Laboratoriya Işi №1
Mövzu: İnformasiya texnologiyaları anlayışı.
İnformasiya texnologiyasının inkişaf mərhələləri.
İnformasiya sistemi və onun strukturu. İnformasiya
sisteminin quruluşu.
Məqsəd: İnformasiya sisteminin funksiyalarının reallaşdırılmasına
yönəlmiş, informasiya texnologiyasının xüsusiyyətləri ilə
tanışlıq.
Müasir cəmiyyətdə informasiya emalı texnologiyasının əsas texniki vasitəsi texnoloji proseslərin işlənib hazırlanması və istifadə olunması konsepsiyasına, həmçinin nəticə informasiyanın keyfiyyətinə ciddi təsir etmiş kompüterlər hesab olunur. Kompüterlərin informasiya mühitində tətbiqi və telekommunikasiya vasitələrindən istifadə olunması informasiya texnologiyasının inkişafını yeni mərhələyə çatdırdı. Bununla da yeni informasiya texnologiyaları mərhələsi başlandı. İnformasiya texnologiyaları dedikdə kompüter texnologiyaları başa düşülür. Kompüter üzrə mütəxəssislər İT mütəxəssisləri adlanırlar. İnformasiya texnologiyası- verilənlərin toplanması, ötürülməsi və emalı üçün üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir.
İnformasiya texnologiyasında məqsəd insan tərəfındən analiz edilmək və onun əsasında qərar qəbul etmək üçün informasiya istehsalıdır. İnformasiya texnologiyası elmi-texniki tərəqqinin inkişafı, informasiya emalı üçün yeni texniki vasitələrin yaradılması ilə təyin olunan bir neçə təkamül mərhələsi keçmişdir. İnformasiya texnologiyalarının üç əsas prinsip üzrə inkişaf edir:
Emal obyekti verilənlərdir;
Məqsəd informasiyanın alınmasıdır;
Emal prosesinin vasitələri proqram və aparat təminatıdır;
Verilənlərin emal prosesləri ardıcıl əməliyyatlara bölünür.
Dostları ilə paylaş: |