədə məruzəsini müzakirə edir. Sonrakı Pedaqoji Şuralar təlim və tərbiyənin əsas məsələlərini müzakirə edərək vəzifələr və tövsiyyələr müəyyən edir.
Fənn metodbirləşmələri. Məktəb həyatında ən mühüm həlqələrdən biri də fənn metodbirləşmələridir. Məktəblərdə metodik işlərin iki-fərdi və kollektiv formaları geniş yayılmışdır. Fərdi iş formalarına qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, pedaqoji ədəbiyyatların mütaliəsi, elmi-praktik konfranslarda, ixtisasartırma kurslarında iştirak etmək, metodiki mövzularda məruzə hazırlamaq və s. daxildir. Metodiki işin kollektiv formasına sinif metodbirləşmələri, sinif rəhbərinin, fənn komissiyalarında müəllimlərin birləşməsi və s. aiddir.
Ibtidai sinifdə ən azı üç nəfər müəllim olduqda siniflər üzrə sinif metodbirləşmələri yaradılır, üç nəfərdən az olduqda I-IV siniflər üçün bir metodbirləşmə təşkil olunur.
V-XI siniflərdə fənn metodbirləşmələri, komissiyaları ixtisasca eyni olan müəllimləri əhatə edir. Eyni fəndən müəllimin sayı üç nəfərdən az olduqda metodbirləşmə ixtisasca yaxın olan müəllimləri birləşdirir. Məsələn, fizika-riyaziyyat, dil-ədəbiyyat və s.
Metodbirləşmənin hər birinin tərkibi maksimum 3-5 müəllimdən ibarət olur. Məqəsəduyğun olaraq metodbirləşmələr böyük məktəblərdə və ya 2-3 məktəbin müəllimlərini birləşdirən yerlərdə də yaradıla bilər. Metodbirləşmənin mahiyyətini aydınlaşdıraq. Metodbirləşmələrdə təkcə kiçik məsələlər, yəni ayrı-ayrı mövzuların aydınlaşdırılması deyil, daha iri, aktual məsələlərə də baxılmalıdır. Məsələn, tədris olunan elm sahəsində yeni tədqiqatların yekunları ilə tanış olmaq, işin metodiki priyomları, təlimin texniki vasitələrinin öyrənilməsi, müəllimlərin öz fəaliyyətlərinin nəticələri barədə məruzə və məlumatların dinlənilməsi və s. müzakirə olunmalıdır. Metodiki formalardan biri də elmi-nəzəri konfransların və pedaqoji oxunun keçirilməsidir. Çox məktəblərdə il ərzində bir dəfə belə tərbirlər həyata keçirilir. Burada müəllimlər qabaqcıl təcrübə ilə tanış olur, fikir mübadiləsi aparılır, konfransa əvvəlcədən hazırlaşırlar.
Məktəbdə metodiki işin bir qolu da qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, onun praktikada tətbiq edilməsinin təşkilidir. Bu işdə məktəbin rəhbəri başlıca rol oynayır.
Qabaqcıl pedaqoji təcrübəni öyrənməklə yanaşı, məktəbin direktoru onu yaymağı bacarmalıdır. Qabaqcıl pedaqoji təcrübəni yaymağın aşağıdakı metodları vardır:
Birinci, şifahi təbliğat: qabaqcıl təcrübəni öyrənmiş müəllimin və ya hər hansı şəxsin metodbirləşmələrdə, pedaqoji şuralarda, seminarlarda, konfranslarda, pedaqoji qiraətlərdə çıxışlarını təşkil etmək.
Ikincisi, qabaqcıl təcrübənin ən təsirli və səmərəli yayılma metodu dərslərdə və sinifdənxaric tədbirlərdə iştirak etməkdən, planlarla, icmallarla, didaktik materiallarla, müəllimin və şagirdlərin dəftərləri və digər növ işləri ilə tanış olmaq yolu ilə qabaqcıl təcrübəni nümayiş etdirmək.
Üçüncüsü, qabaqcıl təcrübənin yayılmasının metodlarından biri də əyani təbliğatdır. Yəni daim fəaliyyət göstərən sərgilərin, metodik güşələrinin və s. təşkilidir.
Məktəbdaxili nəzarət sistemi. Təlim-tərbiyə prosesinin keyfiyyətini yüksəltməyin ən mühüm şərtlərindən biri də məktəbdaxili nəzarətin düzgün təşkil edilməsidir.
Nəzarəti həyata keçirməklə məktəbin rəhbərləri tədrisin, tərbiyə işinin, proqramın həyata keçirilməsinin, biliklərin səviyyəsinin, şagirdlərin inkişafının və tərbiyəliliyinin, müəllimlərin fərdi pedaqoji ustalığının vəziyyətini öyrənir və onun əsasında təlim-tərbiyə prosesinə rəhbərliyin səmərəliliyini təmin edirlər.
Pedaqoji nəzarət işdə nöqsanlar axtarmaq deyil, müəllimlərin ixtisasını artırmaq, onların xüsusi biliklərini və pedaqoji ustalığını təkmilləşdirməkdir. Elmi əsaslarla rəhbərliyin mahiyyəti bundan ibarətdir.
Pedaqoji nəzarət sistemi müəyyən didaktik tələblərə arxalanır. Müasir tədqiqatçılar aşağıdakı didaktik tələblərin olduğunu göstərirlər.
Birincisi, nəzaərtin məzmunu proqramın tələblərinə müvafiq olmalıdır. Tələbələr azaldılarsa, təhsilin səviyyəsi aşağı düşər, tələblər artırılarsa şagirdlərin çox yüklənməsinə gətirib çıxarar.
Ikincisi, alınmış məlumatın məzmununun obyektivliyi, səlisliyi.
Üçüncüsü, şagirdlərin hazırlığının əsas cəhətlərinin təhlinin zəruriliyi.
Dördüncüsü, nəzarətin aşkarlığı, çevikliyi və sistematik olması.
Beşincisi, fərdi və kollektiv nəzarət formalarının uyğunlaşdırılması.
Nəzarət iki cür aparılır: ümumi və tematik nəzarət. Ümumi nəzarətdə müəllim və şagirdlərin iş sisteminin əsas cəhətləri öyrənilir. Tematik nəzarətdə hər hansı prosesin bir problemi öyrənilir.
Pedaqoji nəzarətin səmərəliliyinin aşağıdakı şərtləri vardır:
Məktəbdə işlərin vəziyyəti barədə vaxtında və dəqiq məlumat
Müəllimlərin işgüzar və peşə keyfiyyətlərini, onların iş üslubunu, hazırlıq səviyyəsini, nöqsanlarını və dəyərini öyrənmək.
Nəzaərtin təsirliliyi – ehtiyacı olanlara kömək etmək, bütün təlim-tərbiyə prosesini təkmilləşdirmək məqsədilə qabaqcıl təcrübəni, yaxşı nümunəvi işləri yaymaq.
Yoxlayıcıların yüksək mədəniyyəti, səriştəliliyi, obyektivliyi, konkret iş şəraitinin tələblərinə müvafiq olması.
Məktəbin mülkiyyəti və maliyyələşdirilməsi. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununda göstərildiyi kimi, təhsil fəaliyyətini təmin etmək məqsədilə təhsil müəssisələrinə torpaq, bina, əmlak, qurğu, avadanlıq, istehlak, sosial, mədəni və digər təyinatlı obyektlər təhkim olunur. Torpaq sahələri təhsil məqsədlərinə müddətsiz, əvəzsiz istifadə üçün ayrılır. Təhsil müəssisəsi ona təhkim olunmuş mülkiyyətin qorunması və ondan səmərəli istifadə edilməsi üçün mülkiyyətçinin qarşısında məsuliyyət daşıyır.
Hüquqi və fiziki şəxslər tərəfindən təhsil müəssisəsinə bağışlanmış, ianə kimi verilməsi vəsiyyət olunan pul, əmlak və digər vəsait, habelə təhsil müəssisəsinin xüsusi fəaliyyəti nəticəsində əldə edilən gəlirlər təhsil müəssisəsinin mülkiyyəti hesab olunur.
Yeni şəraitdə də dövlət təhsil müəssisəsinin əsas maliyyə mənbəyi dövlət büdcəsidir. O, tədris, istehsal və digər xidmətlər müqabilində əldə etdiyi gəlir, hüquqi şəxslərin ayırmaları, fiziki şəxslərin yardımı vasitəsi ilə də maliyyələşir.
Qeyri dövlət təhsil müəssisəsinin maliyyələşdirmə mənbələri büdcə vəsaitləri istisna olmaqla dövlət təhsil müəssisəsinin maliyyələşdirmə mənbələri ilə eynidir.
Təhsil sistemi xarici investisiyalar hesabına da maliyyələşdirilə bilər.
Təhsil müəssisəsi qanunvericiliklə müəyyənləşdirilmiş qayda da öz nizamnaməsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə də məşğul ola bilər.
Məktəbi və müəllimlər otağını qaydaya salma. Məktəbin qaydaya salınması da pedaqoji işdir. Məktəbdə divarları, dəhlizləri, sinifləri müəllimlər otağını bürüyən stendlərdən imtina etmək lazımdır. Sosialoqlar belə qənaətə gəlmişlər ki, çoxlu rəsmlər, rəqəmlər, cədvəllər, təşviqat materialları müəllim və şagirdləri bezikdirir. Heç kim o materiallara nə baxır, nə də onları oxuyur. Bir sıra məktəblər bunlardan istifadədən qaçırlar. Onlar yubileylər, tarixi hadisələrlə əlaqədar stendlər düzəldirlər. Təcrübə göstərir ki, bu daha səmərəli və təsirlidir.
Məktəb sənədləri
Ümumtəhsil məktəblərinə rəhbərlik və nəzarət sistemində məktəb sənədləri böyük rol oynayır. Sənədlər hər bir məktəbdə təlim-tərbiyə işlərinin necə qurulduğunu göstərən ən əsas məlumat mənbəyidir. Ümumtəhsil məktəbinin üzərinə düşən vəzifələri necə yerinə yetirdiyi, məktəb işinin nəticələri məktəb işlərinin planlaşdırılması, tədris-pedaqoji hesabatın aparılması, ilkin mühasibat uçotunun təşkili, təsərrüfat tədbirlərinin həyata keçirilməsi, statistik hesabatın tutulması və s-yə aid xüsusi sənədlərdə öz əksini tapır. Ümumtəhsil məktəblərinə rəhbərliyin keyfiyyətinin yüksəldilməsi ən çox işin yaxşı planlaşdırılmasından, ilkin informasiyanın, uçot məlumatlarının vaxtında əldə edilməsindən, onların dürüstlüyü və tutuşdurulmasından sənədlərin yüksək səviyyədə hazırlanmasından asılıdır. Məktəb sənədlərinin siyahısı, onların yerinə yetirmə qaydaları tərəfindən təsdiq olunmuş təlimata əsasən müəyyən edilir.
Həmçinin məktəb sənədlərinin harada və nə müddətə saxlanılmasına dair Təlimat da mövcuddur. Sənədlərin saxlanılma müddəti onların üzərindəki şərti göstəricilərlə müəyyən edilir. Məsələn: daimi-həmişəlik saxlanmaya, 5il-müddətli saxlanmaya EYK-həmin sənədin arxivdəki ekspert yoxlama komissiyanın qərarına əsasən ləğv edilə biləcəyinə işarədir. Sənədləri saxlamaq və məhv etmək üçün üç nəfərdən az olmayaraq ekspert komissiyası yaradılır və məktəb direktoru tərəfindən təsdiq edilir.
Məktəb sənədləri dəqiq, aydın, vaxtında yazılmalı, düzəlişlərə yer verilməməlidir. Səhv yazılmış rəqəm və ya məlumatın üzərindən elə xətt çəkilir ki, o oxuna bilsin; sonra yuxarıda düzgün olan yazılış və təsdiq olunur.
Tədris-pedaqoji sənədlər
Təyinatına görə tədris-pedaqoji sənədləri üç qrupa bölmək olar: məktəb işlərinin planlaşdırılmasına aid sənədlər, şagirdlərin şəxsi heyyəti və tədris-pedaqoji uçota dair sənədlər və pedaqoji kollektivin fəaliyyətinə rəhbərliyə aid sənədlər. planlaşdırmaya dair sənədlərdən əvvəllərdə bəhs edilmişdir.
Şagirdlərin şəxsi heyəti və tədris pedaqoji hesabata aid sənədlər
Ümumi təhsillə əhatə olunan uşaq və yeniyetmələrin siyahısı və siyahı nüsxələri
Şagirdlərin əlifba qeydiyyatı kitabı.
Şagirdlərin şəxsi işi
Sinif jurnalları
Fakültətiv məşğələlərin jurnalları
Günüuzaldılmış rupların jurnalları
Blankların və orta təhsil haqda attestatların verilməsinin uçotu kitabı
Blankların və əsas məktəbi bitirmək haqda şəhadətnamələrin verilməsinin uçotu haqqında kitab.
Fəxri fərmanlar və fərqlənmələrin verilməsinin uçotu haqda kitab.
Buraxılmış və əvəzedilmiş dərslərin uçotu jurnalı və s.
Siyahıda göstərilən 2,7,8,9 nömrəli sənədlər direktorlar əvəz edildiyi zaman mütləq aktla təhvil verilir. Akta keçmiş və yeni direktorlar, həmçinin təhvildə iştirak edən təhsil şöbəsinin iştirakçısı imza edir. Akt məktəbdə “daimi” qeydiyyatı ilə saxlanılır.
Hər bir məktəbdə məktəbyaşlı uşaq və yeniyetmələrin uçotu və hərəkəti barədə (5-6 yaşlardan orta təhsil alanadək) sənədləşdirmə işi aparılmalıdır. Bu sənədlər məktəbin əhatə etdiyi ərazidə yaşayıb, növbəti dərs ilində məktəbə gedəcək 5-6 yaşlı uşaqların siyahı nüsxələrindən ibarətdir. Rayon-şəhər icra hakimiyyətləri hər il (avqustun 20-dək) cari ildə altı yaşı tamam olan uşaqların siyahısını təsdiq edib məktəb direktorlarına təqdim edir. Siyahıda uşaqların anadan olduqlarl il, ay və gün göstərilməlidir. Siyahının birinci nüsxəsi həmin uşaqlar təhsillərini tam başa vuranadək icra hakimiyyətində saxlanılır.
Məktəbdə həmçinin orta təhsil almayan və heç bir yerdə oxumayan uşaqların da siyahısı olmalıdır.
Hər bir məktəbdə şagirdlərin qeydiyyatının əlifba kitabı olur (50 il EYK). Bu kitaba məktəbin bütün şagirdlərinin adı yazılır. Hər il yeni qəbul edilmiş uşaqların siyahısı əlavə edilir. Şagirdlərin adları oxuduqları siniflərdən asılı olmayaraq əlifba siyahısı ilə yazılır. Hər əlifba hərfinə ayrıca səhifə ayrılır və hər hərfin öz sıra nömrələnməsi olur.
O şagird əlifba sırasından çıxarılmış hesab edilir ki, yaşayış yerini dəyişdiyindən, başqa məktəbə keçdiyindən, məktəbi bitirdiyindən və ya məktəbdən xaric edildiyindən məktəbə gəlmir. Təlim məşğələlərini müvəqqəti davam etməmək əlifba kitabında qeyd olunur.
Şagirdin xaric edilməsi, səbəbi göstərilməklə direktorun əmri ilə olur.
Həmin vaxt əlifba kitabına əmrin nömrəsi tarixi və xüsusi qrafada xaric edilmə səbəbi yazılır. Əgər xaric olunmuş şagird yenidən məktəbə qayıdırsa, onun haqqındakı məlumat yeni qəbul edilmiş kimi yazılır; tarix yazılarkən qayıdış qeydi də qoyulur.
Hər hansı hərfə ayrılmış bütün səhifələr dolmuşsa, yeni kitab götürülür və sıra nömrəsi davam etdirilir. Kitab səhifələnir, iplə bağlanır və direktor imza edib, möhür vurur.
Hər bir məktəbdə hər bir şagirdin məktəbə daxil olduğu gündən məktəbi bitirənə qədər şəxsi işi olur. Şəxsi işdə şagird haqda ümumi məlumat, siniflər üzrə yekun qiymətləri və rəğbətləndirmələri yazılır X – XI sinif şagirdlərinin şəxsi işlərində IX sinfi bitirmək haqda şəhadətnamə də qoyulur və şagird orta məktəbi bitirdikdə attestatla yanaşı şəhadətnamə də verilir I – IV siniflərdə şəxsi işləri sinif müəllimi, V – XI siniflərdə sinif rəhbərləri aparır. Şəxsi işin nömrəsi əlifba kitabı ilə müəyyən edilir. (Məs., B/24. Yəni, şagird B hərfi olan səhifədə 24-cü qeyd olunub). Məktəbi bitirdikdən sonra şəxsi iş 3 il saxlanılır.
Sinif jurnalı (5 il). Jurnal illik olur. Sinif rəhbəri jurnalda hər fənnə səhifə ayırır. (Həftədə 1 saata – 2 səh., 2s. – 4 səh., 3s. – 5 səh., 4s. – 7 səh., 5s. – 8 səh., 6s. – 9 səh.)
Orta təhsil haqda attestatların verilməsi kitabı. Kitabın birinci hissəsində orta təhsil haqda attestat blanklarının sayı (nömrələri göstərilməklə alınan və verilmiş attestatlar) olur.
Kitabın ikinci hissəsində orta məktəbi bitirənlər haqqında məlumat olur. Kitabın ortasında məzunların ad, familiya və atasının adından əvvəl buraxılış ili yazılır. Uyğun qrafalarda attestat fənlərinin qiymətləri yazılır, əxlaq qiyməti, rəğbətləndirmə məlumatı, pedaqoji şuranın attestat verilməsi barədə qərarının tarixi ilə nömrəsi göstərilir; attestat alınması barədə şagirdin imzası qoyulur.
Pedaqoji kollektivin fəaliyyətinə rəhbərliyə dair sənədlər
Bu sənədlərə aiddir:
Pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı. (75 il. EYK).
Pedaqoji şuranın protokolları kitabı.
Məktəb üzrə əmrlər kitabı (75 il. EYK).
Statistik hesabat və kargüzarlıq sənədləri
İbtidai, ümumi, orta və tamorta məktəbin ... tədris ilinin əvvəlinə dair hesabatı (OŞ-1) hər il 17 sentyabradək TŞ və dövlət statistika müfəttişliyinə verilir.
... məktəbin ... tədris ilində təhsil müvəffəqiyyətinə dair hesabat (OŞ -2) TŞ-yə
... məktəbin ... tədris ilinə dair hesabatı (OŞ-3). Tədris ili qurtarandan 5 gün sonra TŞ-yə
20 ... ilin dekabrına olan vəziyyətin hesabatı (OŞ -6) TŞ və Statistikaya məktəbyanı internatı olanlar
... məktəbin bədən tərbiyəsinə aid hesabatı (OŞ -7) 3 yanvar TŞ və İdman Komitəsinə
X-XI siniflərdə əmək təliminə (1 oktyabradək) dair hesabat (OŞ -9) TŞ-yə.
XIX MÖVZU
MƏKTƏBİN İDARƏ OLUNMASI VƏ ONA RƏHBƏRLİK
Artıq hamıya aydındır ki, öz üzvlərinin firavan həyatını təmin etmək istəyən cəmiyyətin qarşısında duran bir nömrəli vəzifə ölkədə xalq təhsili işinin günün tələbləri səviyyəsində qurmaqdır. Xalq təlim – tərbiyyəsinin həyata keçirildiyi ictimai “emalatxana” isə məktəbdir. Ona görə də ümumiyyətlə xalq təhsilinin müvəffəqiyyətlə həyata keçirilməsi xeyli dərəcədə məktəb işinin səmərəli təşkilindən asılıdır.
Məktəb – təlim-tərbiyə müəssisəsidir. Hər bir müəssisə kimi, burada da fəaliyyət prosesinin səmərəli təşkili onun quruluşundan, ona rəhbərlikdən, məktəb orqanizminin hər bir üzvünün konkret vəzifələrinə düzgün münasibətindən asılıdır.
Məktəbin indiki mərhələsi, hər şeydən əvvəl təlim-tərbiyə prosesinə rəhbərliyin elmi səviyyəsinin yüksəldilməsini tələb edir. Bu tələb aşağıdakı yollarla həyata keçirilə bilər:
təlim-tərbiyə prosesi vəzifələrinin dəqiq müəyyən edilməsi və bunun hər bir məktəbin konkret şəraiti üçün nəzərə alınması;
məkətəbdə vəzifələrin səmərəli, dəqiq bölünməsi, adamların qabiliyyət, təcrübə və imkanlarından məqsədəuyğun isifadə edilməsi;
təlim-tərbiyə prosesinin intensivləşdirilməsi, daha səmərəli forma və metodlarının müəyyən edilməsi;
hər bir məktəb işçisinin vaxtdan səmərəli istifadə etməsi;
məktəbin maddi-texniki bazasından, maddi və maliyyə ehtiyatlarından düzgün və daha məqsədəmüvafiq istifadə edilməsi;
müəllim və şagirdlərin yüksək iş qabiliyyətinin təmin edilməsi, məktəbdə sağlam, yaradıcı mühit yaradılması;
məktəbin idarə edilməsinin elmi səviyyənin yüksəldilməsində obyektiv və vaxtında verilən informasiyanın olması vacibdir.
Məktəb direktoru xüsusi kitab və ya kartoteka vasitəsilə məktəb haqqında ən düzgün məlumatlara malik olmalıdır: pedaqoji kollektivin kəmiyyət və keyfiyyət tərkibi, tədris proqramları, dərslik, metodik vəsaitlər haqda, məktəbdə İKT haqda, siniflər və şagirdlərin sayı haqda, davamiyyət haqda; valideynlər, valideyn komitəsi haqda, dərnəklər, klublar haqda, çətin tərbiyə olunanlar haqda və s.
Məktəb rəhbərləri aşağıdakı vəzifələrin həyata keçirilməsinə diqqət yetirməlidirlər:
Ümumiyyətlə pedaqoji kollektivin və ayrıca hər bir məktəb işcisinin, eyni zamanda özünün fəaliyyətinin elmi təhlili.
Planlaşdırma və proqnozlaşdırma.
Kollektivin işinin təşkili (dəqiq vəzifə bölgüsü, məktəb işçilərinin təlim-tərbiyəsi).
Şəxsi pedaqoji fəaliyyət.
Təlim-tərbiyə prosesinə rəhbərlik və ona nəzarət.
İnzibati – təsərrüfat və ictimai fəaliyyət.
Məktəbin müvəffəqiyyətlə fəaliyyət göstərməsi üçün onun funksiya və vəzifələrinin düzgün müəyyən edilməsi vacibdir.
Məktəb direktoru. Məktəbin bütün fəaliyyətinə rəhbərlik edir, şagirdlərlə təlim-tərbiyə işinin keyfiyyəti və təşkili üçün, onların sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafı üçün, həmçinin məktəbin təsərrüfat-maliyyə fəaliyyəti üçün məsuliyyət daşıyır.
Məktəb pedaqoji şurasının sədridir, pedaqoji kollektivin işinə rəhbərlik edir, kadrların düzgün seçilib yerləşdirilməsini təmin edir. O, biliklərin keyfiyyəti, şagirdlərin davranışı, bütün dərsdənkənar və məktəbdənkənar işlərə nəzarəti həyata keçirir, şagirdlərin peşəyönümlü işini təşkil edir.
Məktəb direktoru, təxminən bu cür keyfiyyətlərə malik olmalıdır:
uşaqları sevir və onlara hörmət edir;
pedaqoq kimi liderdir və özünə bərabər heç bir pedaqoq – liderdən çəkinmir;
alicənablıq, düzlük, obyektivlik, paxılılıq və kinlilik xüsusiyyətlərinin olmaması;
əla metodist, yaxşı məsləhətçi olmalıdır;
uşaqların və yaşlı adamların fikrini incimədən dinləyə bilir;
əvvəlcə özünə, sonra isə başqalarına qarşı tələbkardır; hövsələlidir;
incə psixoloqdur; özünü müəllimin və ya şagirdin yerində hiss edə bilir;
səhvlərini etiraf edir və düzəltmək yollarını bilir.
Təlim-tərbiyə işləri üzrə direktor müavini. Məktəbdə olan siniflərin sayına görə direktor müavinləri müəyyən edilir. Əgər siniflərin sayı 22-yə qədərdirsə, bir, 23-29-dursa, 1,5, 30-dan yuxarıdırsa 2 ştat direktor müavini təyin olunur.
Təlim-tərbiyə işləri üzrə direktor müavini ən azı üç il pedaqoji ştata malik, ali təhsilli, ən yaxşı müəllimlərdən seçilir. Təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbdə təlim-tərbiyə işlərinin düzgün təşkilinə, tədris proqramlarının yerinə yetirilməsinə cavabdehdir; təlim-tərbiyə işlərinin qoyuluşuna, şagirdlərin mənimsəmə və davranışına nəzarət edir; məktəb pedaqoji işcilərini təlimatlandırır, şagirdlərin tədris yükünü nizamlayır, dərs cədvəli tutur və təlim-tərbiyə işlərinin vəziyyəti barədə hesabat hazırlayır. Əgər direktor müavini ikidirsə, direktor onlar arasında vəzifə bölgüsü aparır.
Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı. 1967 – 1968 – ci tədris ilindən məktəblərimizdə belə bir vəzifə təsis edilmişdir. Təşkilatçı dərsdənkənar və məktəbdənkənar işləri təşkil edir və aparır, şagirdlərin ictimai – faydalı əməyini təşkil edir, sinif rəhbərləri, tərbiyəçilər və digər pedaqoji işçiləri təlimatlandırır.
Bundan başqa, məktəbdə təsərrüfat işləri üzrə direktor müavini, hərbi rəhbər, kitabxanaçı, katib, kabinə rəhbəri, laborant, emalatxana və tədris-tərbiyə sahəsi rəhbəri vəzifələri də vardır.
Məktəb işinin planlaşdırılması
Ümumtəhsil məktəblərində belə bir planlaşdırma sistemi ola bilər.
Məktəbin perspektiv (5-illik) iş planı
Məktəbin birillik iş planı
Müəllimlərin təlim-tərbiyə işləri planları (təqvim-tematik planları, sinifə rəhbərliyin iş planları və s.)
Metod birləşmələrinin iş planı
Şagirdlərin əmək birləşmələrinin iş planları
Şagird təşkilatlarının iş planları. Məktəb dərnəklərinin iş planı və cədvəli
Məktəb kitabxanasının iş planı
Məktəb valideyn komitəsinin iş planı
Perspektiv planın quruluşu
Giriş. Əvvəlki beşilliyin yekunları, əsas məqsəd və vəzifələr
Uşaqların ümumi təhsillə əhatəsi. Siniflər üzrə şagird kontingenti, qəbul və buraxılışı
Pedaqoji kadrlar və onlarla iş (kadra ehtiyac, ixtisasartırma)
Təlim-tərbiyənin təkmilləşdirilməsi, şagirdlərin əməyə hazırlanması
Məktəbin tədris-maddi bazasının möhkəmləndirilməsi
Validetnlərlə iş
Nəzarət və rəhbərlik (müəllimlərin sinif rəhbərliyinin, tərbiyəçilərin iş sisteminin öyrənilməsi, pedaqoji şuranın mexaniki işi və s.)
XX MÖVZU
PEDAQOJİ PEŞƏNİN XÜSUSİYYƏTLƏRİ
Plan
Müəllimin hüquq və vəzifələri
Pedaqoji bacarıqlar
Müəllimin pedaqoji ustalığı
Müəllimin pedaqoji keyfiyyətləri
Müəllim - xüsusi pedaqoji təhsil alıb, gənc nəslin həyata hazırlanması sahəsində peşəkar fəaliyyətlə məşğul olan şəxsir
Müəllimin hüquqları bunlardır:
normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq;
təhsil prosesinin təşkili və idarə olunmasında iştirak etmək;
tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;
şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
məktəbdə vəzifə tutmaq, müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;
ixtisasını artırmaq , staj keçmək, yeni ixtisas almaq;
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
Müəllimin vəzifələrinə aşağıdakılar daxildir:
təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və fəaliyyətinə hazırlamaq;
şəxsi nümunəsilə şagirdlərdə Azərbaycan Respubilkasının müstəqilliyinə, Konstitusiyasina və qanunlarına, dövlət rəmzlərinə,Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dininə, adət-ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
şagirdlərin şərəf və ləyaqətinə hörmət etmək;
uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;
ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək,əlavə məşğələlər dərsdənkənar və məktəbdənkənar tədbirlər keçirmək;
qanunvericiliklə müəyyənedilmiş qaydada attestasiyadan keçmək;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
Bu vəzifələrin öhdəsindən gəlmək üçün hər bir ibtidai sinif müəllimi pedaqoji bacarıqlara mükəmməl yiyələnməlidir.
Pedaqoji bacarıqlar
Qnostik bacarıqların köməyi ilə müəllim uşaqların yaş, fərdi xüsusiyyətlərini, şəxsi keyfiyyətlərini, başqaları ilə qarşılıqlı münasibətlərini, həmçinin sinif kollektivinin formalaşma mərhələlərini və s. öyrənir.
Konstruktiv bacarıqlar vasitəsilə müəllim pedaqoji prosesi layihələşdirir.
Kommunikativ bacarıqlar uşaqlarla, onların valideynləri ilə müəllim yoldaşları ilə pedaqoji əlaqələri düzgün qurmağa kömək edir.
Təşkilatçılıq bacarıqlarının köməkliyi ilə müəllim öz pedaqoji fəliyyətini, təlim-tərbiyə işlərini səmərəli qurur.
Müəllimin pedaqoji ustalığı
Pedaqoji ustalıq - müəllimin yüksək mədəni görüşləri, biliyi, geniş dünyagörüşü, əxlaqi keyfiyətlərinin vəhdəti kimi təzahur edən pedaqoji qabiliyyətidir.
Pedaqoji ustalığın tərkib hissələrinə bunları daxil etmək olar;
şagirdləri fəallaşdırmaq, onların müstəqilliyini təmin etmək bacarığı;
uşaqlarda yüksək mənəvi keyfiyyətlərin tərbiyə edilməsi bacarığı;
mükəmməl pedaqoji texnika.
Pedaqoji texnika – pedaqoji prosesin səmərəliliyinitəmin etmək üçün müəllimin öz bilik, bacarıq və vərdişlərindən praktikada istifadə qabiliyyətlərinin kompleksidir. Pedaqoji texnikaya daxildir:
şagirdlərlə ünsiyyətin düzgün qurulması;
özünün və şagirdlərin diqqətini idarə edə bilmək;
şagirdin mənəvi durumunu öyrənmək;
pedaqoji prosesin tempini hiss etmək;
öyrədiləcək materiala, tərbiyə ediləcək keyfiyyətə, şagirdlərin əxlaqi davranışına münasibətini aydın ifadə edə bilmək;
pedaqoji prosesin gedişi zamanı müəlimin öz psixoloji vəziyyətini tənzimləməsi.
Pedaqoji prosesin gedişi zamanı müəllimin öz psixoloji vəziyyətini tənzimləməsi aşağıdakı məsələləri əhatə edir.
müəllimin fəaliyyətində aktyorluq əlamətləri;
müəllimin fəaliyyətində rejissorluq əlamətləri;
müəllimin emosionallığının təzahür formaları və xüsusiyyətləri;
emosionallığı idarə etməyin üsulları.
Müəllimin pedaqoji keyfiyyətləri
Hər bir müəllimin pedaqoji müvəffəqiyyəti onda aşağıdakı keyfiyyətlərin inkişaf səviyyəsindən asılıdır:
Peşəyə yararlılıq – uşaqlarla işləməyə psixoloji hazırlığı, peşə maraqları və qabiliyyətlərini, pedaqoji fəaliyyətə şəxsi münasibəti, pedaqoji ünsiyyət tərzini əhatə edir.
Empatiya – başqalarının emosiyanal vəziyyətini anlamaq, onun həyacanlarına həssaslıqla qayğı ilə yanaşmaqdır. Pedaqoji empatiya uşağın həyacanlarına, mənəvi - psixaloji vəziyyətinə həssaslıqla, xeyirxahlıqla, qayğı ilə yanaşmağı əhatə edir.
Pedaqoji takt – pedaqoji təsirlər zamanı müəyyən həddi gözləməyi bacarmaq, pedaqoji prosesin “ nəbzini tuta bilməkdir ”. Pedaqoqun müəyyən həddi hiss etməsi – sevgini və tələbkarlığı, xeyirxahlığı və iradları, inamı və nəzarəti, zarafat və cidiliyi düzgün əlaqələndirə bilməkdir.
Pedaqoji uzaqgörənlik – uşağın inkişafı üçün əhəmiyyətli olan məsələləri görə bilmək, perispektivləri, hər bir uşağın şəxsiyyətinin formalaşmasındakı dinamikanı müəyyən edə bilməkdir.
Pedaqoji optimizm – pedaqoji prosesə nikbinliklə yanaşmaq, hər bir uşağın inkişaf imkanlarına, gücünə inamaqdır.
Pedaqoji ünsiyyət mədəniyyəti – müəllimin şagirdlərlə, valideyinlərlə, həmkarları ilə eyni zamanda uşaqların uşaqlarla qarşılıqlı münasibətlərinin düzgün qurulmasını əhatə edir.
Pedaqoji refleksiya – müəllimin görülmüş işləri, alımış nəticələri və onların qarşıya qoyulmuş məqsədə müvafiqliyini təhlil etməsidir.