Laboratoriya Işi №1 Mövzu: İnformasiya texnologiyaları anlayışı



Yüklə 5,74 Mb.
səhifə55/67
tarix21.12.2023
ölçüsü5,74 Mb.
#188936
1   ...   51   52   53   54   55   56   57   58   ...   67
informatika lab.isi

Laboratoriya Işi №3
Mövzu: Kompyuter və təhsil. Təhsildə İKT-nin tətbiqi.
Elektron təhsil
Məqsəd: Müasir texnologiyaların təhsilə təsirini göstərməsi

Dünyada insanların böyük əksəriyyəti müxtəlif məqsədlər üçün kompüterdən və digər ikt avadanlıqalarından geniş istifadə edirlər. Xüsusən gənc nəsil üçün bu avadanlıqlardan istifadə onların gündəlik fəaliyyətinin adi həyat tərzinə, bir sözlə yaşamın bir parçasına çevrilib. Bu gün qloballaşan, inkişafedən daim irəliyə – yeniliyə doğru can atan dünyamızı ən müasir informasiya və kommunikasiya texnologiyaları zənginləşdirir, rəngarən gedir. Müasir dövrümüzdə bəşəriyyəti düşündürən məsələ bu yeniliklərlə, bu texnoloji inqilablarla, zaman və məkan fərqinin hiss olunmayacağı bir dünya modelinin qurulmasıdır. Kompüterlərin təhsil sahəsinə inteqrasiyası da bu tendensiyaların davamıdır, inkişafa doğru yönəlmənin bariz nümunəsidir. Kompüterlərin təhsil sahəsində uğurlu tətbiqi təkcə müəyyən əməliyyatları icra etməklə məhdudlaşmır, eyni zamanda istifadəçilərin bu avadanlıqlarla nə dərəcədə yüksək nəticələrə nail olmağı hədəf seçmələrindən çox şey asılıdır. Müasir dövrdə İKT-nin inkişafetdirilməsi hər bir ölkənin intellectual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. İKT texnologiyalarının sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır. Ən son texnoloji yeniliklərin tətbiqi ilə müasir dünyada söz sahibi olmaq inkişafa can atan bütün ölkələr kimi Azərbaycan Respublikasında da informasion cəmiyyətin qurulması və kompüterləşmə sahəsində ciddi addımlar atılmışdır. Hamıya bəlli olduğu kimi bu sahədə həyata keçirilən dövlət siyasətinin ümdə vəzifələrdən biri İKT-nin cəmiyyətin müxtəlif sahələrində, xüsusi ilə də təhsil sistemində geniş tətbiq edilməsi məsələsidir. Çünki, böyük elmi-texniki bazanın formalaşması üçün təhsilin aşağı pilləsindən bu yöndə ciddi addımlar atılması vacib şərtdir. Sürət əsrinin ən əsas amillərindən biri də məhz qloballlaşma prosesində bütün elmi-texniki yeniliklərə vaxtında yiyələnmək, vaxtında tətbiqetməni həyata keçirməkdir. Bu gün İKT-nin təhsildə tətbiqi vətəndaşlarımızın müasir biliklərə və bacarıqlara malik olan yeni nəslin informalaşmasına, elmi-texnoloji müstəvidə yüksək nəticələrə nail olmasına, inkişaf baxımından ölkəmizin dünya ölkələri ilə ayaqlaşmasına bir başa təsir edən amildir. Məhz bu səbəbdən son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub, qarşıya xüsusi hədəflər qoyulmuşdur. Müşahidə etdiyimiz kimi, bunun üçün son illər dövlət tərəfindən təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər həyata keçirilməkdədir. Bu sahədə aparılan dəyişikliklərin əsasında duran məsələlərdən biri , bəlkədə birincisi ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarında başdan-başa İKT infrastrukrunun qurulması, ən son texnologiyalara əsaslanan təhsil mühitini formalaşdırmaqdır. Hazırda ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilməkdədir. Bu sahədə fundamental savada sahib olmağın, İKT biliyinə mükəmməl yiyələnməyin yeganə yolu isə, təbii ki, orta məktəbdən başladığı üçün aparılmaqda olan siyasətin mühüm xüsusiyyətlərindən biri İKT-nin orta məktəblərdə yüksək səviyyədə tətbiqi, şagirdlərin bu sahədə nəticələrinin yüksək olmasıdır. Müasir dövrdə İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan Respublikasında da informasion cəmiyyətin qurulması və kompüterləşmə sahəsində ciddi, uğurlu addımlar atılıb. Bu sahədə həyata keçirilən dövlət siyasətinin ümdə vəzifələrdən biri İKT-nin cəmiyyətin müxtəlif sahələrində, xüsusilə də təhsil sistemində geniş tətbiq edilməsi məsələsidir. İKT-nin təhsildə tətbiqi Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Məhz bu səbəbdən son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub. Bunun üçün son illər dövlət tərəfindən təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər həyata keçirilməkdədir. Bu müstəvidə icra olunan fəaliyyətlər təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərindən biri hesab edilən təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlib. Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılmasının bu sistemin inkişafında prioritet istiqamətlərdən biridir. Hazırda Respublikamızda bütün sahələrdə, xüsusilə də təhsil sistemində mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə, təbii ki, orta məktəbdən başladığı üçün bu sahədə həyata keçirilən siyasətin mühüm xüsusiyyətlərindən biridir. Məlum olduğu kimi, müasir ali təhsilin müxtəlif istiqamətləri var: ali iqtisadi təhsil, ali texniki təhsil, ali tibbi təhsil, ali aqrar təhsil, ali hüquqi təhsil, ali pedaqoji təhsil və s. Bu təhsil istiqamətlərinin ümumi cəhətləri olduğu kimi, xeyli fərqli, spesifik cəhətləri də var.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin