Лабораторийа иши №1



Yüklə 0,57 Mb.
səhifə3/10
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#39683
1   2   3   4   5   6   7   8   9   10
Lab 1 IKT

Ünvan şini - əməli yaddaş qurğusunda yadda saxlanan informasiyanın ünvanı müəyyən olunur və 32, 64 mərtəbəli ünvan şinləri istifadə olunur.

Verilənlər şini – bu şində mikroprosessorun registrlərindən və əksinə əməli yaddaşdan verilənlərin surətinin alınması aparılır.

Əmrlər şini – mikroprosessorun verilənləri emal etməsi üçün lazım olan əmrləri ötürmək üçün nəzərdə tutulmuşdur.

Əməli yaddaş qurgusu (RAM) ana plata üzərində yerləşir və mikroprosessorda yerinə yetirilən əməliyyat üçün lazım olan verilənləri və əmrləri müvəqqəti yadda saxlamaq üçündür. Əməli yaddaş qurğusu dinamikstatik tiplərdə olur. Statik tipli yaddaşın qiymətinin bahalı olmasına baxmayaraq işləmə sürəti daha yüksək olur. Əməli yaddaşdan ədədin oxunması təqribən 5060 nanosaniyə müddətində olur. Bu isə yüksəksürətli mikroprosessorun (CPU) işini ləngidir. Bu problemi aradan qaldırmaq üçün Keş-yaddaşdan istifadə edirlər. Keş-yaddaş ana plata üzərində mikroprosessorla (CPU) əməli yaddaş arasında yerləşir. Keş-yaddaşa müraciət vaxtı 56 nanosaniyə olur. Keş-yaddaşın məlumat tutumu 128-1024 Kbayt həcmində olur. Keş-yaddaşın özü əsasən iki səviyyəli olur. I-ci səviyyəli keş-yaddaş Level 1 adlanır və mikroprosessorun içərisində olur. II-ci səviyyəli keş-yaddaş Level 2 adlanır və mikroprosessorla əməli yaddaş arasında ana plata üzərində yerləşir. Ana plata üzərində yerləşən CMOS (Complimentary Metal Oxide Semiconductor – metal - oksid - yarımkeçirici) mikrosxemi fərdi kompüterin konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin