Üsulyönlü Tətbiqi proqram paketləri
Üsulyönlü TPP riyazi – iqtisadi məsələlərin müəyyən üsullarla həllini reallaşdırır. Bura aşağıdakı TPP-lər aiddir:
- riyazi proqramlaşdırma (xətti, dinamik, statik və s)
- şəbəkəli planlaşdırma və idarəetmə
- kütləvi xidmət nəzəriyyəsi
- riyazi statistika
Bu paketlərə misal olaraq fərdi kompüterlərdə reallaşdırılan Math Cad, MatLab, Derive, TK Solver, Mathematica, Maple, Simplex, Stats Network proqramlarını göstərmək olar.
Problemyönlü Tətbiqi proqram paketlər
Tətbiqi proqram paketlərinin çox geniş sinfi problemyönlüdür. Praktiki olaraq elə tədqiq sahəsi yoxdur ki, burada heç olmasa bir TPP olmasın. Problemyönlü TPP elə proqram məhsuluna deyilir ki, burada konkret bir sahənin hər hansı bir məsələsinin həlli nəzərdə tutulur.
Problemyönlü TPP sənaye, qeyri sənaye və xüsusi sahələrdə tətbiq üçün proqram paketlərindən ibarətdir.
Sənaye sahələri üçün problemyönlü TPP Bu tip müasir sistemlər aşağıdakı xüsusiyyətlərə malikdirlər.
Birincisi, bu sistemlər yalnız istehsalı mükəmməl üsullarla planlaşdırmaq deyil, həmçinin iş planın (ehtiyatların idarə olunması, müştəri sifarişləri və s) yerinə yetirilməsinə nəzarət, texnaloji kartanın tərtibi, maliyyə və əmək ehtiyyatlarının idarə olunmasına, bir sıra “qeyri- istehsal” funksiyalarını – servis xidməti, hazır məhsulun və marktinqin paylanmasına nəzarət funksiyalarını da yerinə yetirirlər.
İkincisi, onlar kliyent – server arxitekturası, çoxməsələli, çoxistifadəçi əməliyyat sistemləri və relyasiya verilənlər bazası əsasında yaradılır, qrafiki istifadəçi interfeysinə malik olur və CASE – texnalogiyasından geniş istifadə olunur.
Üçüncüsü, müasir sistemlər müxtəlif tip istehsalı nəzərə almalıdırlar.
Qeyri-istehsal sahələri üçün problemyönlü TPP-ləri material istehsalı ilə bağlı olmayan firmaların (bank, birja, ticarət və s) fəaliyyətinin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Bu sistemlərdə əsas tələbat, istehsal sahələri üçün TPP-də olduğu kimi çoxsəviyyəli inteqrallaşdırılmış sistemin yaradılmasıdır. Qeyri-istehsal sahələri üçün TPP-yə bank, maliyyə və hüquq sahələrinin avtomatlaşdırılması paketlərini aid etmək olar.
Ayrı-ayrı tətbiq sahələri üçün TPP mühasibat uçotu, maliyyə menecmenti, hüquq sistemi və s üçün nəzərdə tutulur.
Müasir mühasibat uçotunun TPP-nin əksəriyyəti Windows əməliyyat sistemi mühitində işləyir və lokal şəbəkələr üçün nəzərdə tutulmuşdur. 1C və Microsoft firmalarının məhsullarından təşkil olunmuş “Ofis” mühasibat uçotu TPP yalnız mühasibat funksiyalarının avtomatlaşdırılması üçün deyil, həmçinin firmanın bütün işinin “elektron ofis” şəklində təşkilinə də imkan verir.
Maliyyə menecmentinin TPP firmanın fəaliyyətinin analizinin və planlaşdırılmasının malyyəsi ilə əlaqədar olaraq yaranıb.
Hüquq sisteminin TPP böyük həcmli qanunlarla səmərəli işləmək üçün nəzərdə tutulub. Bütün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə hüquq sisteminə dair proqram paketləri var.
Dostları ilə paylaş: |