Əlillik sizin ölkənizdə endemikdirmi? Nəticələri və effektləri istifadə edin, xüsusilə də uşaqlarla. Diskriminasiya nəticəsində əziyyət çəkən uşaqlara ictimaiyyət qarşısında diskriminasiyanın ona necə təsir etdiyi haqda danışın.
Uşaqlar haqda məlumat toplayıb nəşr edən təşkilatlar mövcuddurmu? Toplanmış materiallar qızlar və oğlanlar, varlı və kasıb, kəndli və şəhərli, sağlam və əlil, etnik qruplar və s. arasinda olan diskriminasiyanı əks etdirirmi?
Qızlar və gənc qadınlar arasında və ya qaçqınlar, qeyri-millətlər və mühacirlər arasında bərabərlik tanınırmı? Milli azlıqlardan olan uşaqlar üçün səhiyyə, təhsil və ya iş imkanlarının yaradılması xidmətləri necə aparılır?
Diskriminasiyanın aradan qaldırılmasına həsr edilən prioritet proqramları araşdırın. Onlar necə monitor edilir və kim tərəfindən aparılır? Diskriminasiyanın ləğvi siyasəti ilə məşğul olan hökumət və qeyri-hökumət təşkilatlarının gördükləri işlər haqda yazın.
Diskriminasiya hallarına qarşı hökumət qanunvericiliyi haqqında, görülən tədbirlər barəsində yazın.
Dövlətin müxtəlif çatışmamazlıqlardan əziyyət çəkən uşaqlara qayğısından yazın. Məsələn, kasıbçılıq şəraitində yaşayan və ya QİÇS-yoluxmuş uşaqlar haqda və onların həyatında edilən müsbət dəyişikliklərdən yazın.