Kvant elektronikasının əsasları



Yüklə 0,9 Mb.
səhifə17/28
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41795
1   ...   13   14   15   16   17   18   19   20   ...   28
Kvant elektronikasının əsasları-son

2.3. Neodim lazeri

Bərk cisimlər əsasında hazırlanmış və işci dörd enerji səviyyəsi olan lazerlər praktikada geniş yayılmışdır. Bu lazerlərdən ən böyük üstunlükləri olan neodim lazeridir. Neodim lazerinin fəal mühiti şüşəyə neodim (Nd3+) ionlarını qarışdırmaqla alınır. Bele fəal mühiti hazırlamaq çox asandır. Fəal mühit yüksək dərəcədə optik bircinsdir. Burada maddənin ölçüləri ilə əlaqədar ol an məhdudiyyəti asanlıqla aradan qaldırmaq mümkündür.

Şəkil 1-də dördsəviyyəli lazerin fəal mühitinin enerji səviyyələri sxemi göstərilmişdir. Burada E1 əsas E2, E3 və E4 isə həyəcanlanmış enerji səviyyələridir. İşığın təsirilə E1→ E4 keçidində udulma baş verir. Sonra zərrəciklər E4 →E3 qeyri-optik keçid nəticəsində E3 metastabil enerji səviyyəsində toplanırlar. Zərrəciklərin inversiya halı E3Е2 keçidində yaranır. Lazer şüalanması E3→E2 keçidində λ = 1,06mkm dalğa uzunluğunda baş verir. Bu sistemdə inversiya halı N3 > N2 yaratmaq üçsəviyyəli sistemə nəzərən olduqca asandır. Bunun səbəbi dördsəviyyəli sistemdə E2 enerji səviyyəsinin boş olmasıdır. Neodimdə həyəcanlanmanın təsiri altında zərrəciklərin enerji səviyyələrinə görə paylanması şəkil 2-də göstərilmişdir. Real parametrlər üçün N4 absis oxu ilə üst-üstə düşür. Aydındır ki. inversiya N3 > N2 halı bu sistemlərdə asan yaranır. Generasiya rejimini xarakterizə etmək üçün nisbi inversiya y = (N3-N2)/N kəmiyyətindən istifadə olunur. Dö rdsəviyyəli lazerdə generasiya prosesini təsvir etmək üçün nisbi inversiya tənliyi aşağıdakı kimidir:

(1)

(1) düsturundan nisbi inversiyanın stasionar qiyməti üçün alırıq:



(2)

Neodim lazeri də yaqut lazeri kimi iki iş rejimində işləyə bilər. Sərbəst generasiya rejimi relaksasiya rəqsləri şəklində baş verir.

Hal-hazırda ən perspektivli bərk cisim lazeri YAG (YAl5O12) kristal quruluşu əsasında işləyən lazerdir. Bu halda işçi zərrəciklər neodim Nd3+ və yaxud xrom Cr3 + ionlarıdır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin