Cinsi sui-istifadə və ya uşaqların seksual istismarı haqqında yazılarınız kifayət qədər düzgündürmü? Onun “şok yaradan” təsiri həddən artıq şişirdilməmişdir ki, - hətta o cinayət xarakterli fəaliyyət kimi müşahidə olunarsa belə.
Cinsi sui-istifadəyə və ya istismara məruz qalan uşağı qurban kimi, cinayətkar kimi, yoxsa hüquqlara və toxunulmazlığa malik bir insan varlığı kimi təsvir etmisinizmi? Uşaqlara özləri haqda danışmağa imkan verilməsi məqsədəuyğun idimi? Uşağın kimliyini onun şəkli və ya verilən izahlar vasitəsilə təyin etmisinizmi? Məqaləniz əziyyət çəkən uşağı tapmağa imkan yaradan məlumatlar verirmi?
Uşaq şəklini çəkməyə razılıq veribmi? Ona məsuliyyət daşıyan yaşlı adam var idimi? Yaratdığınız surətlər cinsi sui-istifadəyə cəlb edilən uşaqları, yoxsa özləri könüllü surətdə bu işə maraq göstərən uşaqları əks etdirir? Uşaqların düzgün olmayan surətlərinin yaradılmasına qarşı hansı tədbirlər görülür?
Əminsinizmi ki, yazdığınız əhvalatlar “seks turizminin”, pornoqrafiyanın və ya uşaq istismarının başqa növlərinin yayılmasına xidmət etmir? Əminsinizmi ki, bu yazı seks xidmətində material kontekstində istifadə edilməyəcək?
Uşaqlar haqqında dərc edilən yazıların hansı təsiri gözlənilir? Onların müdafiə sistemi yaradılıbmı? Başqa sui-istifadə və istismarı hallarını toplamaq üçün məxfi kömək xətləri mövcuddurmu? Belə məlumatları çatdıran insanlar üçün hansı dəstək növləri var?
Mətn Maddələr 4, 42, 54 Maddələr 4, 42, 54 Yoxlama vərəqi