Laboratoriya Işi №1 Mövzu: İnformasiya texnologiyaları anlayışı


Təhsildə multimedia inqilabına doğru



Yüklə 5,74 Mb.
səhifə54/67
tarix21.12.2023
ölçüsü5,74 Mb.
#188936
1   ...   50   51   52   53   54   55   56   57   ...   67
informatika lab.isi

Təhsildə multimedia inqilabına doğru
Bu gün ölkə təhsil sistemində müasir texnologiyanın tam tətbiqinin başa çatdırılması hədəfə çevrilib. Bu ölkə başçısının təsdiq etdiyi İKT-ın təhsildə tətbiqi ilə bağlı ikinci Dövlət proqramında da geniş əks olunub.
Təhsil Nazirliyindən bildirirlər ki, proqramdan irəli gələrək cari ildə bir çox layihələr nəzərdə tutulub. Layihələr çərçivəsində Təhsil Şəbəkəsinə əlavə 400 təhsil müəssisələrinin qoşulması, onların yüksək sürətli internetə çıxışla təmin edilməsi, 2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər “Elektron Məktəb” və 23000 nəfər pedaqoji heyətin təlimlərə cəlb olunması nəzərdə tutulub. Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərində köhnə kompüterlərin əvəzinə yeni 1500 ədəd kompüterlərin verilməsi ilə yanaşı, regionlardan daha 10 məktəbin “Elektron Məktəb” Layihəsinə əlavə olunması cari il nəzərdə tutulan planlardandır. 
Sonuncu proqramda əsas vəzifələrdən biri təhsilin özünün müəyyən çərçivələrdəki fəaliyyətində sərhədləri aşaraq fasiləsiz inkişaf etməsi məsələsidir. Yəni, yaşından, sosial təbəqəsindən asılı olmayaraq insanın elektron yolla təhsilə çıxış imkanlarının artırılması, Azərbaycan vətəndaşlarının bütün təbəqələrinin təhsil almaq imkanlarına malik ola bilməsidir. Ölkəyə müasir texnologiyaların gəlməsi yaxşı hal olması ilə bərabər, yeni reallıqlar da ortaya çıxarır, yəni təhsildə, elmdə yeni müstəvilər yaranır. Bu sahədə vacib məqamlardan biri də sistemin tətbiqi zamanı təhsilin idarə olunmasıda İKT-nın təchizatı məsələsidir. Bu da təhsilin yeni mühitdə, yeni əsaslarla formalaşmasında real imkanlar yaradır. Burada qarşıda duran problem də istənilən ixtisasa malik müəllimlərin biliklərinin, təfəkkürünün informasiya əsasında formalaşması, dərs dedikləri bütün materialların kompüter vasitəsi ilə şagirdlərə, tələbələrə çatdırılması, yəni bir sözlə elektron müəllimin hazırlanması çox mühüm vəzifələrdən biridir.
İnkişaf problemsiz olmur
Bu gün təhsildə müasir texnologiyanın tətbiqi kimi qlobal əhəmiyyətli, mürəkkəb texnoloji problemin həlli bir sıra – təşkilati, texniki, elmi-metodik, layihələndirmə, kadr, maliyyə və s. kimi məsələlərin kompleks həllini tələb edir. Bəşər tarixində heç bir təhsil yeniliyi, təhsil islahatı, təhsil innovasiyası bu qədər inqilabi dəyişiklərə səbəb olmamış, diqqət cəlb etməmiş, bu qədər investisiya tələb etməmişdir. Problemin ciddiliyi həm də onunla əlaqədardır ki, İKT bu gün elə sürətlə inkişaf edir ki, təhsil sistemi kimi tarixən ətalətli bir sahə bu yeniliklə heç də asan ayaqlaşa bilmir. Lakin İKT-nin təhsil sisteminə və ayrı-ayrı fərdlərin, qrupların, cəmiyyətin intellektual inkişafına, insan potensialının inkişafına təsir imkanı nəzərə alınaraq bu problemin həlli ilə Azərbaycan da daxil olmaqla bütün sivil dünya ciddi məşğuldur.
Bu sahədə qarşıya çıxan problemin həllində ilk növbədə beynəlxalq təcrübələrdən yararlanmaq lazımdır. O, bu sahədə daha çox İsveç, Finlandiya və Pribaltika ölkələrinin təcrübəsindən istifadəyə üstünlük verir. Azərbaycan ilk növbədə ona yaxın olan ölkələrin təcrübəsindən istifadə etməlidir. Buna daha çox Pribaltika ölkələrini misal göstərmək olar. Çünki onlar postsovet ölkələri olduğu üçün bu sahədə bizimlə oxşarlıqları daha çoxdur.
Azərbaycan İnternet Forumunun sədri Osman Gündüz hesab edir ki, məktəblərə verilən avadanlıqlar, müəllimlərin İKT biliklərinin artırılması və məktəblərdə internetdən istifadə birbaşa tədris prosesinə inteqrasiya olunmalıdır: “Bu İKT-nin təhsildə tətbiqi məsələsində problemləri yumşaltmağa xidmət edir. Hər şeydən əvvəl yerlərdə İKT maarifləndirilməsi həyata keçirilməlidir. Yəni hansısa məktəbə verilən kompüterdən istifadə, müəllimlərin bu sahədə hazırlığı birbaşa tədris prosesində özünü göstərməlidir. İnteqrasiya baş verməlidir. İKT-nın təhsildə tətbiqi ilə bağlı növbəti illərdə məhz belə şeylərə daha çox diqqət yetirilməlidir”. 
Azərbaycan müstəqilliyə qədəm qoyduğu illərdən bəri öz inkişaf yolunda bir çox çətinliklərlə üzləşib, lakin regionda artıq lider dövlətə çevrilir. İstənilən sahədə inkişaf problemsiz olmur, o cümlədən də cəmiyyətin həssas yeri olan təhsildə. Müasir təhsilimiz inkişafı və müasir texnologiyanın ona tətbiqi bir çox çətinlikləri və ziddiyyətləri də özü ilə gətirir. Bu təbiidir, çünki inkişaf ziddiyyətdən doğur. Ən böyük zərurət isə, heç zaman təhsilsiz olmamaqdır.
Təhsil sisteminin informasiyalaşdırılması təhsildə elektron dərsliklərin istifadəsi üçün yol açır. Elektron dərsliklər hər şagirdə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün şərait yaradır, onlara passiv müşahidəçi yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən şagird olmaq üçün imkan verir. 
Elektron dərslik böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək və yeni tədris metodlarının inkişafına yardım edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin