Kurs: II (əyani)



Yüklə 0,78 Mb.
səhifə6/9
tarix16.12.2023
ölçüsü0,78 Mb.
#181452
1   2   3   4   5   6   7   8   9
Pedaqogika-rus-d-2k

Öyüd-nəsihət. Əxlaqi şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar içərisində ən geniş yayılmış üsullardan biridir. Əslində üsulun adı “öyüd vermək” anlayışından götürülüb. Xalq arasında bəzən “öyüd” sözü “tərbiyə” anlayışının sinonimi kimi çıxış edir. “Yaxşı öyüd görüb”, “öyüd verəni halal adamdı” ifadələri də buna dəlalət edir. Digər baxımdan, “öyüd” əsl türk sözü olub, ərəbcədən alınmış «nəsihət» sözünə nisbətən aid olduğu məfhumu daha dəqiq ifadə edir.
Öyüd-nəsihət üsulunun əsas tətbiqi vasitələri bunlardır:

  • atalar sözləri;

  • ustadnamalər;

  • fərdi söhbətlər.

Öyüd-nəsihət üsulunun tətbiqi vasitələrindən biri ustandanəmələrdir. Əgər atalar sözləri gündəlik həyatda hər bir öyüd verən tərəfindən lazımi yerində işlədilə bilirsə, ustandamələr, əsasən, dastan söyləmələri və ya aşıq nəğmələrinin ifası zamanı istifadə edilir.
Atalar sözləri qısa, lakonik, yadda saxlanması asan olduğundan ondan hamı istifadə edir. Əsasən, üç bənddən ibarət olan ustandanəmələri isə hamı yadda saxlaya bilmir və buna görə də ondan istifadə atalar sözləri qədər geniş yayılmamışdır.
Ustadnamə” - ustadın, dünyagörmüş, təcrübəli, müdrik adamın öyüd-nəsihətidir. Onlar sırf pedaqoji xarakter daşıyır və davranış, dostluq, yoldaşlıq, təhsil, tərbiyə, ailə, əmək və s. məsələlər haqqında qiymətli keyfiyyətlər aşılayır:
Bu cür öyüdün tərbiyə üsulu kimi üstünlüyü ondadır ki, hadisənin mahiyyətini tərbiyə olunana dərk etdirir. Müəyyən hərəkəti edib-etməməyin niyə zəruri olduğunun səbəbi açıqlanır.
Bir az əvvəl deyildiyi kimi, ustadnamələr gündəlik həyatda az işlənən öyüd vasitəsidir. Xalq arasında öyüd-nəsihət daha çox fərdi münasibətlərdə, birbaşa, üz-üzə ünsiyyətdə verilirdi.
Fərdi şəkildə verilən öyüd-nəsihət insanın gündəlik həyatının bütün sahələrini əhatə edir. Əxlaqi, estetik, fiziki, əmək və s. tərbiyəvi keyfiyyətlər ən əvvəl xalq içərisində öyüd-nəsihətlərlə formalaşır. Məsələn,

  • elm və ağıl dövlətdən yüksəkdir; dövləti xərclədikcə azalır, elmi xərclədikcə artır. Ona görə də elmli və ağıllı olmağa çalış;

  • ağlını biliklə zənginləşdir, biliksiz ağıl paltarsız bədən kimidır;

  • öz biliyinə qürrələnmə, həmişə öyrənməyə çalış, nə qədər bilikli olsan da özünü bilməyən hesab et;

  • ağsaqqala, ağbirçəyə, səndən yaşlılara hörmət et, sən də qocalanda əvəzin görəsən;

  • sənə hörmət edənin qədrini bil;

  • iki şey ağıla xilafdır: danışmaq lazım olan yerdə susmaq, susmaq lazım olanda danışmaq; hər sözü lazım gələndə danışsan yaxşıdır;

  • çox bilən az danışar, az bildiyin halda çox danışma;

  • həmişə yaxşılarla yoldaş ol;

  • gizli və tamahkar adamla dostluq etmə;

  • yıxılanın əlindən yapış, qaldır;

  • zarafat dostluğu pozar, şit zarafatdan qaç;

  • əməyi itirmə, əməyi ancaq nadanlar itirər;

  • halal ye, malına haram qatma, haram mal bərəkətsiz olar;

  • nadanla öcəşmə; onu başa sala bilməzsən, ətrafdakılar səni də o səviyyədə hesab edər;

  • sözgəzdirən adamdan uzaq ol; şər onlardan doğur;

  • sağlamlığına fikir ver, bədəni sağlam olmayan heç bir əmələ yaramaz

  • hər işi vaxtında gör, çünki hər zamanın bir hökmü var... və s.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin