Standart proqramlar kitabxanası isə riyazi funksiyaların hesablanması, standart məsələlərin həllini, verilənlərin emalını və sairə bu kimi işləri yerinə yetirən proqramlardır. Bu proqramlar əvvəlcədən hazırlanaraq istifadə üçün kompüterin yaddaşına yazılır.
Hal-hazırda ən çox istifadə edilən tətbiqi proqramlar aşağıdakılardır:
kompüterdə mətnlərin hazırlanması - mətn redaktorları (WordPad, Microsoft Word);
cədvəl verilənlərinin emalı-cədvəl prosessorları (Lotus 1-2-3, Microsoft Excel);
nəşriyyat sənədlərinin hazırlanması-nəşriyyat sistemi (PageMarker? QuarkXpress);
informasiya massivlərinin email - verilənlər bazasının idarə edilməsi sistemləri (Microsoft Access);
təqdimatların (prezentasiyaların) hazırlanması (Microsoft Power Point);
iqtisadi əhəmiyyətli proqramların hazırlanması (Фиэксперт, Бухгалтерия 1С);
videofilmlərin, şəkillərin yaradılması üçün proqramlar - qrafik sistemlər (Presto! Mr. Photo);
verilənlərin statistik təhlili proqramları (SPSS, Statistika);
kompüter oyunları, öyrədici proqramlar, tərcümə proqramları və s. (Polyqlot, PROMT).
Tətbiqi proqramlar paketi hər hansı məsələ və ya məsələlər sinfi, həmçinin istifadəçilər üçün nəzərdə tutulan proqram vasitələrinin toplusu və ya kompleksidir.
Tətbiqi proqramlar paketi aşağıdakı əlamətlərə görə təsnif olunurlar:
Üsulyönlü tətbiqi proqramlar paketi hər hansı üsulla (məsələn, simpleks üsulla xətti proqramlaşdırma məsələlərinin həlli) məsələlərin həlli üçün istifadə edilir.