Valideyn məsləhəti və uşağın inkişaf imkanları – iştirakçı dövlətlər valideynlərin və yerli adətdə nəzərdə tutulduğu kimi, müvafiq hallarda genişləndirilmiş ailə və ya icma üzvlərinin, qəyyumların, yaxud qanuna görə uşaq üçün məsuliyyət daşıyan digər şəxslərin bu Konvensiyada tanınan hüquqlarının onlar tərəfindən həyata keçirilməsində uşağı lazımınca idarə və ona rəhbərlik etməkdə olan qabiliyyətinə müvafiq surətdə yerinə yetirmək məsuliyyətinə, hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər.
Yaşamaq və inkişaf etmək – Hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və dövlət uşağın sağ qalmaq və sağlam inkişaf etmək imkanını maksimum mümkün dərəcədə təmin edir.
Ad və milliyət – uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir.
Mənsubiyyətin saxlanması– dövlət, qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu kimi, vətəndaşlıq, ad və ailə əlaqələri daxil olmaqla uşağın öz fərdiliyini saxlamaq hüququna hörmət bəsləməyi öhdələrinə götürürlər. Əgər uşaq fərdiliyinin bütün ünsürlərinin bir qismindən və ya hamısından məhrum olursa, onda iştirakçı dövlətlər dövlətlər onun fərdiliyinin tezliklə bərpa edilməsi üçün ona lazımi köməyi və müdafiəni təmin edirlər.