Kvant elektronikasının əsasları



Yüklə 0,9 Mb.
səhifə21/28
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41795
1   ...   17   18   19   20   21   22   23   24   ...   28
Kvant elektronikasının əsasları-son

2.6. Molekulyar lazerlər

İlk molekulyar lazer 1965-ci ildə Patel (ABŞ) tərəfindən yaradılmış CO2 lazeridir. C02 molekullarının rəqsi enerji səviyyələri arasında inversiya halı yaradılır. Məlumdur ki, C02 molekulunda üç növ rəqsi hərəkət mümkündür: simmetrik, antisimmetrik və deformasiya rəqsləri (şəkil-1). Ona görə də həmin molekulun rəqsi enerji səviyyələri üç qrupdan ibarətdir. Enerji səviyyələri kvant ədədlərinin kombinasiyası ilə işarə olunur: υ1, , υ3. Burada υ1 simmetrik, -deformasiya, υ3 -antisimmetrik rəqslərə uyğundur. l- indeksi deformasiya rəqslərini ikiqat cırlaşmasını nəzərə almaq üçün yazılır. C02 lazerinin işində əsas elektron halının bəzi aşağı rəqşi enerji səviyyələri iştirak edir ( şəkil 2). İnversiya halı E5→E4 (λ=10,6 mkm) və E5→E3 (λ=9,6 mkm) keçidlərində yaranır. Adətən C02 lazerlərində azot N2 qarışığından istifadə olunur. Azotun E2 və CO2 qazının E5 enerji səviyyələri üst-üstə düşür. Ona görə də C02 qazının E5 enerji səviyyəsi həmçinin azot molekullarının enerjisinin rezonans şəkildə ötürülməsi nəticəsində zərrəciklərlə dolur. Bir çox hallarda C02 və N2 qaz qarışığına He da əlavə olunur. He qazının əlavə olunması nəticəsində zərrəciklərin sayı E5 səviyyəsində artır və E3, E4 səviyyələrində isə azalır. Nəticədə C02 lazerinin çıxış gücü artır. Qeyd etmək lazımdır ki, E3, E4və E5, enerji səviyyələrinin fırlanma enerji səviyyələri də vardır. Təcrübə göstərir ki, C02 lazerində ən effektiv generasiya edən dalğa λ=10,6 mkm (E5→E4 ) -dır. C02 lazerinin şüalanma gücü fasiləsiz rejimdə onlarla kVt və f.i.ə. 20-30%-dir.

C02 lazeri vasitəsilə nəhəng işıq impulslarını almaq mümkündür. СО2 molekulunun həyəcanlanma səviyyəsində yaşama müddəti 10-3 saniyə olduğuna görə həmin səviyyədə maksimal sayda zərrəcik toplanan halda əks rabitəyə qoşulur və 10-100 nsan davam etmə müddəti olan impuls alınır. Belə impulsların pikdə gücü 10 MVt olur.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin