Windows ailəsinin ƏS Microsofr firması tərəfindən hazırlanmışdır. Windows rahat qrafiki interfeysli, çoxməsələli əməliyyat sistemidir. Bu ailənin əsas üzvləri Windows 95/9 (yəni Windows 95 və Windows 98) və Windows NT əməliyyat sistemləridir.
Windows 95/98 qismən 16 və 32-mərtəbəli əməliyyat sistemləridir.
Windows NT (Windows New Technology) əməliyyat sistemi çox geniş yayılmış 32-mərtəbəli şəbəkə ƏS-dir. Windows NT nin iki modifikasiyası mövcuddur: Windows NT Server və Windows NT Work Station Windows NT. Server ilk növbədə şəbəkə resurslarının idarə olunması üçündür. Windows NT Server informasiyanın sürətli axtarışının iəşkili və istiənilən əlaqə vasitəsindən istifadə etməklə qlobal şəbəkə resurslarına baxış üçün vasitələrə malikdir. Qeyd etmək lazımdır ki, bu sistem bir serverə eyni vaxtda 256 terminalın qoşulmasına və şəbəkə xidmətinə bir neçə serverin ümumi müraciət edilməsinə imkan verir.
Windows NT Work Station - Windows NT ƏS-nin versiyasıdır və lokal kompüterlərdə və işlək stansiyalarda işləmək üçün nəzərdə tutulub.
Bu sistem tamamilə 32-mərtəbəli əməliyyat sistemidir və olduqca mühafizəli və etibarlıdır. Windows NT-dəki tətbiqi proqramlar çoxməsələli rejimdə işləyir. Amma MS-DOS və 16-mərtəbəli Windows proqramların heç də hamısı Windows NT-də işləmir.