Məxfiliyin qorunması – Heç bir uşağın şəxsi həyatı, ailə həyatı, mənzilinin toxunulmazlığı və ya yazışma sirri hüququnun həyata keçirilməsi özbaşınalıqla və ya qanunsuz surətdə müdaxilə obyekti, yaxud onun şərəf və nüfuzuna qanunsuz qəsd edilmək obyekti ola bilməz.
Lazımi məlumata əlyetərlilik – dövlət, kütləvi informasiya vasitələrinin mühüm rol oynadığını qəbul edir və təmin edirlər ki, uşaq müxtəlif milli və ya beynəlxalq mənbələrdən informasiya və materiallar, xüsusən uşağın sosial, mənəvi və əxlaqi rifahına, habelə sağlam fiziki və psixi inkişafına köməyə yönəldilmiş informasiya və materialları ala bilsin.