Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim


Ailədaxili münaqişələr, böhranlar



Yüklə 136,29 Kb.
səhifə45/46
tarix15.12.2022
ölçüsü136,29 Kb.
#74903
1   ...   38   39   40   41   42   43   44   45   46
Şəxsiyyət-psixologiyası-II-kurs-TSPX

3. Ailədaxili münaqişələr, böhranlar onların aradan qaldırılması
Ailə canlı təsisatdır. О da dialektika qanunlarına tabedir. Bu mənada da söhbət heç də ailədə münaqişənin olub-olmaması haq­qında getmir. Münaqişəsiz ailə əslində yoxdur və ola da bilməz. Bu məsələnin düzgün başa düşmək üçün, birinci növbədə, münaqişənin mənəvi məzmununa diqqət yetirilməlidir. Münaqişə ailədə ünsiyyətin özünəməxsus cəhəti kimi meydana çıxır, ərin, yaxud arvadın öz mövqeyini dəqiqləşdirmək, həyat yoldaşına təsir etmək, hətta bəzən sadəcə olaraq özünütəsdiq meyllərinin ifadəsi kimi nəzərə çarpır.
Ailədə ər-arvad arasında ixtilaf doğuran səbəblərdən biri qısqanclıqdır. Həyatda elə şəxslər vardır ki, onlar təbiətən qısqancdırlar. Bəzən bu hiss belələrində heç bir əsas olmadan baş qaldırır və bunun üçün müəyyən bəhanə də lazım olmur. Səbəb onun daxili aləmində, təbiətindədir. Qısqanclıq üç şəkildə özünü büruzə verir:
a) kişi və ya qadın azca qısqanır, sonra yanıldığını başa düşüb peşmançılıq hissi keçirir, zəifliyinə təəssüflənir;
b) kişi və qadın sən dərəcə özündən çıxır, danışığına, hərəkətlərinə hədd qoymur;
c) kişi və qadın yalnız özünə təsəlli verməklə kifayətlənir.
Ailədə münaqişə şəraitini necə aradan qaldırmaq olar?
Mütəxəssislərin fıkrincə, bunun üçün ilk növbədə ər-arvad münasibətləri mədəniyyətini, nigah mədəniyyətini, bir sözlə, ailə mədəniyyətini yüksəltmək lazımdır.


  1. Ailədaxili ünsiyyət

İnsan həyatının çox mühüm hissəsi ailədə - həyat yoldaşı, uşaqlar və qohumlarla ünsiyyətdə keçir. Ailənin çoxcəhətli vəzifələri də ailə üzvlərinin ünsiyyəti formasında həyata keçirilir. Ailədə ünsiyyətin müxxəlif istiqamətləri fərqləndirilir. Ailə məişəti və ailə üzvlərinin normal həyat fəaliyyəti ilə bağlı olan bütün məsələlər ərin arvadla, ananın uşaqlarla, bacının qardaşla, nənənin nəvələri ilə ünsiyyəti şəraitində həll olunur. Eyni zamanda, ailə üzvləri bir yerdə istirahət edir, əylənirlər və s.
Ünsiyyət şəxsi məna çaları kəsb etdikdə nitqdə özünəməxsus cəhətlər meydana çıxır. Ərlə arvadın niqtində müəyyən sözlər elə çalarlı məna kəsb edir ki, bunu bütün aydınlığı və zəruriliyi ilə yalnız onlar başa düşürlər. Ünsiyyət tələbatının təmin olunmasında söhbətlərin əhəmiyyəti böyükdür. Onlar, necə deyərlər, üz-üzə, göz-gözə ünsiyyətin ən təsirli formasıdır. Kişilər və qadınlar bir-birləri, habelə dostları və rəfıqələri ilə nə haqda söhbət edirlər? Bu söhbətlər müxtəlif olur, təbiət və cəmiyyət hadisələrinin ayrı-ayrı sahələrini əhatə edir. Mövzusununa görə onları beş qrupa bölürlər:



  1. Yüklə 136,29 Kb.

    Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin