ictimai maraqları qoruduğu;
b) məhkəmədə
aşkar olunan digər səbəblər əsas ola bilər.
Bu maddənin
altıncı hissəsinin 1-ci, 2-ci və 4-cü bəndləri
tətbiq edilərkən:
1) informasiyanın
qərəzli olub-olmadığı, yəni bilərəkdən, yaxud
səhlənkarlıq üzündən yayımlandığı;
2) məhkəmədə aşkar
olunan digər səbəblər əsas ola bilər.
Kütləvi
informasiya vasitələrinə bu maddənin altıncı
hissəsinin 3-cü bəndi tətbiq olunarkən
informasiyanın yayılması nəticəsində fiziki və
ya hüquqi şəxsə dəymiş mənəvi, habelə maddi zərər
Azərbaycan Respublikası mülki
qanunvericiliyinə uyğun olaraq məhkəmə
tərəfindən müəyyənləşdirilir. Lakin,
müəyyənləşdirilmiş maddi və mənəvi zərərin son
həddi kütləvi informasiya vasitəsinin üç aylıq
orta maliyyə xərclərindən çox ola bilməz.
Müvafiq icra
hakimiyyəti orqanı:
1) dövri mətbu nəşr bu Qanunun 3-cü
maddəsinin beşinci abzasının tələblərini yerinə
yetirmədikdə;
2) dövlətin bütövlüyünə, ölkənin
təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə
vuran çağırışlar və ya informasiyalar, habelə
pornoqrafik materiallar dərc etdikdə (efirə
verdikdə);
3) kütləvi informasiya vasitəsinin
xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi
şəxsi tərəfindən qanuna zidd şəkildə
maliyyələşdirildiyi müəyyənləşdirildikdə;
4) kütləvi informasiya vasitəsi
məhkəmənin qərarı ilə qərəzli yazılara görə il
ərzində üç dəfə məsuliyyətə cəlb edildikdə, onun
istehsalına və yayımına xitam verilməsi barədə
məhkəmə qarşısında iddia qaldırır.
Maddə 20. Müqavilə bağlanması qaydası
Kütləvi
informasiya vasitəsinin həmtəsisçiləri
arasında bağlanmış müqavilədə onların
qarşılıqlı hüquqları, vəzifələri,
məsuliyyətləri, həmtəsisçilərin tərkibinin
dəyişdirilməsi qaydası, şərtləri və hüquqi
nəticələri, yarana biləcək mübahisələrin həlli
qaydaları göstərilir.
Təsisçi və redaksiya (redaktor, baş
redaktor) arasında bağlanmış müqavilədə əmlak və
maliyyə münasibətləri, habelə təsisçinin və
redaksiyanın (redaktorun, baş redaktorun)
öhdəlikləri öz əksini tapır.
Həmçinin redaksiya (redaktor, baş
redaktor) ilə naşir, təsisçi və naşir öz
aralarında digər müqavilələr də bağlaya
bilərlər.
Maddə 21. Kütləvi informasiya vasitələrinə
sponsorluq
Kütləvi
informasiya vasitələrinin istehsalı və ya
yayımı Azərbaycan Respublikasının hüquqi və
fiziki şəxslərinin sponsorluğu ilə
maliyyələşdirilə bilər. Reklamı qadağan edilmiş
məhsulların istehsalçılarının və satışını
həyata keçirən şəxslərin sponsorluğuna yol
verilmir.
Televiziya və radio yayımında
xəbərlər buraxılışı və siyasi informasiya
proqramları sponsorların maddi yardımı ilə
hazırlana bilməz.
Xarici ölkələrin hüquqi və fiziki
şəxsləri kütləvi informasiya vasitələrinə
qismən (mətbu nəşrin ayrıca saylarına, yaxud
verilişlərə) sponsorluq edə bilərlər.
Kütləvi informasiya vasitələrinə
sponsorluq aparıcının və jurnalistin
müstəqilliyinə təsir edə bilməz.
Sponsorun maliyyə yardımı ilə
hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə
məlumat çap olunmalı, verilişlərin(proqramların)
əvvəlində və axırında firma nişanını
göstərməklə və ya titrlər və ya diktor mətni
vasitəsilə açıq informasiya verilməlidir.
Tərəflər arasında bağlanmış müqavilədə
sponsorun elan edilməsinin başqa üsulları da
müəyyən edilə bilər.
IV fəsil.
Mətbu nəşrin istehsalının hüquqi əsasları
Maddə 22. Mətbu nəşrin redaksiyası
Redaksiya öz
fəaliyyətini peşə müstəqilliyi və nizamnamə
əsasında həyata keçirir.
Redaksiya hüquqi şəxs, dövri mətbu
nəşrin təsisçisi, əmlakının mülkiyyətçisi,
naşiri və yayıcısı ola bilər.
Mətbu nəşrin redaktoru (baş
redaktoru) ali təhsilli və Azərbaycan
Respublikası vətəndaşı olmalıdır.
Maddə 23. Redaksiyanın nizamnaməsi
Redaksiyanın
nizamnaməsi kollektivin azı üçdə iki hissəsinin
iştirakı ilə keçirilən yığıncaqda səs çoxluğu
ilə qəbul olunur və təsisçi tərəfindən təsdiq
edilir.
Nizamnamədə
mətbu nəşrin proqram istiqamətləri redaksiyanın
fəaliyyətinin istehsalat, maliyyə və digər
şərtləri müəyyən edilir.
Nizamnamədə
aşağıdakılar nəzərdə tutulmalıdır: mətbu nəşrin
təsisçisi (həmtəsisçisi) barədə məlumatlar,
nəşrin adı və növü, dövriliyi, idarəetmə
orqanları, onların yaradılma qaydası,
təsisçinin, redaksiyanın, baş redaktorun
(redaktorun) qarşılıqlı hüquq və vəzifələri,
jurnalist kollektivinin səlahiyyətləri, baş
redaktorun (redaktorun), redaksiya heyətinin
təyin olunması (seçilməsi) qaydası, redaksiyanın
ünvanı, mətbu nəşrin yenidən təşkili,
dayandırılması və ya dövri nəşrin ləğvi, əmlakın
və mənfəətin bölüşdürülməsi qaydaları və sair.
Redaksiyanın
nizamnaməsi kütləvi informasiya vasitələri
haqqında qanunvericiliyin tələblərinə zidd
olmamalıdır.
Redaksiya
kollektivi on nəfərdən az olan mətbu nəşrlərdə
nizamnamə tərtib edilməsi məcburi deyildir. Bu
halda baş redaktorla (redaktorla) təsisçi
arasında bağlanmış müqavilə nizamnaməni əvəz
edir.
Maddə 24. Baş redaktor (redaktor)
Mətbu nəşrin
redaksiyasına baş redaktor (redaktor) rəhbərlik
edir. Baş redaktor (redaktor) vəzifəyə təsisçi
(həmtəsisçi) tərəfindən təyin edilir və ya
redaksiya nizamnaməsində nəzərdə tutulmuş
qaydada kollektiv tərəfindən seçilir. Baş
redaktorun (redaktorun) vəzifəyə qoyulması və
vəzifədən azad edilməsi bu Qanuna və əmək
qanunvericiliyinin tələblərinə uyğun
aparılmalıdır. Baş redaktor (redaktor) aşağıdakı
tələblərə cavab verməlidir:
Azərbaycan
Respublikasının vətəndaşı olmalıdır;
Azərbaycan
Respublikasında daimi yaşamalıdır;
ali təhsilli olmalıdır.
Maddə 25. Baş redaktorun (redaktorun)
səlahiyyətləri
Baş redaktor
(redaktor):
mətbu nəşrin işinə
rəhbərlik edir;
təsisçi (həmtəsisçi),
dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə
və təşkilatlarla, vəzifəli şəxslər və
vətəndaşlarla münasibətlərdə redaksiyanı
təmsil edir;
məhkəmələrdə redaksiyanın
adından iddiaçı və cavabdeh qismində çıxış edir,
yaxud bu hüququ təyin etdiyi şəxsə verir;
redaksiyanın adından
etibarnamələr verir;
əmək müqaviləsi və digər
müqavilələr bağlayır;
mətbu nəşrin istehsalı ilə
əlaqədar son qərar qəbul edir;
buraxılışın çapına icazə
verir, yaxud bu hüququ təyin etdiyi şəxsə həvalə
edir;
işçiləri mükafatlandırır,
lazım gələndə intizam tənbehi verir;
nizamnamədə başqa hal
nəzərdə tutulmayıbsa, işçiləri işə götürür və
işdən çıxarır;
mətbu nəşrdə çap olunan
materialları bu Qanunun tələblərinə uyğun
hazırlanmasına nəzarət edir;
redaksiya nizamnaməsi ilə
müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
Maddə 26. Çap məhsullarının yayılma qaydası
Mətbu
nəşrlərin çap məhsulları bilavasitə redaksiya,
naşir, yaxud müqavilə əsasında rabitə
müəssisələri, başqa təşkilatlar, habelə
vətəndaşlar tərəfindən yayıla bilər.
Mətbu nəşrlərin çap məhsullarının
yayılması, bundan ötrü haqq alınırsa, kommersiya
sayılır. Qeyri-kommersiya qaydasında yayılmaq
üçün nəzərdə tutulmuş məhsulun üzərində
«Pulsuz» qeydi olur və belə məhsul kommersiya
yolu ilə yayılma predmeti hesab edilmir.
Məhkəmənin qərarı yoxdursa, kütləvi
informasiya vasitəsi məhsulunun yayılmasına
mane olmağa, o cümlədən onun tirajının, yaxud
tirajının bir hissəsinin müsadirə edilməsinə
yol verilmir.
Maddə 27. Çap məhsullarının yayılmasına qadağa
qoyulmasının xüsusi halları
Dövlətin
bütövlüyünə və ölkənin təhlükəsizliyinə ciddi
zərbə vuran informasiyalar, habelə pornoqrafik
materiallar dərc edilən xarici mətbu nəşrlərin
Azərbaycan Respublikasının ərazisinə
gətirilməsinə və yayılmasına məhkəmənin
qərarı ilə qadağa qoyula bilər.
Məhkəmə bu maddənin birinci
hissəsinin tələblərinə zidd olaraq mətbu nəşrin
artıq paylanmış məhsulunu satışdan yığışdırmaq
barədə operativ qərar qəbul edə bilər.
Bu maddənin ikinci hissəsi
dövlətin bütövlüyünə və ölkənin
təhlükəsizliyinə ciddi zərbə vuran çağırışlar
və ya informasiyalar dərc etmiş Azərbaycan
Respublikasının ərazisində çap olunan mətbu
nəşrlərə də şamil edilir.
Azərbaycan Respublikasının
ərazisində çap olunan mətbu nəşrlərin tirajının
və ya tirajının bir hissəsinin müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
qeyri-qanuni olaraq satışdan yığışdırıldığı
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə
təsdiq edilərsə, dəymiş maddi zərər dövlət
büdcəsi hesabına ödənilir.
Maddə 28. İstinad məlumatı
Mətbu nəşrin
hər buraxılışında bu məlumatlar olmalıdır:
1) nəşrin adı;
2) təsisçi (həmtəsisçi) barədə məlumat;
3) baş redaktorun (redaktorun) soyadı və
adı;
4) sıra sayı və çapdan çıxdığı tarix,
çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və
faktiki vaxt);
5) rabitə idarələri vasitəsilə yayılan
nəşrlərin indeksi;
6) tiraj;
7) qiymət (nəşr kommersiya qaydasında
yayılırsa), yaxud «Sərbəst qiymət» və ya «Pulsuz»
qeydləri;
8) redaksiyanın və dövri nəşrin
çap olunduğu mətbəənin ünvanları.
İstinad məlumatının göstərilmədiyi
kütləvi informasiya vasitələri məhsullarının
çapı və yayılması, habelə istinad
məlumatlarının qəsdən yanlış göstərilməsi qadağan edilir.
Maddə 29. Məcburi nüsxələr
Dövri mətbu
nəşrlərin pulsuz məcburi nüsxələri, tirajın ilk
buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən
təsisçiyə, dövlət arxivinə, Milli Kitabxanaya, Kitab
Palatasına, qanunvericilik və müvafiq
icra hakimiyyəti orqanlarının kitabxanalarına
göndərilir.
Maddə 30. Dövlət qeydiyyatına alınmadan
yayılan mətbu nəşrlər
Azərbaycan Respublikasının
qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının yalnız özlərinin rəsmi xəbər və
materiallarının, normativ və digər hüquqi
aktların dərc olunması üçün təsis etdikləri
mətbu nəşrlərin;
müəssisələrin,
təşkilatların və idarələrin, həmçinin elm və
tədris müəssisələrinin yalnız özlərinin
fəaliyyətində gərəkli olan peşəyönümlü
informasiyaların, elmi materialların və
sənədlərin dərc olunduğu dərgi, toplu, bülleten
və ya digər çap məhsulları üçün dövlət
qeydiyyatı tələb olunmur.
Maddə 31. Rəsmi məlumatların yayılması
Redaksiya
onun fəaliyyətinə aid həmin kütləvi informasiya
vasitəsinə dövlət qeydiyyat şəhadətnaməsi
vermiş orqandan gələn məlumatı dərhal,
məhkəmənin qanuni qüvvəyə minmiş və müvafiq
kütləvi informasiya vasitəsində dərc edilməsi
barədə göstəriş olan qərarını pulsuz və həmin
qərarla müəyyən olunmuş müddətdə dərc edir.
Maddə 32. Redaksiya materiallarının saxlanması
Mətbu nəşr
redaksiyalarının materialları (əlyazmaları,
məktublar, lent yazıları və s.) bir il müddətində
saxlanılır.
Materialların saxlanma qaydaları
mətbu nəşr redaksiyaları tərəfindən
müəyyənləşdirilir.
V fəsil. Televiziya
və radio (teleradio) fəaliyyətinin hüquqi
əsasları
Maddə 33.
Azərbaycan Respublikasında televiziya və radio
sistemi
Azərbaycan Respublikasında
teleradio verilişləri milli teleradio
sisteminin əsasını təşkil edən dövlət və
qeyri-dövlət teleradio təşkilatları tərəfindən
həyata keçirilir.
Qeyri-dövlət teleradio
təşkilatları ictimai və özəl formalarda ola
bilər.
İctimai teleradio təşkilatının
fəaliyyəti müvafiq qanunla tənzimlənir.
Azərbaycan
Respublikasında bütün teleradio təşkilatları
mülkiyyət, təşkilati-hüquqi formasından asılı
olmayaraq bərabər hüquqlara malikdir və qanun
qarşısında eyni məsuliyyət daşıyırlar.
Maddə 34. Dövlət teleradio təşkilatı
Dövlət teleradio təşkilatı
müvafiq dövlət orqanları tərəfindən təsis
edilir, dövlət büdcəsi və öz gəlirləri hesabına
maliyyələşdirilir.
Dövlət teleradio təşkilatı:
televiziya tamaşaçılarını və radio
dinləyicilərini Azərbaycan Respublikasında və
xarici ölkələrdə baş verən ictimai-siyasi və
digər hadisələr haqqında obyektiv, operativ
informasiya ilə təmin edir, rəsmi
informasiyaları yayır, qanunvericilik, icra və
məhkəmə hakimiyyəti orqanlarının qərarlarını
elan və şərh edir;
siyasi,
iqtisadi, publisistik, mədəniyyət, təhsil,
əyləncə, idman proqramları, habelə uşaqlar və
gənclər üçün proqramlar hazırlayır və yayır.
Maddə 35. Özəl teleradio təşkilatı
Özəl teleradio təşkilatı hüquqi
şəxsdir, Azərbaycan Respublikasının ərazisində
daimi yaşayan fiziki və (və ya) hüquqi şəxslər
tərəfindən təsis edilə bilər.
Özəl
teleradio təşkilatı özünün maliyyə, təsərrüfat,
struktur, kadr və yaradıcılıq fəaliyyətində tam
sərbəstdir və Azərbaycan
Respublikasının Konstitusiyasına, «Sahibkarlıq
fəaliyyəti haqqında» Azərbaycan
Respublikasının Qanununa, bu Qanuna və öz
nizamnaməsinə uyğun fəaliyyət göstərir.
Maddə 36. Teleradio təşkilatlarının
hüquqları və vəzifələri
Mülkiyyət formasından asılı
olmayaraq teleradio təşkilatları:
verilişlər (proqramlar) hazırlamaq, yaymaq,
onların videoyazılarını çoxaltmaq, satmaq və ya
icarəyə vermək;
abonent haqqını müəyyən etmək;
reklam fəaliyyəti ilə məşğul olmaq;
öz verilişlərinin proqramını dərc
etdirmək;
kommersiya kanalı açmaq;
nizamnamə vəzifələrini yerinə yetirmək;
qanuna zidd olmayan digər fəaliyyətlə
məşğul olmaq hüququna malikdir.
Teleradio təşkilatlarının
vəzifələri aşağıdakılardır:
verilişlərin (proqramların) mövzu
əhatəliyini təmin etmək;
pornoqrafik materialları yaymamaq;
başqa teleradio təşkilatlarının
verilişlərinin yayılmasına və qəbuluna
maneçilik törətməmək;
vətəndaşların şəxsi həyatına, şərəf və
ləyaqətinə hörmətlə yanaşmaq;
yayım zamanı peşə etikasına riayət etmək.
Teleradio
təşkilatları müqavilə müddəti başa çatmamış
birtərəfli qaydada abonent haqqının məbləğini
artıra bilməzlər.
Maddə 37. Digər teleradio təşkilatlarının
verilişlərindən (proqramlarından) istifadə
Teleradio təşkilatları digər
teleradio təşkilatlarının verilişlərindən
(proqramlarından) yalnız onların razılığı ilə
istifadə edə bilərlər. Mülkiyyətçinin razılığı
olmadan teleradio təşkilatının verilişlərinin
(proqramlarının) digər teleradio təşkilatları
tərəfindən yayımı, köçürülməsi (tirajının
çoxaldılması), satılması və kütləvi nümayişi
qadağandır.
Başqa teleradio təşkilatlarının
verilişlərindən (proqramlarından) qısa
fraqmentlər-hər verilişdən (proqramdan) 20
saniyədən, hər filmdən 5 dəqiqədən çox olmamaqla,
habelə tədris müəssisələrində istifadə üçün
götürüldükdə razılıq tələb olunmur.
Verilişlərdən
(proqramlardan) bu maddənin 2-ci bəndində nəzərdə
tutulmayan hallarda müvafiq razılıq alınmadan
istifadə edildikdə, teleradio təşkilatı
vurulmuş zərərin ödənilməsi barədə məhkəmə
qaydasında iddia qaldıra bilər.
Maddə 38. Yayımın başlanması və teleradio
verilişlərinin (proqramların) yayımına icazə
Teleradio təşkilatı kanal və
tezliklərdən istifadə üçün xüsusi razılıq
aldığı vaxtdan verilişlərinin yayımına başlamaq
hüququna malikdir.
Yayımın texniki vasitələrinin
sahibi və ya onun istismarını həyata keçirən
təşkilat həmin vasitələri kanal və tezliklərdən
istifadə üçün xüsusi razılığı olmayan teleradio
təşkilatının istifadəsinə verə bilməz. Yayım
ancaq xüsusi razılıqda müəyyən edilmiş ərazi
daxilində aparıla bilər.
Verilişlərin
yayımına teleradio təşkilatının rəhbəri və ya
onun təyin etdiyi şəxs (məsul redaktor) icazə
verir, həmin şəxs verilişlərin keyfiyyətinə və
məzmununa görə məsuliyyət daşıyır.
Maddə 39. İstinad məlumatları
Teleradio təşkilatı, gün ərzində
yayım aparılırsa, azı dörd dəfə, başqa hallarda
isə yayımın əvvəlində və sonunda öz adını və
başqa məlumatları (çağırış kodunu, emblemini və
s.) elan etməlidir.
Hər bir teleradio verilişi
(proqramı) və ya onun təkrarı efirə (ekrana)
buraxılarkən aşağıdakı informasiyalar əlavə
olunmalıdır:
1) verilişin (proqramın) adı;
2) buraxılışın efirə (ekrana)
verilmə tarixi;
3) müəllifin və efirə (ekrana)
buraxılış üçün icazə vermiş baş redaktorun
(redaktorun) adı və soyadı;
4) teleradio təşkilatının adı və
ünvanı;
5)
teleradio təşkilatının müəyyənləşdirdiyi digər
məlumatlar.
Maddə 40. Rəsmi məlumatların və digər
informasiyaların yayılması
Qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanlarının rəsmi məlumatları
dövlət teleradio təşkilatları tərəfindən dərhal
və əvəzsiz olaraq yayımlanır.
Mülkiyyət
formasından asılı olmayaraq bütün teleradio
təşkilatları insanların həyatı, sağlamlığı və
yaşayış məntəqələrinin normal fəaliyyəti üçün
təhlükə törədən fövqəladə hallar, təbii
fəlakətlər və qəzalar barədə məlumatları dərhal
və pulsuz olaraq əhaliyə çatdırmağa
borcludurlar.
Maddə 41. Teleradio vasitəsilə seçkiqabağı
təbliğat
Teleradio
verilişləri vasitəsilə seçkiqabağı təbliğatın
aparılması qaydaları Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktları
ilə müəyyən edilir.
Maddə 42. Verilişin (proqramın)
materiallarının saxlanılması
Teleradio verilişlərinin
(proqramlarının) materialları (qoşma sənədlər,
əlyazmalar, məktublar, lent yazıları və s.) efirə
(ekrana) çıxandan sonra azı bir ay, qeydiyyat
jurnalı isə sonuncu qeyddən sonra azı bir il
müddətində saxlanılır.
Veriliş (proqram) materiallarının
saxlanma qaydaları teleradio təşkilatı
tərəfindən müəyyənləşdirilir.
Qeydiyyat
jurnalında efirə (ekrana) çıxmış verilişlərin
(proqramların) tarixi, vaxtı, mövzusu, müəllifi,
aparıcısı və iştirakçıları göstərilməlidir.
Maddə 43. Teleradio fəaliyyətinin
tənzimlənməsinin əsasları
Müvafiq icra hakimiyyəti orqanı
teleradio təşkilatlarının fəaliyyətini
tənzimləyir və bu Qanunun tələblərinə əməl
edilməsi üzərində nəzarəti həyata keçirir. Bu
məqsədlə:
teleradio informasiya fəzasının vahid
inkişaf konsepsiyasını hazırlayır və həyata
keçirir;
kanal və tezliklərdən istifadə üçün xüsusi
razılıq verir;
teleradio təşkilatları tərəfindən bu
Qanunun müddəalarının və xüsusi razılığın
tələblərinin yerinə yetirilməsinə nəzarət edir;
öz səlahiyyəti çərçivəsində teleradio
təşkilatlarının fəaliyyətini (kanallardan
istifadə qaydalarını və şərtlərini) yoxlayır;
teleradio təşkilatlarının fəaliyyətini
iki ayadək müvəqqəti dayandırır;
teleradio verilişlərinin (proqramlarının)
ötürülməsi üçün istifadə olunan texniki
vasitələrin qanunvericiliklə müəyyən olunmuş
qaydada və şərtlərə uyğun istismarına nəzarət
edir;
bu
Qanunla və digər normativ hüquqi aktlarla
müəyyən edilən vəzifələri həyata keçirir.
VI fəsil.
İnformasiyaya düzəliş, təkzib və cavab verilməsi
Maddə 44. Təkzib, düzəliş və cavab vermək hüququ
Kütləvi
informasiya vasitəsində fiziki və hüquqi
şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan
və təhqir xarakterli məlumatlar verildikdə,
fikirlər təhrif olunduqda fiziki şəxsin özünün
və ya nümayəndəsinin, hüquqi şəxsin
rəhbərlərinin, yaxud səlahiyyətli
nümayəndəsinin həmin kütləvi informasiya
vasitəsində bir ay müddətində cavab vermək,
həqiqətə uyğun olmayan məlumatın təkzib
olunmasını, düzəliş verilməsini, habelə üzr
istənilməsini tələb etmək, yaxud birbaşa
məhkəməyə müraciət etmək hüququ vardır.
Şikayətçi müraciət edərkən, yaxud
məhkəmə qərar çıxararkən kütləvi informasiya
vasitəsi müvəqqəti olaraq dayandırılmışsa və ya
onun istehsalına (yayımına) xitam verilmişsə
təkzib, cavab və ya düzəliş cavabdehin vəsaiti
hesabına iddiaçının istədiyi kütləvi
informasiya vasitələrindən birində dərc oluna
(efirə verilə) bilər.
Maddə 45. Təkzib, cavab və düzəliş verilməsi
qaydası
Təkzibdə
hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin
kütləvi informasiya vasitəsində nə vaxt və necə
dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə
təkzib, bir qayda olaraq, məlumatın və ya
materialın verildiyi səhifədə həmin şriftlə
yığılır və «Təkzib» başlığı altında dərc olunur.
Gündəlik və həftəlik yayılan mətbu nəşrlər
təkzib, cavab və ya düzəliş haqqında tələbin
daxil olduğu gündən sonrakı nömrədə, digər
dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər
üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı
və ya düzəlişi dərc etməlidirlər.
Təkzib, cavab və ya düzəliş radio və
televiziya ilə, tələbin alındığı gündən sonrakı
müvafiq verilişdə oxunur. Bu tələbi etmiş
fiziki şəxsin özünə və ya nümayəndəsinə, hüquqi
şəxsin rəhbərinə və ya onun səlahiyyətli
nümayəndəsinə efirdə (ekranda) cavabla çıxış
etmək imkanı verilə bilər.
Təkzib və ya cavab mətnində heç bir
dəyişiklik edilmədən verilir. Təkzib və ya
cavabın mətni təkzib edilən və ya cavab verilən
məlumatın həcmindən iki dəfədən çox olmamalıdır.
Cavab dərc olunan (efirə gedən)
buraxılışda həmin cavabı şərh etməyə və ya
təkzib etməyə yol verilmir. Cavaba cavab kütləvi
informasiya vasitəsinin sonrakı
buraxılışlarında yerləşdirilə bilər.
Təkzib, cavab və ya düzəliş rədd
edildikdə bu barədə tələb etmiş şəxsə 3 gün
müddətində əsaslandırılmış məlumat
verilməlidir.
Təkzibdən imtina üçün aşağıdakılar
əsas ola bilər:
məhkəmənin qanuni qüvvəyə minmiş qərarına
ziddirsə;
imzasızdırsa;
həmin məlumat və ya material barədə kütləvi
informasiya vasitəsində artıq təkzib
getmişdirsə;
təkzib və ya cavabın mətni təkzib edilən və ya
cavab verilən məlumatın həcmindən iki dəfədən
çoxdursa;
məlumatın və ya materialın kütləvi informasiya
vasitəsində yayılmasından bir aydan çox
müddət keçmişdirsə (vətəndaşın rəsmi
sənədlərlə təsdiq olunan xəstəlik, məzuniyyət və
ezamiyyə müddətləri istisna olmaqla).
Dostları ilə paylaş: |