Laboratoriya Işi №1 Mövzu: İnformasiya texnologiyaları anlayışı


Təhsil sistemində İKT  infrastrukturunun inkişaf etdirilməsi



Yüklə 5,74 Mb.
səhifə52/67
tarix21.12.2023
ölçüsü5,74 Mb.
#188936
1   ...   48   49   50   51   52   53   54   55   ...   67
informatika lab.isi

Təhsil sistemində İKT  infrastrukturunun inkişaf etdirilməsi
Bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə onların İKT-dan səmərəli istifadəsi ilə müəyyənləşir. İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik yeni nəslin formalaşmasına birbaşa təsir məsələsidir. Son illər təhsil sistemində İKT infrastrukturunun inkişafı və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet mövzulardan biridir. 
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirir ki, ölkədə müasir texnologiyaların təhsildə tətbiqində əsasən Avropanın bu sahədə inkişaf etmiş dövlətlərinin təcrübəsindən istifadə olunur. Müasir təlim metodlarından istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird, şagirdlər, habelə məktəblə ev arasında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Ölkə başçısı İlham Əliyev neftdən sonra İKT-nı ölkədə prioritet sahə elan edib və Azərbaycan təhsil mühitində İKT-nin geniş şəkildə istifadə edilməsi üçün iki dövlət proqramı imzalayıb. Bunlardan biri 2004-2008-ci iləri, digəri isə 2008- 2012-ci illəri əhatə edən Dövlət proqramlarıdır. Xüsusi ilə ölkə prezidentinin 10 iyun 2008–ci il tarixli, 2856 nömrəli Sərəncamı ilə imzalanmış “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” bu sahədə dinamikanı daha da artırdı. 20 məktəb “Elektron Məktəb” pilot layihəsinə qoşulub. Ümumilikdə 20 “Elektron məktəb”dən 226 dəst 2005-ci ildə verilmiş kompüter avadanlığı götürülərək modernizasiya edilib. Əvəzində isə “Elektron məktəb”lərə 300 yeni personal kompüter paylanıb. Bakı və Sumqayıt şəhərlərindən “Elektron məktəb” pilot layihəsi çərçivəsində seçilmiş ümumtəhsil məktəbinə 236 ədəd və “İntel” Korporasiyası tərəfindən 100 ədəd noutbuk hədiyyə verilib. Artıq ölkədə “Bir şagird bir kompüter” layihəsinə başladığını da bildirir. Həmçinin 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub və Milli Təhsil Portalı yaradılıb.Göstərilən müddət ərzində 5800 nəfər inzibati-idarəetmə, 25180 nəfər pedaqoji və 800 nəfər texniki heyət bu kimi təlimlərə cəlb olunub. Respublikada təhsil sisteminin informasiyalaşdırılması üzrə normativ-hüquqi sənədlər hazırlanıb. Həyata keçirilən Dövlət proqramları nəticəsində əgər 2004-cü ildə ölkə üzrə hər 1063 şagirdə 1 kompüter düşürdüsə, bu gün bu rəqəm artıq hər 20 şagirdə 1 kompüter nisbətinə endirilib.
Əlbəttə, bütün bu sadalananlar ölkə təhsil sisteminin tam multimediya müstəvisinə keçməsini hələ başa çatdırmasa da, belə bir cəhdin olması ümüdvericidir. İstənilən insanın informasiya cəmiyyətinin vətəndaşına çevrilməsi üçün cəmiyyətin kütləvi şəkildə hazırlanması və onlarda İKT təfəkkürünün formalaşması zəruridir. Bütün bu proseslərin önündə intellektual aləmin informasiyalaşdırılması təhsilin müxtəlif pillələrində İKT-nin tətbiq olunmasına gətirib çıxarır.



Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin