Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsi sahəsində hökumətiniz hansı işləri yerinə yetirmişdir? Onun yayılması prinsiplərinin tələblərinə əməl edilirmi? Bu sahədə hesabatların verilməsində cədvəldən geri qalma halları varmı? Əgər varsa, səbəb nədir? Ictimai məsləhətləşmələr olurmu?
Uşaq Hüquqları üzrə Komitənin cavablarına ictimai rəy verilirmi? Nəticədə hansı tədbirlər planlaşdırılır? Növbəti hesabat nə zaman olmalıdır? Ərazinizə məsul nümayəndədən müsahibə götürün.
Ölkənizdə Konvensiyanın icrasına məsul şəxsdən müsahibə götürün. Proqress (yəni irəliləyişin olmaması) barəsində müzakirələr aparın. Uşaqların cavab verəcəyi suallar tapın. Uşaqlara müsbət təsir edəcək rəsmi öhdəliklərlə və ya uşaqların spesifik problemləri ilə tanış olun.
Qeyri-hökumət təşkilatlarının (QHT) uşaqların həyatının yaxşılaşmasına yönələn tədbirlərində hökumət necə iştirak edir? Ölkənisdəki QHT-lər Uşaq Hüquqları Konvensiyasına müraciət ediblərmi? Onların topladıqları məlumatlar nə dərəcədə düzgündür və hökumətin tələblərinə şübhə yaratmır ki?
Uşaqların həyatlarının yaxşılaşmasına yönələn tədbirlər haqqında yazın. Uşaqlar bunu necə təsəvvür edirlər?