Kursa giriş Proqram və proqram təminatı



Yüklə 175,07 Kb.
səhifə16/19
tarix02.01.2022
ölçüsü175,07 Kb.
#38427
1   ...   11   12   13   14   15   16   17   18   19
mövzu1 tətbiqi proqramlar

Verilənlər bazası – diskdə saxlanılan, bir-birilə əlaqələndirilmiş və mərkəzləşdirilmiş idarə olunan fayllar məcmusudur.

Verilənlər bazasının idarə olunması dedikdə, verilənlərin bazaya daxil edilməsi, onların təshihi (bazaya yazıların əlavə olunması, silinməsi, yeniləşdirilməsi) və sorğulara görə verilənlərin axtarışı əməliyyatları başa düşülür. Verilənlərin təşkili üsullarından asılı olaraq aşağıdakı VBİS-lər mövcuddur:

- iyerarxik modelli VBİS

- şəbəkə modelli VBİS

- relyasiya modelli VBİS

Relyasiya modeli daha əlverişli və səmərəli olduğundan son illərdə yaradılmış VBİS-lərdə məhz bu modeldən istifadə olunur. Bunlara aşağıdakıları misal göstərmək olar: dBase-in müxtəlif variantları, FoxBase+, Clipper, Dpase for Windows, FoxPro, R:base, Database, İnformix, İngers, Sybase, Progress, Paradox, Acces, Oracle və s.

İnteqrallaşdırılmış paketlər müxtəlif fuksiyaları yerinə yetirən proqram komponentlərini özündə birləşdirir. Müasir inteqrallaşdırılmış TPP-yə mətn redaktoru, elektron cədvəl, qrafiki redaktor, VBİS və kommunkasiyalı modullar daxildir. İnteqrallaşdırılmış paketlərə əlavə modullar kimi, faylların eksport – importu, kalkulyator, təqvim, proqlamlaşdırma sistemləri də daxil edilir. Komponentlərarası informasiya əlaqəsi müxtəlif verilənlərin təsviri formatlarının unifikasiyası ilə təmin olunur. Müxtəlif komponentlərin vahid sistemdə inteqrasiyası istifadəçiyə interfeysdə xeyli üstünlük verir. Bu cür paketlərə misal olaraq, Framework, Startnave, Microsoft Office göstərmək olar.

CASE – texnologiyası mürəkkəb informasiya sistemlərinin (İS) yaradılmasında tətbiq olunur.

CASE – texnologiyası altında İS-nin hazırlanmasının avtomatlaşdırılması vasitələri başa düşülür. Bura tətbiq sahəsinin analizi, verilənlər bazasının layihələndirmə, proqramlaşdırma və İS-nin istismarı daxildir.

CASE – texnologiyasının instrumental vasitələri informasiya texnoligiyasının bütün sahələrində tətbiq olunur.

Bu texnologiya informasiya sistemlərinin layihələndirilməsini onların roqramlaşdırılması və sazlanmasından ayırmağa imkan verir. Sistemi hazırlayanlar yalnız yüksək səviyyəli layihə ilə məşğul olur. Bu isə layihələndirmə mərhələsində səhvlər buraxmağa imkan verir və mükəmməl proqram məhsulları alınır. Bu texnologiya İS-nin işlənməsinin bütün mərhələlərində dəyişir.

Hal-hazırda CASE – texnologiyası informatikanın ən çox dinamiki inkişaf edən sahəsidir. CASE – texnologiyasına aid Application Development Worckbench, B Pvin, CDEZ Tods, Clear Case, Composer, Discover Development İnformation System sistemlərini qeyd etmək olar.

Müasir CASE – texnologiyası banklar, maliyyə korporasiyaları və ən iri firmalar üçün İS-nin yaradılmasında müvəffəqiyyətlə istifadə olunur. Onlar adətən olduqca yüksək qiymətə malik olur və öyrənilməsi nisbətən uzun vaxt tələb edir. Amma CASE – texnologiyasının tətbiqi iqtisadi cəhətdən sərfəlidir. Bir çox müasir proqram layihələri bu texnalogiyanın köməri ilə həyata keçirilir.

İqtisadi və sosial sahədə məntiqə və mütəxəssis təcrübəsinə əsasən evristik tip məsələlərin həlli prosesində informasiya emalı vasitələrinə təlabat daima artır. Burada əsas ideya məsələnin necə həll olunmasına təyin edən ciddi formallaşdırılmış alqoritimlərdən, tədqiq sahəsinin mütəxəsisləri tərəfindən biliklər bazasında toplanan qaydaları göstərməklə məntiqi proqramlaşdırmaya keçidlə bağlıdır. Bu tip məsələlərin həlli üçün ekspert sistemlərindən (ES) istifadə olunur.

Ekspert sisteminin əsasını qoyulan məsələnin həlli üçün istifadə olunan formal qaydaları özündə cəmləşdirən biliklər bazası təşkil edir. Qaydalar adətən, səbəb və nəticəni əlaqələndirən, məntiqi şərtlər şəklində verilən faktlararası münasibətlər kimi təsvir olunur. Ekspert sistemləri aşağıdakı məqsədlər üçün istifadə olunur:

- obyektin vəziyyətinin interpretasiyası

- obyektin vəziyyətinin diaqnostikası

- obyektin vəziyyətinin proqnozu

- məqsədli planlaşdırma

- obyektin işinin pozulmasını aşkar etmək

- obyektin işini idarə etmək

Ekspert sistemlərini kompüterlərdə reallaşdırmaq üçün ekspert sisteminin örtüyü adlanan vasitədən istifadə olunur. İqtisadiyyatda tətbiq olunan ekspert sistemlərinin örtüyünə Expert – Ease, tibbi diaqnostikada istifadə olunan ES- in örtüyünə EMYCIN-ni misal göstərmək olar.


Yüklə 175,07 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin