Seks məlumatlılığı və uşaqların cəlb olunduğu seksual fəaliyyət haqqında qanunlar barəsində yazılar dərc edin. Uşaqların seksual fəaliyyətinə razılıq verməmələri üçün yaş məhdudiyyəti varmı?
Cinsi sui-istifadə və uşaqların istismarı və qadağan hallarını təhqiq edin. Ailə daxilində olan cinsi sui-istifadəyə aid başqa ölkələrdə baş verən faktlardan misal gətirin. Bu məlumatların düzgünlüyünə əminsinizmi? Bütün uşaqlar (əlil və nəzarətdə olan uşaqlar da daxil olmaqla) ailələrində, məktəblərində və ya təhsil müəssisələrində baş verən cinsi sui-istifadə hallarını təhlükəsiz olaraq açıqlaya bilərlərmi? Polislərə, sosial işçilərə, müəllimlərə və səhiyyə işçilərinə belə hallarla işləmək üçün lazımi təlimatlar verilibmi? Məxfilik, müdafiə və məsləhətlər necə təmin edilir?
Uşaq pornoqrafiyalarının istehsalı, yayılması və saxlanması qanun pozuntusu sayılırmı? Uşaqlardan sui-istifadə və fahişəlik hallarının qarşısını almaq üçün görülən tədbirləri, uşaqların pornoqrafiyadan, telefon “seks xətlərindən” və İnternet pornoqrafiyasından müdafiəsi hallarını təhqiq edin.
Belə şikayətlər əsasında yaranan hüquqi prosedur qaydalardan yazın. Uşaq şahidlərin müdafiəsi necə təmin olunur? Onlarla cinayətkar kimi davranırlarmı və ya istintaq prosesində onlar ziyan çəkirlər? Sizin ölkənin vətəndaşları başqa ölkələrdə uşaq istismarına görə ittiham edilə bilərlərmi?
Cinsi sui-istifadə və uşaqların istismarı hallarının istintaqı, həm uşaqlar, həm də jurnalistlər üçün lazımi və peşəkar səviyyədə təhlükəsiz keçirilməlidir. Kommersiya məqsədi ilə uşaqların istismarı hallarının istintaqı ən yüksək səviyyədə təhlükəsiz həyata keçirilməlidir.