Slide Show menyusuna keçin və düyməsini çıqqıldadın. Hazırladığınız təqdimat birinci slayddan nümayiş olunmağa başlayacaq. Slaydların nümayişini sona çatdırıb adi rejimə keçmək üçün Esc klavişini basın. Fayla uyğun ad verib şəxsi qovluğunuzda saxlayın.
Təqdimatı hazırladıqdan sonra, yaxud onun üzərində iş gedişində müəyyən slaydların yerini dəyişmək lazım gəlir. Bunun üçün slaydların çeşidlənməsi (Slide Sorter View) rejimindən istifadə etmək olar. Bu rejimə keçmək üçün proqram pəncərəsinin aşağısında status zolağında yerləşən düymələrindən Slide Sorter View düyməsini, yaxud View menyusunda Slide Sorter düyməsini çıqqıldadın. Bu rejimdə asanca slaydların yerini dəyişdirmək, yeni slaydlar əlavə etmək və slaydları silmək olar.