Gənclər və böyüklər qanun qarşısında müxtəlif cür məsuliyyət daşıyırlarmı? Gənclər daha çox cinayət qurbanı olurlarmı? Cinayət qurbanı olan gənclər necə qəbul edilirlər? Gənc cinayətkarın hüquqları qorunurmu?
Uşaqlar polisləri necə qəbul edirllər? Polis uşaqlarla necə davranır, xüsusilə də şübhəli qismində saxlanılan uşaqlarla? Hakimlər, vəkillər, polislər və həbsxana nəzarətçiləri necə hazırlanmışlar və necə təyin ediliblər? Onların uşaq hüquqlarından xəbərləri varmı?
Məhkəmə sistemində tutulmuş uşaqlar haqqında KİV vasitəsilə məlumat yayılmasında qadağan elementlərini araşdırın – məhkəmə proseslərini, həbs edilmə və həbsdən sonrakı qayğı proseslərini araşdırın. Bunlar qanunauyğun yerinə yetirilirmi? Qanun pozmuş uşaqların adlarının hallanmasının qarşısını alan qanun mövcuddurmu?
Məhkəmə sisteminin əsas məqsədi uşaqları düzgün yola gətirmək, yoxsa cəzalandırmaqdır? Uşaqlara cismani cəza verilməsi halları azalıbmı? Islah-əmək koloniyalarında uşaqların vəziyyəti ilə maraqlanın. Həbs rejimi ancaq axırıncı cəza tədbiri kimi işlədililirmi? Uşaqlar üçün bərpa dövrlərindən və sinaq müddətindən istifadə edilirmi?
Uşaqlar arasında narkotik maddələrin istifadə edilməsi hallarını araşdırın. Nə üçün onlar narkotik maddələrə qurşanıblar? Onlar narkotik madddələri asanlıqla əldə edirlərmi? Onlar buna görə cəzalanırlar, yoxsa sağaldılırlar. Onlara narkotik maddənin törətdiyi fəsadlar haqqında məlumat verilirmi