Laboratoriya Işi №3 Mövzu:Kompyuter və təhsil. Təhsildə İKT-nin tətbiqi. Elektron təhsil Məqsəd:Müasir texnologiyaların təhsilə təsirini göstərməsi
Müasir informasiya cəmiyyətində tələbə lazımi məlumatı axtarmaq, seçmək, təhlil etmək, yeni informasiya yaratmaq, bu əsasda mövqe formalaşdırmaq, qərar qəbul etmək və qərarı həyata keçirmək kimi səriştələrə yiyələnməlidir. Müəllimin əsas funksiyası şagirdlərə öyrənməyi öyrətməkdir. Bunun üçün müəllim özü daima inkişafda olmalıdır. «Elmi biliklərin həcmi bu gün sürətlə artır, təhsilin məzmunu fasiləsiz təkmilləşir, yaranan yeni biliklər davamlı olaraq universitet proqramlarına daxil edilir. Lakin universitetdə tədris materialının öyrənilməsinə ayrılmış vaxt məhduddur. Belə vəziyyət tədris prosesində müasir texnologiyalardan, innovativ təhsil metodlarından vəziyyət dəyişmişdir. İndi müəllim informasiya mənbələri ilə tələbə arasında vasitəçi funksiyasını yerinə yetirir. O, tələbəyə müxtəlif təyinatlı informasiya mənbələri ilə səmərəli iş metodlarını, informasiya proseslərini öyrətməlidir. Bütün bu xüsusiyyətlər ali təhsilin, o cümlədən pedaqoji təhsilin məzmun və texnologiyasını təkmilləşdirməyi tələb edir. Müasir pedaqoji təhsilin məqsədi informasiya cəmiyyətinin, innovasiya cəmiyyətinin tələblərinə uyğun yeni formatlı müəllim kadrları hazırlamaqdır. Pedaqoji təhsilin İKT əsasında innovativ inkişaf layihələrinin hazırlanması və icrası zəruri maliyyə dəstəyi olmasa mümkünsüzdür. Bu, müasir tələblərə cavab verən müəllim kadrlarının hazırlanması üçün zəruridir. Məlum olduğu kimi, bu təhsil pillələrinin hər birinin inkişafı üçün xüsusi dövlət proqramları təsdiq edilib, icrasına maliyyə vəsaiti ayrılıb. Bu inkişaf proqramların mühüm tərkib hissəsi təhsilin informatlaşmasına xidmət edir. Milli təhsilin informatlaşması prosesinin strateji-konseptual, elmi-metodiki, resurs, kadr təminatı problemlərinin həllində pedaqoji institutların potensialını yüksəltməklə bu sahədəki problemləri həll etmək olar. Respublikada pedaqoji elmlər üzrə olan alimlərin böyük qismi ali pedaqoji təhsil müəssisələrində çalışır (pedaqogika, psixologiya, ayrı-ayrı fənlərin tədrisi metodikaları kafedralarında). Bu alimlərin elmi tədqiqat işlərini təhsilin informatlaşmasının pedaqoji, psixoloji və metodik təminatı problemlərinin həllinə yönəltmək lazımdır. Bu problemlər tələbələrin, magistrlərin, doktorantların tədqiqat obyekti olmalıdır. Artıq klassik pedaqogikadan elektron pedaqogikaya, real pedaqogikadan virtual pedaqogikaya keçidin, kagız üzərində olan dərslik və testlərdən elektron dərslik və testlərə keçidin pedaqoji problemlərini tədqiq etmək vaxtıdır. Bu prosesdə təcrübəli pedaqoqlarla gənc tədqiqatçıların birgə fəaliyyətinə, elmi ənənələrlə innovasiyaların sintezinə ehtiyac var. «Kafedraların 5 illik elmi-tədqiqat işlərinin planlaşdırılmasında bu amillər nəzərə alınmalıdır. Gələcəkdə bu imkanlardan səmərəli istifadə etmək üçün bu gün pedaqoji universitetlərə ciddi investisiya qoyulmalı, islahatlar aparılmalı, yeni strukturlar, beynəlxalq əlaqələr yaradılmalı, bu sahədə olan zəngin beynəlxalq təcrübə (heç olmasa MDB və Türkiyə səviyyəsində) təhlil edilərək öyrənilməlidir», bu sahə üzrə mütəxəssis Aydın Əhmədov bildirib. Digər mühüm problem təhsilin informatlaşması üzrə müasir kadr hazırlığı məsələsidir. Təhsilin informatlaşması kimi yüksək texnoloji və elmtutumlu problemin həlli, ilk növbədə, kadr təminatından asılıdır. İnkişaf etmiş ölkələrdə təhsilin informatlaşması prioritet məsələ kimi qiymətləndirilir, təhsil sisteminin gələcəyi onun informatlaşma səviyyəsindən asılıdır. Artıq 25 ildir ki, bir çox ölkələrdə təhsilin informatlaşması üzrə müxtəlif səviyyələrdə ixtisaslı kadr hazırlığı həyata keçirilir. Bakalavr, magistr, əlavə təhsil, aspirantura, doktorantura pillələrində fasiləsiz olaraq təhsilin informatlaşması üzrə kadrlar hazırlanır. Bizim respublikada da bu istiqamətdə pedaqoji universitetlərdə "Təhsilin informatlaşması" ixtisası üzrə sistemli şəkildə kadr hazırlanmasına ehtiyac var. Artıq bu istiqamətdə müəyyən işlər görülür. Pedaqoji ali təhsil müəssisələrində informatika müəllimləri hazırlanmasının da xeyli problemləri var. İnformatika müəllimlərinin hazırlığı üzrə təhsil standartlarının daim təkmilləşdirilməsi, tədris-metodik və proqram-texniki təminat problemlərinin həlli aktualdır. O bildirib ki, pedaqoji ali təhsil müəssisələrində informatika kafedralarında çalışan müəllimlərin sistematik ixtisasartırma kurslarına cəlb edilməsi zəruridir. Çünki bu sahənin inkişaf tempi çox yüksəkdir. Bu işdə yerli İT şirkətlərinin, Rusiya və Türkiyənin distant İT kurslarının, beynəlxalq İT akademiyalarının imkanlarından istifadə etmək olar. Cəmiyyətin, təhsil sisteminin inkişafında pedaqoji təhsilin əhəmiyyəti və məsuliyyəti böyükdür, problemlər də gördüyümüz kimi az deyil. Bu problemlər əsasən keçid dövrünün çətinlikləri, texnologiyaların sürətlə dəyişməsi və insan amilinə bağlıdır. Ümumtəhsil məktəblərimizi gələcəkdə daha keyfiyyətli müəllim kadrları ilə təmin edə bilərik, nəticədə elm-təhsil səviyyəmiz daha da yüksələr. İnformasiya və innovasiyalar cəmiyyətində bu, çox mühümdür, çünki məşhur filosof Konfutsinin təbirincə desək, elm və təhsildən faydalanmağı bacaran xalq firavan yaşayar. Ümumilli lider Heydər Əliyev 17 Fevral 2003 cü tarixli 1156 nömrəli Sərəncamı ilə respublikamızda informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və inkişaf etdirilməsi haqqında “ Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012)”nı təsdiq etmişdir.İnformasiya və kommunikasiya texnologiyaları orta məktəb kursunda bütün fənlərin tədrisində geniş tətbiq olunur. İKT-nin tətbiqi yüksək təlim keyfiyyətinin əldə olunması üçün həm də şagird və tələbə naliyyətlərinin qiymətləndirilməsi mərhələsində mühüm rol oynayır. Kompyuter və proyektorlardan istifadə edilərək auditoriyanın fəallaşdırma mərhələsində əvvəlki mövzular viktorina, müxtəlif oyunlar, frontal sorğular və s. şəklində soruşula, problemin nədən ibarət olması, onun ətrafındakı mülahizələri, müəllimin hər bir fikrə münasibəti, ümumiləşdirmə və izahat isə slaydlar vasitəsi ilə həyata keçirilə bilər. Son illər azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində ciddi addımlar atılmış və dövlət siyasətinin başlıca vəzifələrindən birinə çevrilmişdir. 1999-cu ildə qəbul edilmiş “Azərbaycan respublikasında Təhsil sahəsində islahat proqramı”nda gənc nəslin informasiya və kommunikasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnməsi ən mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi digər əlaqədar təşkilatlarla birlikdə təhsil sisteminin informasiyalaşdırılması sahəsində müxtəlif layihələr və tədbirlər hazırlayıb həyata keçirmişdir. Bütün təhsil pillələri üçün eksperimental proqramların hazırlanıb təsdiq edilməsi, öyrədici multimedia sistemlərinin hazırlanılmasına başlanılması, İnternetə qoşulan tədris mərkəzləri şəbəkələrinin genişləndirilməsi kimi tədbirlər planı hazırlanılmışdır. Müasir dövrdə texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır. İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vaxib göstəricilərindən biridir və bu prosesin zəruriliyi qloballaşma dövründə daha da çox hiss olunur. Milli strategiyanın inkişaf etdirilməsinə ilk addımlar məktəb səviyyəsində olmalıdır.lakin bəzi özəl məktəbəqədərki müəssisələrdə kiçik yaşlı uşaqlar da kompyuterlə tanışlığa başlayır. Kompyuteri bilməyən üçün təhsil almaq, elmi yaradıcılıqla məşğul olmaq çox çətindir.