İfadə etmək azadlığı – uşaq öz fikrini ifadə etmək hüququna malikdir; bu hüquqa hər cür informasiyaları və ideyaları, sərhədlərindən asılı olmayaraq, şifahi, yazılı və ya çap edilmiş formada, incəsənət əsərləri formasında, yaxud uşağın istədiyi digər vasitələrin köməyi ilə axtarmaq, almaq və vermək azadlığı daxildir. Bu hüququn həyata keçirilməsində digər şəxslərin hüquq və nüfuzlarına hörmət edilməlidir.
Fikir, vicdan və din azadlığı – Uşağın müvafiq valideyn məsləhəti və milli qanun çərçivəsində, fikir, vicdan və din azadlığı var.