Kütləvi İnformasiya Vasitələri (KİV) mütəxəssisləri və uşaq hüquqları
Jurnalistlər cəmiyyətin gözü, qulağı və səsidirlər. İnsan hüquqlarının çempionları kimi, onlar, hətta öz həyatları risk qarşısında qalarsa belə, diqqəti qanun pozuntusuna tərəf yönəldir, hökumət və digər əlaqədar qurumları insanların həyatında yaxşılığa doğru dəyişikliklər etməyə çağırır.
Jurnalistlər, fotoqraflar və proqram tərtibatçıları tez-tez, uşaqların özlərindən asılı olmayan hadisələr zamanı tutulmaları və ya onların böyüklər tərəfindən təhqirə və ya istismara məruz qalmaları halları ilə rastlaşırlar. Lakin, bu da vacibdir ki, KİV mütəxəssisləri “uşaq amilini” məlumatlarda həmişə şərti olaraq əks etdirsinlər. Qanunlarda və ya illik siyasətdə edilən dəyişikliklərin ən yaxşı yoxlama mexanizmi, edilən dəyişikliklər nəticəsində uşaqların əldə etdiyi xeyir və ya onlara dəyən ziyan hesab oluna bilər.
Birincisi və ən başlıcası, asılı və asanlıqla istismar və ya sui-istifadə oluna bilməsinə baxmayaraq, uşaqlara hörmət edilməlidir. KİV-lər uşaqları “günahsız məxluq” kimi təsvir etməkdənsə, uşaqlara danışmaq imkanı verməklə - onların özləri haqda, ümidləri, təhlükələri, nailiyyətləri, böyüklərin onlara qarşı münasibətləri, davranışları haqda danışmaqları ilə, ictimaiyyətə uşaq hüquqları barədə daha çox məqamları çatdıra bilərlər.
KİV-lər uşaqların hüquqlarının pozulma hallarına və cəmiyyətin onlara münasibətinə biganə qalmamalıdırlar.
Dostları ilə paylaş: |