Laboratoriya Işi №3
Mövzu: Kompyuter və təhsil. Təhsildə İKT-nin tətbiqi.
Elektron təhsil
Məqsəd: Müasir texnologiyaların təhsilə təsirini göstərməsi
Son dövrlər dünyada müasir texnologiyaların təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edir. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı cəmiyyətlər dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. Belə cəmiyyətlərin əsas üstün cəhətləri müasir texnologiyalardan kütləvi istifadə, qlobal informasiya mühitinin yaradılması və digər amillərdir. Artıq dünyanı informasiya və kommunikasiya texnologiyalarının bəxş etdiyi yeniliklərsiz təsəvvür etmək qeyri-mümkündür.
Təqdirəlayiq haldır ki, İKT-nin tətbiqinə Azərbaycanda da böyük diqqət yetirilir. Ölkəmizdə son illərdə İKT sahəsində ciddi addımlar atılıb, Azərbaycan hakimiyyəti bu istiqaməti dövlət siyasətinin əsas prioritetlərindən biri elan edib. Elə buna görə də hazırda İKT sektoru ölkəmizdə ən dinamik inkişaf edən sahələrdən biridir. 2003-cü ildə ulu öndər Heydər Əliyevin təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi "2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı", həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" Azərbaycan dövlətinin bu məsələyə ciddi diqqət göstərməsindən xəbər verir. Hər üç sənəd Azərbaycan iqtidarının İKT-nin inkişafına diqqətlə yanaşdığını göstərir. Hətta 2013-cü ilin “İKT ili” elan edilməsi bunun bariz nümunəsidir. Ölkədə müasir texnologiyalardan uşaq və gənclərin istifadəsi üçün də geniş imkanlar yaradılıb. Bu gün təsadüfi deyil ki, onlar kompyuter, mobil telefon və digər bu kimi müasir texnologiyalardan yararlanırlar. Hazırda orta və ali məktəblərdə kompyuterdən geniş istifadə tətbiq edilir, internet vasitəsilə müxtəlif məlumatlar əldə etmək imkanı qazanırlar. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında öz əksini tapan məqamlardan biri də odur ki, məhz təhsil sisteminin informasiyalaşdırılması, bütövlükdə təhsilin müasir səviyyədə qurulmasının əsas istiqamətlərindən biri kimi 2013-2020-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı qəbul ediləcək. Dövlət Proqramı çərçivəsində Azərbaycanın bütün təhsil müəssisələri (o cümlədən ucqar bölgələrdə yerləşən məktəblər) internet əlaqəsi ilə təmin olunacaq, hər bir təhsil müəssisəsi lazımi texniki avadanlıqla təchiz ediləcək və bütün təhsil müəssisələrinin vahid təhsil şəbəkəsinə qoşulması reallaşdırılacaq. Ümumtəhsil məktəblərində hər bir sinif otağı noutbuk, proyektor və elektron lövhə ilə, təhsil alan bütün şagirdlər 1 şagird-1 kompyuter layihəsi çərçivəsində netbuk və ya planşetlərlə təmin ediləcəklər. Elektron təhsil texnologiyalarının tətbiqi daha da genişləndiriləcək, müəllim və şagirdlər üçün virtual öyrənmə mühiti formalaşdırılacaq. Bu məqsədlə bütün fənlər üzrə elektron tədris və metodik resursların yaradılması davam etdiriləcək, elektron resursların etibarlı saxlanılması və onlara asan çıxışın təmin olunması üçün “bulud” texnologiyaları tətbiq olunacaq. “Elektron məktəb”lərin sayı 1000-ə çatdırılacaq, rəqəmsal təhsil resurslarından istifadə imkanları genişləndiriləcək.
Bu gün orta məktəbdə çalışan müəllimlər də müasir texnologiyanın tətbiqindən razılığını bildirirlər. Uşaq və gənclərin müasir texnologiyalardan faydalanmasının bir nümunəsi kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən reallaşdırılan «Mən azərbaycanlıyam» online bilik yarışmasını da göstərmək olar. İnternet məkanda keçirilən bu yarışmanın məqsədi milli-mədəni irsin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir. Bundan başqa ölkə başçısının “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamına əsasən, uşaq kitabxanalarına kömək məqsədilə “Uşaq kitabxanalarında informasiya texnologiyalarının tətbiqi və multimedia zalının təşkili” adlı vəsait tərtib olunub. Azərbaycanda texnologiyanın təhsildə rolu Artıq bir neçə ildir Azərbaycanda da kompyuter texnologiyasından geniş istifadə edilməyə başlamışdır.Azərbaycanın Avropaya inteqrasiyasından sonra bu sahədə işlər daha da gücləndirildi. Bu təxminən 2000-cil ildən bu günə kimi dövrü əhatə edir. İlk əvvəllər kompyuter sahəsində çox az biliklər var idi insanlarda.Lakin illər keçdikcə bu sahədə geniş biliklər əldə edildi.Yaşadığımız dövrdə kompyuter texnologiyasının təhsildə rolu çox genişdir. Beləliklə, dünyada, o cümlədən Azərbaycanda istər universitetlərdə,istərsə də məktəblərdə və digər təhsil ocaqlarında artıq bir çox dərslər kompyuterlə idarə olunur. Bu sahədə ilk vasitə kimi internetdən istifadə olunur. Bu sahədə də fikirlər ikiyə bölünür:İnternetə daxil ola bilənlər və ola bilməyənlər. Bunlar arasında ciddi fərq vardır.İnternetə daxil ola bilməyənlərin qarşısında elə də böyük imkanlar yoxdur. İnternetə girşi olanların isə qarşısında böyük imkanlar durur. Beləliklə, internetə girişi olanlar Azərbaycanda oturmaqla dünyanın bir çox ölkələrinin tələbələri, müəllimləri söhbət imkanları olur. Bundan başqa ehtiyacı olan kitabı oxumaq imkanı,dünya kitabxanalarına pulsuz baxış, istənilən informasiyanı tapmaq imkanı və s. imkanları vardır. İstənilən cəhətdən kompyuterin-internetin təhsilə çoxlu müsbət təsiri vardır. Bu gün müəllimlər(müasir müəllimlər) tələbələrindən internetdən bilik axtarmağa yönəldirlər. Bu həmçinin tələbələrə rahatdır. Məsələn, bir tələbə gedib kitabxana da axtaracağı kitabı evdə oturaraq internet vasitəsilə daxil olaraq əldə edir. Bu həm tələbənin vaxtına qənaət edir, həm də maddi cəhətdən sərfəlidir. Amma bəzən internetdən istənilən informasiyanı tapmaq mümkün olmur. Bu xüsusilə Azərbaycan internet məkanında çox çətindir. Əslində internetdən qısa və lakonik informasiyaların oxunması daha məqsədə uyğundur. Təbiidir ki, hər hansısa bir romanı internetdə oxumaq qeyri-mümkün deyil. Bugünkü dövrdə internetdə əyləncəli saytların zənginliyi,lakin maarifləndirici məlumatların kasıblığı internetə əyləncə vasitəsi kimi baxanların sayını artırıb. Lakin internet təkcə əyləncə vasitəsi deyil,həmçinin ən geniş yayılmış informasiya vasitəsidir.
Dostları ilə paylaş: |