Laboratoriya 7 ms power Point 2010 proqramında müxtəlif təqdimatların yaradılması


Slaydda animasiya effektlərindən istifadə edilməsi



Yüklə 1,1 Mb.
səhifə3/4
tarix03.12.2022
ölçüsü1,1 Mb.
#72038
növüПрезентация
1   2   3   4
laboratoriya işi 7

Slaydda animasiya effektlərindən istifadə edilməsi
Slaydın hər bir obyektinin əks olunmasını animasiya ilə mü­şa­yiət etmək olar. Bunun üçün ilk öncə obyekti qeyd etmək, lentin Ani­masiya (Aнимация, Animation) bölməsinin Animasiya(Aни­­мация, Animation) qrupunun düyməsini sıxmaq və bu zaman açı­­lan siyahıdan animasiya effektlərini seçib sıçanın sol düyməsini iki dəfə sıxmaq lazımdır. Siyahıda verilmiş animasiya effektləri isti­­fadəçini qane etmədikdə o, Giriş üçün əlavə effektlər (Допол­ни­­тельные эффекты входа, More Entrance Effects), Qeyd edil­­mənin əlavə effektləri (Дополнительные эффекты, More Emphasis Effects), Çıxış üçün əlavə effektlər (Дополнительные эффекты выхода, More Exit Effects), Fərqli hərəkət trayektoriyası (Другие пути перемещения, More Motion Paths) əmrlərdən birini yerinə yetirib, açılan pəncərədən fərqli animasiya effekti seçə bilər.
Ehtiyac olarsa, animasiya üçün əlavə parametrlər müəyyən etmək olar. Bunun üçün Animasiya oblastı (Область Aнимации, Animation Pane) qru­pu­nun düyməsini sıxmaq və bu zaman açılan dialoq pən­cə­rə­si­nin (şək.3.3.4.1) Effekt (Эффект, Effect) bölməsində animasiya tən­zimləmə parametrlərini, o cümlədən səssiz və ya hansı səslə mü­şa­yiət olunması parametrlərini, Vaxt (Время Timing) bölməsində isə animasiyanın sürətini, fasilə vaxtını və təkrar olunma para­met­rini müəyyən etmək olar. Qeyd edək ki, obyektin tipindən və ani­ma­siyanın növündən asılı olaraq, nizamlama parametrləri müxtəlif ola bilər. Obyektin tipindən asılı olaraq, əlavə parametrlərin müəy­yən olunması üçün dialoq pəncərəsinin üçüncü bölməsi ola bilər. Mə­sələn, dialoq pəncərəsində diaqramlar üçün əks olunan üçüncü – Diaqramın animasiyası (Анимация диаграммы, Diagram Animation) bölməsində animasiya üçün əlavə olaraq qruplaşma para­­metrini müəyyən etmək olar.
Təqdimatda bir slayddan digər slayda animasiyalı keçidin təşkili
Adətən, təqdimatın nümayişi zamanı slaydlar siçanın sol düy­məsi sıxılmaqla sadəcə olaraq bir-birini ekranda əvəz edir. Slayd­ların animasiyalı keçidini təşkil etməklə nümayişi daha maraqlı, baxımlı etmək olar. Bunun üçün təqdimat sahəsində slaydı qeyd etmək, lentin Keçid (Переход, Transition) bölməsinin Bu slayda keçid (Переход к этому слайду, Transition to This slide)qru­pu­nun düyməsini sıxmaq və açılan siyahıdan animasiya effektini seçmək və siçanın sol düyməsini iki dəfə sıxmaq lazımdır. Keçid effekti üçün Vaxt (Время показа слайдов, Timing) qrupunun Sürət (Скорость, Speed) aləti vasitəsilə animasiyanın sürətini, slayd­ların keçidinin səslə müşayiət olunması üçün Səs (Звук, Sound) açılan siyahısından səs variantlarından birini, slaydın əvəz­olun­ma rejimini – istifadəçi tərəfindən siçanın sol düyməsini sıx­maq­la və ya istifadəçi tərəfindən müəyyən olunan zaman inter­va­lın­dan sonra avtomatik olaraq digər slaydla əvəzolunma rejimini seç­mək lazımdır. Müəyyən olunan animasiya rejiminin qeyd olun­muş slayda deyil, bütün slaydlara tətbiq etmək üçün Hamısına tət­biq etmək(Применить ко всем слайдам, Apply to All) düy­mə­si­ni sıxmaq lazımdır.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin