Optika – fizikanın bölmələrindən biri olub, işığın təbiətini, onun şüalanma, yayılma və maddə ilə qarşılıqlı təsir qanunlarını öyrənir.
Fizikada işıq hadisələrini izah etmək üçün işığın iki nəzəriyyəsindən – dalğa və korpuskul nəzəriyyələ-rindən istifadə olunur.
Mühitin mütləq sındırma əmsalı: .
- mühitin maqnit nüfuzluğu, – isə dielektrik nüfuzluğudur.
Nisbi sındırma əmsalı: .
İşığın dalğa təbiətini təsdiq edən hadisələr:
1)İnterferensiya;
2) Difraksiya;
3) Dispersiya;
4) Polyarlaşma.
İşığın interferensiyası – koherent işıq dalğalarının fəzada görüşdükdə toplanaraq, aralarındakı fazalar fərqinin qiymətindən asılı olaraq bir-birini gücləndirməsi, yaxud zəiflətməsi hadisəsinə deyilir. Tezlikləri eyni, fazalar fərqi sabit olan, yəni zaman keçdikcə dəyişməyən dalğalara koherent dalğalar deyilir.
İşıq dəstəsini bir-birindən fərqli iki üsulla koherent dəstələrə ayırmaq olar:
dalğa cəbhəsini bölməklə;
2) amplitudu bölməklə.
Dalğa cəbhəsinin bölünməsi üsulunda bir mənbədən çıxan işıq dəstəsi ya bir-birinə yaxın yerləşmiş iki deşikdən keçirilməklə (Yunq təcrübəsi), ya da güzgü səthlərdən əks olunmaqla iki dəstəyə bölünür.
Amplitudun bölünməsi üsulunda işıq dəstəsi yarımşəffaf lövhədən qismən qayıtma, qismən isə keçmə hesabına iki dəstəyə bölünür.
İşığın interferensiyası zamanı yekun dalğanın amplitudu
İnterferensiyanın maksimumluq şərti:
Görüşən işıq dalğalarının fazalar fərqi -nin cüt misillərinə bərabər olmalıdır:
∆ = m(m=0,1,2…)
Burada, m – maksimumun tərtibidir.
Görüşən dalğalar arasındakı optik yollar fərqi işığın vakuumdakı dalğa uzunluğunun yarısının cüt misillərinə bərabər olmalıdır:
(m=0,1,2…).
Bu zaman yekun dalğanın amplitudu:
Yekun intensivlik:
olur. Əgər olarsa, onda I=4I0 olur.
İnterferensiyanın minimumluq şərti:
görüşən dalğaların fazalar fərqi -nin tək misillərinə bərabər olmalıdır:
∆ = (m (m=0,1,2…)
Burada, m=0,1,2… - minimumun tərtibidir.
Görüşən dalğalar arasındakı optik yollar fərqi işığın vakuumdakı dalğa uzunluğunun yarısının tək misillərinə bərabər olmalıdır:
(m=0,1,2…)
Bu zaman yekun dalğanın amplitudu:
Yekun intensivlik:
olur. olduqda, I=0 olur.
Nazik təbəqələrdə keçən işıqda yollar fərqi:
∆=2dncosr=2d .
d – təbəqənin qalınlığı, n – sındırma əmsalı, i – düşmə bucağı, r – sındırma bucağıdır.
Nazik təbəqələrdə əks olunan işıqda yollar fərqi:
.
Dostları ilə paylaş: |