Kütləvi İnformasiya Vasitələri (KİV) və Uşaq Hüquqları



Yüklə 248,38 Kb.
səhifə10/52
tarix28.12.2021
ölçüsü248,38 Kb.
#13173
1   ...   6   7   8   9   10   11   12   13   ...   52
Uşaq əməyi

  • Dövlətin uşaq əməyinin qorunması sahəsində həyata keçirdiyi məlumat kampaniyaları, təhsil, təlim, qaydalar, iş yerlərinin yoxlanılması və sair cəhdləri haqqında yazılar dərc edin. Hökumətininz uşaq əməyi haqqında Beynəlxalq Əmək Təşkilatının 29 (1930) və ya 138 (1973) saylı Konvensiyalarını təsdiq edibmi? Hökumətinizin əməyin müxtəlif formalarda istismarının azaldılmasını tələb edən 1999-cu il İyun ayında razılaşdırılmış yeni Konvensiyaya mövqeyi necədir?

  • Əsas mağazalarda malların mənbəyini yoxlayın. Mağazalar bilirlərmi ki, onlar harada və necə hazırlanmışdır. Müştərilərin də fikrini öyrənin.

  • Uşaq əməyindən gizli istifadə edən fabrikləri, uşaq faihşəliyini, qızların ev işlərini görmək üçün məktəbdən yayınma hallarını axtarın. Işləyən uşaqlarla söhbət edin – amma kimliyini məxfi saxlayın. Onlar hansı saatlarda işləyirlər? Onlar öz istəkləri ilə işləyirlərmi? Istədikləri vaxt işdən gedə bilərlərmi? Hökumət rəsmiləri onların iş şəraitini yoxlayırlarmı? Həmkarlar ittifaqları nə edirlər?

  • Uşaqların hüququ, fikirlərini ifadə etmək, təsəvvürlərindən istifadə etmək, istedadlarını tətbiq etmək başqaları ilə ünsiyyətdə olmaqdır. Doğrudanmı yoxsulluq şəraitinidə yaşayan və ya ailədən, dostlarından ayrılmış uşaq azaddır və həyatından həzz alır?

  • Uşaqların istedadından və mədəni fəaliyyətlərindən istifadə onları ruhlandırır. Uşaqların təhlükəli oyuncaqla törətdiyi hadisə də “yaxşı surət” kimi ictimaiyyətdə təsəvvür yaradır. Bu mövzularda yazmaq lazımdır.




Uşaq əməyi

  • Işləmək üçün rəsmi yaş məhdudiyyəti haqda fikirləşmisinizmi? Əgər uşaqlar dərsdən uzaqlaşdırılaraq işləməyə cəlb olunursa, bunun uzun müddətli nəticələri haqda fikirləşmisinizmi?

  • Iş sahiblərinin uşaqları şərti pozduqlarına görə cərimə etmələri hallarından yazmısınızmı? Işləyən uşaqlar arasında bədbəxt hadisələr haqqında statistik məlumatlara maliksinizmi?

  • Işləyən uşaqların fikirlərini məqalələrinizə daxil etmisinizmi?

  • ən çox yayılmış uşaq işlərinə - küçə alverçiləri, maşın və ayaqqabı silənlər və sairlərə fikir vermisinizmi? Onların necə işləmələrinə və nə qədər qazandıqlarına diqqət yetirmisinizmi? Məqalələrinizdə işləyən uşaqların sifətlərində olan qorxunu təsvir etmisinizmi?

  • QHT-lərdən uşaq əməyinin istismarı haqda məlumatlar əldə etmisinizmi? Onlar sizə bu işdə çox kömək edə bilərlər.

  • Məqalələrinizdə yaxşı və pis ərazilərdə oynayan uşaqların fərqləri haqda yazmısınızmı? Uşaqların oynadıqları ərazidə təsadüfən əzilməsi hallarına toxunmusunuzmu?

Mətn Maddələr 6, 22, 37,38 Maddələr 6, 22, 37, 38 Yoxlama vərəqi




Yüklə 248,38 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin