Kursa giriş Proqram və proqram təminatı


Ümumi təyinatlı Tətbiqi proqram paketləri



Yüklə 175,07 Kb.
səhifə15/19
tarix02.01.2022
ölçüsü175,07 Kb.
#38427
1   ...   11   12   13   14   15   16   17   18   19
mövzu1 tətbiqi proqramlar

Ümumi təyinatlı Tətbiqi proqram paketləri

Ümumi təyinatlı TPP – istifadəçinin funksional məsələlərinin və informasiya sistemlərini hazırlanması və istismarının avtomatlaşdırılması üçün təyin olunan universal proqram məhsuludur.

Bu tip TPP-yə aşağıdakılar aiddir:

- mətn və qrafiki redaktorlar

- elektron cədvəllər

- verilənlər bazasının idarəetmə sistemləri (VBİS)

- inteqrallaşdırılmış paketlər

-  Case – texnalogiyası

- ekspert və süni intellekt sistemləri

Redaktorlar. Mətn, sənəd, qrafiki verilənlər və rəsmlərin yaradılması və dəyişdirilməsi üçün təyin olunan TPP redaktorlar adlanır. Redaktorlar öz funksional imkanlarına görə mətn, qrafiki və nəşriyyat sistemlərinə bölünür. Mətn redaktorları mətnli informasiyanın emalı üçün təyin olunur və əsasən aşağıdakı funksiyaları yerinə yetirir:

- mətnin fayla yazılması

- simvol, sətir və mətn hissəsinin yerləşdirilməsi, silinməsi, əvəz olunması

- orfoqrafiyanın yoxlanması

- mətnlərin müxtəlif şriftlərlə tərtibi

- mətnlərin lazımı formaya salınması

- başlıqların hazırlanması, mətnlərin səhifələrə bölünməsi

- söz və ifadələrin axtarışı və əvəz olunması

- sadə şəkillərin mətnlərə daxil edilməsi

- mətnlərin çapı

Mətn redaktorlarından geniş yayılanları aşağıdakılardır: Microsoft Word, Word Perfect, LibreOffice, Multi Edit və s.

Qrafiki redaktorlar qrafiki sənədlərin, yəni diaqram, şəkil, cizgi və cədvəllərin emalı üçün tərtib olunub. Bu redaktorlar fiqur və şriftlərin ölçülərini idarə etməyə, fiqur və hərflərin yerdəyişməsinə və ixtiyari təsvirin yaradılmasına imkan very.r Fərdi kompüterlərdə çox istifadə olunan qrafiki redaktorlar: Paint, Boing Graf, Fanvision, CorelDraw, Adope PhotoShop, Adope İllustrator və s.

Nəşriyyat sistemləri mətn və qrafiki redaktorların imkanlarını özündə birləşdirir. Bu sistemlər sənədlərin nəşrə hazırlığını, yəni, çoxaldılmasını avtomatlaşdırır Nəşriyyatda bu əməliyyat səhifələmə (verstka) adlandırılır. Nəşriyyat sistemlərinə Adope firmasının Page Maker, Corel korperasiyasının Ventura Publisher və QuarkXPress misal göstərmək olar.

Cədvəlin emalı üçün təyin olunan TPP-lər elektron cədvəllər adlanır. Cədvəldə verilənlər sətir və sütunun kəsişməsindəki xanalarda saxlanılır. Xanalarda ədəd, simvol verilənləri və düsturlar saxlanıla bilər. Düsturlar digər xanaların məzmunundan asılı qiymətlərlə bir xanada verilir. Xanaların məzmununun dəyişməsi ilə, bundan asılı olan xanadakı qiymət dəyişir.

Geniş istifadə olunan elektron cədvəllər: Microsoft Excel, Lotusl -2, -3, Quattro və s. İnformasiya təminatının maşındaxili təşkili və idarə edilməsi üçün xüsusi TPP-dən verilənlər bazasının idarəetmə sistemlərindən istifadə olunur.


Yüklə 175,07 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin