Laboratoriya 7 ms power Point 2010 proqramında müxtəlif təqdimatların yaradılması



Yüklə 1,1 Mb.
səhifə2/4
tarix03.12.2022
ölçüsü1,1 Mb.
#72038
növüПрезентация
1   2   3   4
laboratoriya işi 7

klavişini basmaqla və ya Home menyusunun alətlər panelinin Slides bölümündəki düyməsini çıqqıldatmaqla bir neçə yeni slayd yartmaq olar.
Birinci slaydı aktivləşdirin. Bu slayd, adətən, təqdimatın titul slaydı olur və burada təqdimatın adı, onun müəllifi kimi məlumatlar yerləşdirilir. Slaydın Click to add title sahəsinə təqdimatın başlığını yazın. Başlığın daha cəlbedici olmasını istəyirsinizsə, WordArt alətindən istifadə edin.
İkinci slaydı aktivləşdirin və onun üçün yeni tərtibat (maket) seçin. Bu məqsədlə Home menyusunun alətlər panelinin Slides bölümündəki düyməsini çıqqıldadın. Müxtəlif slayd maketləri təklif olunacaq.

Content with Caption maketini seçin. Adətən, mətn və şəkli bir slaydda yerləşdirmək üçün bu maketdən istifadə olunur.
Click to add title sahəsinə slaydın başlığını yazın. Click to add text sahəsinə həmin mövzuya aid informasiya əlavə edin.
Slayda həmin mövzu haqqındfa şəklini əlavə etmək üçün qrupundan düyməsini çıqqıldadın. Şəkilləri saxladığınız qovluğa keçin və uyğun şəkli tapıb seçin.
Üçüncü slaydı aktivləşdirin və onun üçün də ikinci slayddakı maketi seçin. Bu slayda mövzuya uyğun video əlavə edin. Slaydın başlığına mövzunun adını adını daxil edin, mövzuya aid videonu düyməsindən istifadə edərək və ya İnsert menyusunun Media lent qrupundan müvafiq düyməni basaraq yerləşdirin. Lazımi qovluqdan video faylı tapıb slayda əlavə edin. Ekranda dialoq pəncərəsi əks olunacaq.

Videonun slayd açılanda avtomatik işə salınmasını istəyirsinizsə, Automatically variantını seçin. When Clicked variantını seçsəniz, slayd açılandan sonra videonu işə salmaq üçün siçanın sol düyməsini çıqqıldatmaq lazımdır. Adətən, təqdimatın nümayişi zamanı ikinci varianta üstünlük verilir. Slaydda video faylın şəkli əks olunacaq. Həmin şəklin ölçülərini və slaydda yerini öz istəyinizə uyğun tənzimləyin.
Insert menyusunda Header & Footer düyməsini çıqqıldadın. Açılan dialoq pəncərəsində Slide Number sətrini qeyd edib Apply to All düyməsini çıqqıldadın. Təqdimatdakı slaydlar birincidən başlayaraq ardıcıl nömrələnəcək.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin