Milli əxlaq və ailə etikası
Etika - əxlaq, mənəviyyat haqqında elmdir. “Etika” etimoloji baxımdan qədim yunan sözü “ethos”
– la bağlıdır. Vaxtilə etika yurd, birgə yaşayış mənasında işlənirdi. Homerin “İliada”dan bu barədə
müfəssəl məlumat almaq mümkündür.
İctimai şüurun qədim formalarından biri olan əxlaq etikanın tədqiqat obyektidir. Etika əxlaqı,
insanların mənəvi aləmini, mənəviyyatını öyrənir. O, bir tərəfdən insanların davranış qaydalarını
və əxlaq normalarını tənzim etmək, başqa bir tərəfdən mənəviyyatın nəzəriyyəsini öyrənən mənəvi
prinsiplər barədə təlim mənasını kəsb edir. Getdikcə etika yeni mənalar daşımışdır: azərbaycanca
bu söz adət, xasiyyət, xarakter, davranış, fikir tərzi mənalarını verir. Ethos sözünün latın variantı
mos (adət, xarakter, qanun) sözü olmuşdur.
Etikanı əxlaq haqqında elm adlandırırlar. Bu, onun öyrənmə sahəsini ifadə edir, predmetini isə
hələ ki, müəyyənləşdirmir. Etikanın predmeti tarixən dəyişməkdədir. İlk növbədə öyrənmə
obyektinin özü - əxlaq dəyişikliyə məruz qalır. Bildiyimiz kimi, müxtəlif ictcmai – iqtisadi
formasiyalarda əxlaqın məzmunu və xarakteri fərqli olmuşdur.
İctimai şüurun bir sıra formaları vardır: siyasi, hüquq, fəlsəfə, incəsənət, din və s. Onların hər biri
ictimai varlığı, həyatı özünəməxsus şəkildə əks etdirir. İctimai şüur formaları özlərinin inkişafında
cəmiyyətin ictimai quruluşunun, ictimai – siyasi münasibətlərinin, siniflərin mövcud olduğu
cəmiyyətlərdə isə eyni zamanda sinfi mübarizənin təsiri altında olur. İctimai şüur formaları
arasında əxlaq özünəməxsus yer tutur.
Cəmiyyət inkişaf etdikcə, onun iqtisadi quruluşu, maddi həyat şəraiti dəyişikliyə məruz qaldıqca,
digər ictimai şüur formaları kimi əxlaq da dəyişir və inkişaf edir.
Hazırda əxlaq dedikdə, insanların bir – birinə münasibətlərini və cəmiyyətdə onların vəzifələrini
müəyyənləşdirən, tarixən formalaşmış davranış qaydalarını nizama salan mövcud normaların
məcmusu anlaşılır.
İnsan cəmiyyəti yarandığı ilk vaxtlarda adamlar arasında müəyyən münasibətlər bərqərar olurdu.
Bu münasibətləri nizamlamaq, birgəyaşayış qaydalarını yerinə yetirmək məqsədilə müvafiq adət
və ənənələrə ehtiyac hiss olunurdu. Bu ehtiyac müəyyən qaydaların, adət və ənənələrin
yaradılmasına təkan verdi. Adamlar tədricən öz davranış və hərəkətlərini həmin qaydalara
uyğunlaşdırmağa alışdılar. Onlar öz davranış və rəftarlarında nəyin yaxşı, nəyin pis olduğunu,
xeyir və şər kateqoriyalarına əsasən qiymətləndirirdilər. Cəmiyyətdə siniflər meydana gəlməyə
başladı. Siniflər arasındakı mübarizədə əxlaq normaları da sinfi səciyyə kəsb etməyə başladı.
Əxlaq normaları bu və ya digər sinfin ictimai və iqtisadi vəziyyətini müvafiq sinfi təmsil edən
şəxslərin mənafeyini ifadə edən adətə çevrildi. Sinifli cəmiyyətdə hakim sinif öz ağalığını
məzlumlara, onlara tabe olanlara, başqa sözlə, məhkum sinfə diqtə etmək üçün əxlaqa üz tutdu.
Odur ki, hakim sinif özünün fəlsəfi – etik nəzəriyyəsini işləyib hazırlayarkən, onun məzmununu
öz mənafeyinə xidmət göstərməyə istiqamətləndirdi. Hakim siniflərin ideoloqları öz siniflərinin
məqsəd və maraqlarına cavab verən əxlaq təlimləri meydana gətirmişlər.
Cəmiyyətin iqtisadi həyatında gedən dəyişikliklərlə bağiı ictimai şüur forması olan əxlaq da
dəyişərək, yeni məzmun daşımağa başlamışdır. Fəlsəfi təlimlər tarixinin inkişafına nəzər salsaq,
görərik ki, əxlaq təlimi də onunla bərabər inkişaf etmişdir. Dəyişilməyən əxlaq yoxdur, zahiri
cəhətdən daimi görünə bilən əxlaq qaydaları da müxtəlif dövrlərdə dəyişmişdir. Bu da təbiidir.
Əxlaq normalarının əsası dəyişdikcə, onun özündə də labüd dəyişikliklər baş verir. Başqa sözlə,
cəmiyyət inkişaf etdikcə, əxlaq yeni forma alaraq, özünün əvvəlki məzmununu itirir.
İstismarın hökm sürdüyü cəmiyyətlərdə əxlaqın başlıca məqsədi başqalarını istismar etmək,
varlanmaq hərisliyi, digərini əsarət, zülm altında saxlamaqdır. Hakim sinif öz istəyinə çatmaq üçün
hər cür zorakılığa əl atır. Belə insanlar öz mənafe və maraqları üçün bir – birilə mübarizə edir,
əxlaqın əsasında rəqabət və düşmənçilik dayanır. Bu əxlaqa görə, insanı pulla alıb – satmaq,
susdurmaq, ələ almaq mümkündür.
Əxlaq insanların cəmiyyətə, dövlətə və bir – birlərinə olan münasibətlərini tənzimləyir.
Siniflərin mövcud olduğu cəmiyyətdə əxlaq müvafiq sinfin iqtisadi, ictimai vəziyyətini, məqsəd
və maraqlarını özündə əks etdirən davranış qaydalarının, prinsip və normalarının murəkkəb
sistemidir.
İdealist mövqedə dayananlar iddia edirlər ki, əxlaq normaları konkret şəraitdən asılıdır və onlar
tarixi şəraitə əsasən muəyyən olunur. Belələrinin qənaətincə, əxlaq, meydana gətirən
tarixdənkənar fövqəladə qüvvə, mücərrəd mənlik şüuru mütləq zəkadır. Başqa sözlə, əxlaq
normaları Allah – təalanın hökmündən əxz edilir. Əslində isə əxlaq normaları konkret tarixi
şəraitlə əlaqədardır. Onun cəmiyyətdən, həyatdan kənarda mövcud oiması, sadəcə qeyri –
mümkündür.
Əxlaq normaları, qaydaları nə vaxtdan meydana gəlmişdir? – Gəlin belə bir suala cavab tapaq: Bu
sualın cavabı belədir: İnsan cəmiyyəti yarandığı zamandan.
İbtidai cəmiyyətdə icma prosesində getdikcə insanların qəbiləyə, icmaya, bir – birinə, kişilərin
qadınlara, qadınların kişilərə, ata – anaların öz uşaqlarına, uşaqların valideynlərinə münasibətləri
əmələ gəlirdi. Tədricən həmin münasibətlər icma, qəbilə üzvləri tərəfindən qəbul edilən davranış
normalarının ifadəçisi kimi özünü göstərirdi. Nəticədə əxlaq meydana gətirdi.
Müstəqillik qazandığımız bir dövrdə ölkəmizin vətəndaşlarını, o cümlədən böyüməkdə olan nəsli
milli əxlaqımızın tələblərini əsas götürməklə tərbiyə etmək müstəsna dərəcədə böyük əhəmiyyət
daşıyır. Milli əxlaqımızın prinsiplərini elə təbliğ və tətbiq etməyimiz lazımdır ki, oniar hər bir
şəxsin davranış və rəftarında, adətlərində, qarşılıqlı münasibətlərində, ünsiyyət tərzində möhkəm
yer tutsun.
“Milli əxlaq və ailə etikası” kursunun məqsədi milli əxlaqımızı, onun tələblərini əsas götürməklə
şəxsiyyətdə özünütərbiyə tələbatları yaratmaqdan, ailə etikasının tələblərindən irəli gələn, nikaha
və ailəyə, ailə münasibətlərinə, uşaqların tərbiyəsinə və təhsilinə, vətənin ləyaqətli vətəndaşları
kimi yetişdirllməsinə ciddi və məsuliyyətli yanaşmaq adəti (formalaşdırmaq, nikahın uğurlu,
ailənin möhkəm olmasına, ailədə qarşılıqlı münasibətlərin qurulmasına nail olmaqdan ibarətdir)
formalaşdırmaqdan ibarətdir.
Dostları ilə paylaş: