Xarakterin əlamətlərinin təsnifatı. Xarakterin əlamətləri aşağıdakı təsnifata ayrılır və şəxsiyyətin münasibətlərinin məzmunu və istiqamətlərinə görə müəyyən olunur.
Kollektivə və başqalarına qarşı münasibəti ifadə edən xarakter əlamətləri: kollektivçilik, doğruçuluq, kobudluq, qayğıkeşlik, tələbkarlıq və s.
Əməyə münasibəti ifadə edən xarakterlərin əlamətləri-əməksevərlik, tənbəllik, məsuliyyətlik.
İnsanın özünə qarşı münasibətini ifadə edən xarakter əlamətləri-təvazökarlılıq, lovğalıq, şöhrətpərəslik, sadəlövlük və s.
Əşyalara qarşı münasibətləri ifadə edən xarakter əlamətləri-səliqəlilik, qayğıkeşlik, pintilik və s.
Sadalanan təsnifatlar bir-birilə əlaqədardır. Məs: müəyyən olunmuşdur ki, özünə hörmət etməyən insan başqasına hörmət etmir. Xarakterlərin bütövlüyündən danışanda onun əlamətlərinin qarşılıqlı əlaqdə olması nəzərdə tutulur. Məs. səliqəli adam yalnız qarşı, yaxud, əşyalara qarşı səliqəli olmur, eyni zamanda digər adamlara qarşı da səlıiqəli münasibət ifadə edir. Xarakterin təzahürü bütövdür. Xarakterin sosialdır, sonradan formalaşır. İnsan özündə bu və ya digər xarakterin əlamətlərini məqsədyönlü tərbiyə edə bilər. Eyni zamanda ona mane ola bilən xarakterlər əlamətlərini xarakterlərindən uzaqlaşdıra da bilər.
Xarakterin formalaşması. Xarakter sosialdır və sonradan insanın həyatı boyu formalaşır. Xarakterin formalarında ilkin şərt kimi uşağın ətrafdakı insanlarla ünsiyyətlə girdiyi mühit qəbul olunur. Xarakterin formalaşması üçün ən senzitiv (həssas) dövr 2-3 yaşdan 9-10 yaşa qədərki dövr hesb olunur. Ona görə ki, uşaqlarla bu yaşda həmyaşıdları və ətrafdakı yaşlılarla daha çox və fəal ünsiyyətə girir. Bu yaşda onların ətrafdakıların təsirinə daha asan məruz qalırlar. Onlar ətrafdakılarla daha çox inanır, onlara sözlə təsir etmək daha asan olur. Uşaqların xarakterlərinin formalaşmasında yaşlıların 1-1 nə olan münasibətlərinin eləcədə onların uşağa olan münasibətlərinin rolu çox böyükdür.