Laboratoriya işi № 1
İşin adı: Fərdi kompüterin aparat vasitələri. Klaviatura
İşin məqsədi: Fərdi kompüterin aparat vasitələrinin və klaviatura klavişlərinin təyinatının öyrənilməsi
NƏZƏRİ HİSSƏ
Fərdi kompüterin tərkib hissələri konfiqurasiya adlanır və iki yerə bölünür:
Aparat (texniki) təminatı (konfiqurasiyası)
Proqram təminatı (konfiqurasiyası)
Fərdi kompüterlərin aparat təminatı(konfiqurasiyası) öz növbəsində iki yerə ayrılır:
Əsas avadanlıqlar (Baza komplekti) və - Köməkçi (Əlavə) avadanlıqlar.
B
aza komplektinə daxil olan qurğu və avadanlıqlar 4 (dörd) əsas qurğulardan ibarətdir:
Sistem bloku;
Monitor;
Klaviatura;
Maus(Siçan).
Sistem bloku qida mənbəyinin yerləşdiyi korpusdan, üzərində əməli yaddaş və mikroprosessor olan ana platadan, səs kartından, yumşaq maqnit disk qurğusundan (3,5/FDD), sərt maqnit disk qurğusundan (HDD), CD(DVD)-ROM(RW)-dan və bəzi əlavə qovşaqlardan ibarət olur. Eyni zamanda sistem blokunda giriş və çıxış qurğularını, klaviaturanı, mouse, monitoru və printeri qoşmaq üçün bir neçə ardıcıl və paralel portlar yerləşir. Fərdi kompüterlərdə əsasən iki tip sistem blokundan: AT- Advanced Technology (qabaqcıl texnologiya) və ATX - Advanced Technology eXtended (genişləndirilmiş qabaqcıl texnologiya) istifadə olunur.
IBM PC/AT - 286, 386, 486, Pentium I və II tipli kompüterlərdə AT tipli – sistem blokundan istifadə olunubdur.
Pentium II, III və IV tipli fərdi kompüterlərdə isə ATX tipli sistem blokundan istifadə olunur. ATX sistem blokunda enerjiyə təlabat çox azdır. Bəzi firmaların (Apple, Compaq) fərdi kompüterlərində sistem bloku monitorla birlikdə bir korpusda yerləşmişdir.
Dostları ilə paylaş: |