Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi



Yüklə 226,79 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix02.01.2022
ölçüsü226,79 Kb.
#47384
1   2   3   4   5   6   7   8
M.İlahə Milli əxlaq və ailə etikası mühazirələr-конвертирован

 

 


Azərbaycan şifahi xalq ədəbiyyatında milli mənəviyyatın dəyərləri 

Cəmiyyətin mənəviyyatı xeyli dərəcədə ailələrdən asılıdır. Ailə cəmiyyətin özəyidir. Ona görə də 

dövlət maraqlıdır ki, ailə möhkəm, nikah uğurlu olsun, ailədə uşaqlar düzgün tərbiyə alsınlar. Bu 

da təbiidir. Ailədə tərbiyə olunmuş gənciər sabah cəmiyyətdə fəaliyyət göstərəcək, təhsil alacaq, 

müxtəlif vəzifələr tutacaqlar. Onlar mənəviyyatca nə qədər sağiam olsalar, cəmiyyətin dayaqları 

bir o qədər sağiam olar. Deməli, cəmiyyətin, dövlətin möhkəmliyi, qüdrətli olması xeyli dərəcədə 

ailələrin möhkəmliyindən, bu ailədəki mənəvi və psixoloji iqlimin sağlamlığından çox asılıdır. Ər 

və arvadın  bir –  birinə qarşılıqlı məhəbbəti, bir  – birini qarşılıqlı anlaması,  səmimiyyət,  birinin 

digərinin  sevincinə,  kədərinə  şərik  olması,  qarşılıqlı  kömək,  bir  –  birinin  sağlamlığı  qayğısına 

qalması, eyni zamanda öz övladlarını sevməkləri, valideynlər və uşaqlar arasında qarşılıqlı anlama 

şəraitlnin  oiması,  atalar  analarını  öz  uşaqlarına,  uşaqların  öz  valideynlərinə  hörməti  və  onların 

nüfuzunu  qorumaqları  ailənin  mənəvi  əsasını  təşkil  edir.  Ailənin  hər  bir  üzvü  ailənin  şərəfini 

qorumalı, onu nümunəvi ailə kimi tanıtmalıdır. Ailədə kişi bir ər və ata kimi məsuliyyət daşıyır və 

mənəvi borca malikdir. Kişinin öz həyat yoldaşına xeyirxah münasibətindən danışan V.Q.Belinski 

yazırdı:  “Arvad  bizim  məşuqəmiz  deyil,  dostumuzdur,  həyat  yoldaşımızdır.  Ona  görə  də,  lap 

qocalıb qarı oiduqda da, biz onu sevməli və ona hörmət etməliyik”. 

Məhz belə səmimi münasibət, qarşılıqlı məsuliyyət hissi hökm sürdükdə ailə öz vəzifələrini uğurla 

həyata keçirə bilir. Qadının da bir həyat yoldaşı kimi və ana kimi öz borcu, məsuliyyəti vardır. 

Ailədə  “mən”  hissi  “  biz”  hissinə  çevrilməlidir.  Ailə  dövlətin  himayəsi  altındadır.  Hazırda 

cəmiyyətimizdə,  ailədə  mənəvi  münasibətlərin  yeni  tipi  formalaşmışdır.  Ailənin  əsaslandığı  ən 

mühüm prinsiplər kimi, məhəbbət, borc, qarşılıqlı anlama və hörmət, ata – anaların öz övladlarının 

qayğısına  qalması  və  onların  tərbiyəsinə  fikir  verməsidir.  Ölkəmizdə  əksər  ailələr  niyyətə, 

mənafeyə  görə  deyil,  qarşılıqlı  məhəbbət  əsasında  qurulur.  Valideynlərin  arasındakı  qarşılıqlı 

hörmət və səmimiyyət eyni zamanda uşaqlar üçün  ən nümunəvi tərbiyə  məktəbinə çevrilir. Biz 

göstərdik ki, ailə gənclərin qarşılıqlı sevgisi əsasında qurulur. Lakin gəlin etiraf edək ki, ailənin 

möhkəm  olması  üçün  təkcə  məhəbbət  kifayət  deyil.  Mümkündür  ki,  maddi  mülahizə  əsasında 

qurulan ailə məhəbbətə görə yaradılan ailədən daha uğurlu və möhkəm olsun. Maddi çətinliklər, 

xarakterlərin,  temperament  tiplərinin  fərqli  olması,  məqamların,  mənafelərin  uyğun  gəlməməsi, 

hövsələsizlik,  kənar  şəxslərin  ailənin  işlərinə  qarışması  ər  –  arvadın  məhəbbətini  soyuda  bilər. 

Əlbətə, bu məhəbbət güclü, möhkəm deyilsə. Məhəbbət bir – biri qarşısında borc və məsuliyyət 

daşımaqla  sıx  bağlıdır.  Ər  –  arvadlıq  və  ailə  borcu  çox  mühüm  mənəvi  sərvətdir.  Valideynlər 

oğullarına həyat yoldaşı axtaranda qızın ailəsinə mənəvi dəyərlər baxımından yanaşır.  Onun ata 

– anasının, bacı – qardaşının ailədə, cəmiyyətdə işdə mövqeyi necədir, tərbiyələri necədir? Qıza 

elçi gedəndə də  oğlan evi  bu barədə  məlumat  toplayırlar. Bu da təbiidir. Valideynlər qızlarının 

necə bir ailədə yaşayacağını, bu ailədə qarşılıqlı münasibətlərin əxlaqnormalarına uyğun qurulub 

– qurulmadığını bilmək istəyirlər. Ailədə xoş, səmimi münasibətlər bu və ya digər problemlə bağlı 

ər və arvadın bir – biri ilə məsləhətləşməsi, lazım gələrsə, ailənin digrə üzvlərinin, oğlanların və 

qızların, baba və nənənin fikrini öyrənmək, ailənin mənəvi dayaqlarını möhkəmləndirir. Ailədə 

mənəvi atmosferin uğurlu olması bizim hər birimizdən asılıdır.  

Qarşılıqlı  münasibətlər  düzgün  qurulsa,  problem  baş  qaldırmır.  Mürəkkəb  ailə  şəraitində  əlavə 

problemlər ortaya çıxır. Ər – arvad və uşaqlardan savayı, ailədə baba – nənə, kişinin qardaşı və 

bacıları olur. Burada qarşılıqlı münasibətlərin qurulması müəyyən çətinliklərlə müşayiət olunur. 

Bədii  ədəbiyyatdan  və  həyat  təcrübəsindən  görünür  ki,  qayınata  –  gəlin  münasibətləri  gəlin  – 

qayınana  münasibətlərinə  nisbətən  ixtilafsız  ötüşür.  Qayınata  hətta,  bir  çox  hallarda  gəlinin 

müdafiəsində dayanır. Gəlin – qayınana münasibətləri həmişə söhbət mövzusu olmuşdur. Diqqət 

yetirək: “Gəlin mənim süpürgəmdir, harda qoysam durmalıdır. “Yanan anadır, yeyən qayınana”. 

“Gəlinin dini yox, qayınananın imanı” və s. 



Ailə ixtilafları ər – arvad münasibətlərinin düzgün qurulmaması nəticəsində baş verir. Ona görə 

də  boşanmanın  səbəblərini  aydınlaşdırmaq  üçün  hər  şeydən  əvvəl  ər  –  arvad  münasibətləri  də 

özünü büruzə verən nöqsanları aşkara çıxarmaq lazımdır. Hər ailədə söz – söhbət var. Ancaq yaxşı 

olar ki, bu mübahisəni həmin şəxslərin özləri həll etsinlər. Boşanma əsl faciədir. Çox maraqlıdır 

ki,  boşanmanın  nəticələrini  təkcə  mütəxəssislər,  sosioloqlar  və  demoqraflar,  psixoloqlar  və 

pedaqoqlar, həkimlər və başqaları, belə qiymətləndirmir, boşananların özləri də sonralar onun həm 

ər və arvad, həm də uşaqlar üçün faciə olduğunu anlaya, övladlarının sual dolu baxışlarına cavab 

verə bilmir, səhv addım atdıqlarını, öz əlləri ilə evlərini, isti yuvalarını dağıtdıqlarını, uşaqları çətin 

vəziyyətə saldıqlarını çox zaman etiraf edirlər. Lakin bir də görürsən ahəngdarlıq nə evdə, nə də 

işdə  alınır.  Xoşumuza  gəlmədikdə  iş  yerini  dəyişirik,  mebeli  bəyənmədikdə  başqasını  alırıq. 

Mənzili  də  dəyişmək  mümkündür.  Lakin  atanın  yersiz  ciddiliyi,  sərtliyi,  kobuluğu,  ananın 

hövsələsizliyi, deyingənliyi nə qədər həddini aşsa da, öz valideynlərini dəyişmək heç kimin ağlına 

gəlmir. Çünki dünyaya göz açmağımız üçün məhz bu iki nəfərə borcluyuq.  


Yüklə 226,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin