Kütləvi İnformasiya Vasitələri (KİV) və Uşaq Hüquqları



Yüklə 248,38 Kb.
səhifə9/52
tarix28.12.2021
ölçüsü248,38 Kb.
#13173
1   ...   5   6   7   8   9   10   11   12   ...   52
Uşaqlar və ailə

  • Sizin məqaləniz yeni hökumət qanunlarının ailələrə necə təsirinin insanların daha yaxşı başa düşməsinə kömək edirmi? Sizin verdiyiniz məlumatlar insanlara qayğıya və müdafiəyə ehtiyacı olan uşaqlara kömək etməyə və ya hökumət, qeyri-hökumət orqanlarından yardım əldə etməyə şərait yaradırmı?

  • Sizin məqalə ailə qanunu sisteminin necə işlədiyini izah etməyə kömək edirmi?

Məsələn: boşanma prosesi haqqında yazarkən, uşaq cəlb olunduğu halda, uşağın hansı hüquqlara malik olduğuna, aliment kəsilməsi və ya uşağın kiminlə qalması məsələsinə xüsusi diqqət yetirirsinizmi?

  • Sizin məqaləniz faktlara əsaslanırmı və düzgünlüyünə əminsinizmi? Ad çəkmək və ya uşaqlara pis təsir edə biləcək hallardan qaçmısınızmı? Məşhur boşanmalar haqqında yazarkən, bunun uşaqlara təsirini də əhatə etmisinizmi? Siz bu məsələni cəlb edilən valideynlər və vəkillərlə müzakirə etmisinizmi?

  • Uşaq evlərində, internatlarda və başqa uşaqlara qayğı mərkəzlərində yerləşdirilmiş uşaqların identifikasiyası məsələləri ilə maraqlanmısınızmı, onların valideynləri ilə görüşmək hüquqları varmı? Mümkün hallarda, uşaqlara suallar vermisinizmi və onların fikirlərini nəzərə almısınızmı?

  • Uşaqların öz fikirlərini sərbəst ifadə edə bilmədikləri yerlərdə müvafiq prosedur qaydalara uyğun olaraq onları söhbətə cəlb edə bilmisinizmi? Rəhbərlik tərəfindən onların özlərini ifadə etmək hüquqlarına hörmət edilirmi?

Mətn Maddələr 6, 19, 24, 27, 28, 31, 32, 34, 35, 36 Maddələr 6, 19, 24, 24, 27, 28, 31, 32, 34, 35, 36 Yoxlama vərəqi




Yüklə 248,38 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin